Icma.az
close
up
RU
Dövlət Turizm Agentliyindəki həbslərin ŞOK PƏRDƏARXASI

Dövlət Turizm Agentliyindəki həbslərin ŞOK PƏRDƏARXASI

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Adı son günlərdə müəmmalı proseslərdə hallanan, rəhbəri prezidentdən töhmət alan qurumun əməkdaşı istintaqa cəlb edildi - təfsilat
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaqa cəlb olunmuş Dövlət Turizm Agentliyinin əməkdaşlarından birinin kimliyi məlum olub. Məlum olub ki, Dövlət Turizm Agentliyi (DTA) Aparatının əməkdaşı Nicat Hüseynov şübhəli şəxs kimi tutulub,  Səbayel Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib O, xidməti fəaliyyət zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur. Daha əvvəl qeyd edildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilib. Agentliyin bir sıra vəzifəli şəxsləri, o cümlədən Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov, Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov vəzifələrindən uzaqlaşdırılıb. Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyevə şiddətli töhmət verilməsindən sonra bu qurum ətrafında iddialar səngimir.
Musavat.com-un əldə etdiyi məlumata görə, Dövlət Turizm Agentliyindən xidməti yazışmaların sızdırılması qurumun rəhbəri Fuad Nağıyevin postunu itirməsi ilə nəticələnəcək.

DTA Aparatının əməkdaşı Nicat Hüseynovun həbsindən əvvəl xəbər yayılmışdı ki, Fuad Nağıyevlə yanaşı, qurumda işləyən bir sıra şəxslər də istintaqa cəlb edilib. “Dövlət Turizm Agentliyinin vəzifəli şəxsləri ilə bağlı aparılan araşdırma xidməti sənədlərin sızdırılması ilə yanaşı, agentlikdəki korrupsiya faktları ilə də bağlıdır”, - deyə mənbə bildirib. İddialarda o da bildirilir ki, Turizm Agentliyi Azərbaycana qarşı daim düşmənçilik mövqeyi bəsləyən “Transparency İnternational” təşkilatında işləmiş və ya bu təşkilatla əməkdaşlıq edən şəxslərin yuvasına çevrilib. Belə ki, Fuad Nağıyevin qayınanası Rəna Səfərəliyeva uzun illər “Transparency İnternational” təşkilatı ilə əməkdaşlıq edib. O, bu qurumun Azərbaycandakı nümayəndəsi olub. Vaxtilə bu təşkilatda onun yetişdirdiyi bəzi şəxslər indi Dövlət Turizm Agentliyində işləyirlər.
Məlumata görə, Fuad Nağıyevin ətrafı davamlı olaraq xidməti məlumatları müxtəlif təşkilatlara, şəxslərə sızdırıblar. Hətta dövlət orqanları arasında daxili yazışmaları belə xarici ölkələrin Azərbaycandakı səfirliklərinə ötürüblər. Xəbər verdiyimiz kimi, iki gün əvvəl Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov işdən çıxarılıb. Bu arada Publika.az Kənan Qasımovun 2011-ci ildə “Amerikanın Səsi” radiosuna verdiyi müsahibənin bəzi hissələrini təqdim edib.

Kənan Qasımov
O dövrlərdə “Transparency International” təşkilatının qolu olan “Şəffaflıq Azərbaycan” təşkilatının Media və İctimai Əlaqələr üzrə mütəxəssisi kimi çalışan Kənan Qasımov müsahibəsində Azərbaycanda məhkəmə sistemindəki problemlərdən danışıb. Jurnalistin “Korrupsiya əsasən hansı sektorlarda qeydə alınır?” sualına o belə cavab verib:
“Azərbaycanda insanlar daha çox polisdə rüşvətin olması qənaətindədirlər. Eyni zamanda insanlar təhsil, məhkəmə sahəsində korrupsiyanın yüksək olması fikrindədir. Amma onu da deyə bilərəm ki, "Şəffaflıq Azərbaycan" təşkilatı tərəfindən həyata keçirilən “ALAC” layihəsi çərçivəsində vətəndaşlardan korrupsiya şikayətləri daxil olur və o şikayətlər müvafiq dövlət qurumlarına yönləndirilir. Həmin şikayətlər əsasında deyə bilərik ki, Azərbaycanda ümumilikdə daha çox şikayət məhkəmə sahəsindəndir. Məhkəmə sahəsində kifayət qədər böyük problemlər var və insanların əksəriyyəti şikayətlərini məhkəmə qərarlarının icra olunmaması, ümumilikdə məhkəmə qərarlarında yol verilmiş qeyri-obyektiv hallarından edir. Yəni sorğunun nəticələri onu göstərir ki, polis, amma bizim həyata keçirdiyimiz layihə əsasında əldə etdiyimiz rəqəmlər onu göstərir ki, məhkəmə daha çox korrupsiyalaşıb".
“Amerikanın Səsi” redaksiyasının “Son bir neçə gündə Azərbaycanın rəsmi media orqanında Qərbi ölkələrini və təşkilatlarını sərt tənqid edən yazılar dərc olunub” sualını K.Qasımov belə cavablandırıb: “Mən öz təşkilatımızın adından bunu deyə bilərəm ki, həmin siyahıya "Transperancy International" təşkilatının adının salınmasının heç bir halda məntiqli izahı yoxdur. Ona görə ki, “Transperancy International” təşkilatı Almaniyada təsis edilib və onun baş qərargahı Berlində yerləşir. Bu təşkilatın ABŞ təşkilatı kimi göstərilməsinin nəyə əsaslandığı heç bir halda məlum deyil. Bizim təşkilatın yaranma nizamnaməsi də hər şeyi açıq göstərir. Məhz öz təşkilatımız adından deyə bilərəm ki, bu, heç bir halda reallığı əks etdirmir".
Onu da bildirək ki, sözügedən şəxs 2009-2014-cü illərdə “Transparency International/Azerbaijan” təşkilatında müxtəlif vəzifələrdə çalışıb. 2017-ci ilin fevral ayından 2018-ci ilin aprel ayına kimi Milli Turizm Təbliğat Bürosunda Monitorinq və Keyfiyyətə nəzarət şöbəsinin müdiri vəzifəsində işləyib. 2018-ci ilin oktyabrından Dövlət Turizm Agentliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.  Yeri gəlmişkən, Azərbaycan Milli Kulinariya Assosiasiyasının sədri Tahir Əmiraslanov agentliyin ünvanına sərt fikirlər səsləndirib. “Dövlət Turizm Agentliyinin rəhbərliyinin niyə Milli Kulinariya Mərkəzini iflic vəziyyətinə salması, Milli Kulinariya Assosiasiyasına daim təzyiq göstərməsi, Ermənıstana bu sahədə yol açıb revanş verməsi, bu sahədəki QHT-lərin işinə qanunsuz müdaxilə etməsi, özünə QHT yaratması, dövlətin bu sahədəki qələbələrinin heçə endirilməsi, brendləşən festivalların ləğvi, Kulinariya Şöhrəti Muzeyinin dağılmasının səbəblərini indi yalnız təxmin etmirik, həm də buna artıq əminik, bunu artıq hamı anlayır”, - deyə o bildirib. Tahir Əmiraslanov dövlət başçısına məlum sərəncama görə təşəkkür edib. Qeyd edək ki, Dövlət Turizm Agentliyi iddialara heç bir münasibət bildirməyib. Dövlət Təhlükəsizliyi Xidmətində Dövlət Turizm Agentliyi ilə əlaqəl istintaq isə davam edir. Bu isə o deməkdir ki, sürpriz həbslər qaçılmazdır. 
Musavat.com-un yaydığı son xəbərə görə, agentliyin sədri Fuad Nağıyevin işə çıxmadığı bildirilir. Məlumata görə, yaxın günlərdə Fuad Nağıyevin tutduğu vəzifədən azad edilməsi gözlənilir. Onu da deyək ki, Fuad Nağıyevə töhmət elan edilməsindən sonra DTX qurumda yoxlamalara başlayıb. Bunun nəticəsi olaraq Turizm Agentliyi Aparatının əməkdaşı Nicat Hüseynov həbs edilib. Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov, Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov isə vəzifələrindən uzaqlaşdırılıb. Onların da istintaqa cəlb edildiyi bildirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Mart 2025 09:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see392

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see384

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see367

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see353

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see245

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see238

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see238

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see226

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see222

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see222

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see214

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see207

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see194

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see191

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see179

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see172

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see171

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see163

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri