Icma.az
close
up
RU
Dövlət təkcə mənzillə təmin etmir, eyni zamanda... MÜNASİBƏT BİLDİRİLDİ

Dövlət təkcə mənzillə təmin etmir, eyni zamanda... MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Azərbaycan Böyük Qayıdışa hələ Vətən müharibəsindən çox-çox əvvəl hazırlaşırdı. Cəmiyyətdə torpaqlarımızın azad olunacağı və geri qayıdacağımız barədə böyük bir inam var idi. Əvvəldən bilinirdi ki, erməni millətçiləri həmin torpaqları darmadağın ediblər. Nə var idisə, söküb-dağıdıb, öz ölkələrinə aparıblar". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, müharibədən dərhal sonra Böyük Qayıdış proqramı həyata keçirilməyə başladı. İlk növbədə kommunikasiya xətlərini bərpa etmək və əraziləri minalardan təmizləmək lazım gəldi: "Eyni zamanda Ağalıdan başlayaraq digər yaşayış məntəqələri bir-bir ardınca məskunlaşmağa başladı. Bu günlərdə yeni bir keçmiş məcburi köçkün qrupu öz kəndinə qayıtdı. Hal-hazırda 14 yaşayış məntəqəsində 15 minə qədər insan məskunlaşıb. Ümumilikdə isə işğaldan azad olunan ərazilərdə 50 mindən çox insan yaşayır və yaradır. Dövlət təkcə mənzillə təmin etmir, eyni zamanda həmin insanları işlə təmin etmə məsələsini də əvvəldən düşünür. Onların şəxsi təşəbbüslərini həyata keçirməsi üçün bütün şərait yaradılıb. Geri qayıdan insanlar dövlətin böyük quruculuq işlərini görür və onu dəstəkləyərək daha da güclü olmasına çalışırlar. Qayıdanlar təkcə vaxtilə məcburi köçkün olanlar deyil, onların övladları da – başqa yerdə doğulan, artıq öz ailələri olan insanlar da torpaq sevgisi ilə geri dönürlər. Və təsadüfi deyil ki, yaşayış məntəqələrində ilk növbədə orta məktəblər, uşaq bağçaları tikilir. Çünki insanlar qayıtdıqca bu ehtiyaclar artır və köç karvanı davam edəcək. Vaxtaşırı olaraq çox sayda insanın geri qayıdacağını görəcəyik. Biz bir milyon insanın öz doğma torpağına qayıdacağını, oranın yenidən canlanacağını görürük və bundan sonra da görəcəyik. Bu işdə xalqın qətiyyəti, dövlətin gücü və uzaqgörənliklə xalqımızın milli maraqlarını və arzularını həyata keçirən rəhbərimiz - cənab Prezident İlham Əliyev var".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 İyul 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see392

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see384

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see367

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see353

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see245

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see238

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see238

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see226

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see222

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see222

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see214

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see207

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see194

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see191

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see179

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see172

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see171

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see163

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri