Dövlət tərəfindən ayrılan vəsait bu məqsəd üçün yetərli deyil
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Komandamız hədəfə çatmaq üçün bütün imkanlardan səmərəli istifadə edəcək”. SİA xəbər verir ki, bunu “Zaqatala”nın prezidenti Şaban Şirdanov klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Təcrübəli mütəxəssis Premyer Liqada komanda sayının artırılacağı ilə bağlı qərara münasibət bildirib: “Zəngin futbol ənənəsi və futbolçu potensialı baxımından “Zaqatala”nın Premyer Liqada təmsil olunması məqsədə uyğundur. Hesab edirəm ki, komandamızda çıxış edən futbolçuların hər biri Premyer Liqada çıxış etmək potensialına malikdir. Əksər komandalarda da zaqatalalı futbolçular oynayır. Biz onları bir araya gətirib, daha çox yerlilərdən ibarət kollektiv kimi çıxış etməklə Azərbaycan futboluna töhfə vermək niyyətindəyik”.
Onun sözlərinə görə, komandanın I Liqada indiyədək olan çıxışı buna deməyə əsas verir: “Motivasiya və mübarizə əzmi yüksək səviyyədədir. Bu da ilk növbədə komandanın təcrübəli baş məşqçisi Rüstəm Məmmədovun və məşqçilər korpusunun gördüyü səmərəli işin nəticəsidir. Üstəlik, futbolçuların da işlərinə peşəkar münasibəti hədəfə çatmağımızın mümkün olduğunun göstəricisdir”.
Şabanov klubun mövcud problemlərinə də toxunub: “Dövlət tərəfindən ayrılan vəsait bu məqsəd üçün yetərli deyil və ciddi maliyyə problemlərimiz var. Buna görə də əlavə maddi dəstəyə ehtiyac yaranıb. Bu məsələlərə AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasından sonra qayıdacağıq. Bütün hallarda, Premyer Liqada iştirak etmək üçün heyətin gücləndirilməsi, infrastruktur və dayanıqlı maliyyə məsələləri həllini gözləyən əsas problemlərdir. Hazırda Zaqatala Olimpiya İdman Kompleksinin stadionundan istifadə edirik. Lakin qazonun dəyişdirilməsinə ehtiyac var. Təəssüf ki, maliyyə vəsaitimiz tam yetərli deyil. Bununla belə, motivasiyamızın yüksək səviyyədə olması bizim əsas üstünlüyümüzdür. Mübarizə əzmi ən yüksək səviyyədə olan komandalardan biriyik və sonadək mübarizə aparmağa hazırıq”.
Qeyd edək ki, “Zaqatala” I Liqada turnir cədvəlində 14 turdan sonra 21 xalla dördüncü yerdə qərarlaşıb. Onlar lider “Qəbələ”dən 15 xal geri qalırlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 17 Fevral 2025 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















