Icma.az
close
up
RU
Dövlət və ictimai maraqlar necə təmin olunur? Millət vəkili DANIŞDI KONKRET

Dövlət və ictimai maraqlar necə təmin olunur? Millət vəkili DANIŞDI KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Cəmiyyət üçün həyati əhəmiyyət kəsb etdiyi üçün ictimai və dövlət maraqlarının qorunması hər zaman, hər bir cəmiyyətin başlıca məqsədlərindən hesab olunub və yenə də başlıca məqsəd hesab olunmaqdadır. İctimai və dövlət maraqlarının qorunması, müdafiəsi məsələsinin daim öz aktuallığını qoruması da bu baxımdan heç də təsadüfi sayılmır. Ölkəmizdə, Azərbaycanda da ictimai və dövlət maraqlarının qorunması, müdafiəsi ön planda durur, prioritet hesab olunur və sözsüz ki, bu da aparılan uğurlu siyasətin təzahürüdür.

İctimai maraqlar dedikdə, tək bir fərdin maraqları deyil, cəmiyyəti təşkil edən fərdlərin rifahını ifadə edən maraqlardır. Bu anlayış əlbəttə ki, individual mahiyyəti ümumi anlayışa yönləndirən, xüsusən də çoxluğun marağını üstün sayan bir anlayış olaraq qəbul edilməkdədir. Təbii ki, ictimai maraq fərdi maraq anlayışı ilə qətiyyən əlaqələndirilməməlidir. İctimai maraq daha böyük anlayışdır və bunu fərdlər özləri də yaxşı bilirilər. Onu da yaxşı bilirlər ki, ictimai maraqları da tənzimləyən, müdafiə edən elə məhz dövlətdir. Ölkəmizin təcrübəsinə belə istinad etdikdə görürük ki, dövlət ictimai maraqların keşiyindədir. Bəli ölkəmiz üçün bu hal xarakterikdir və cəmiyyətimiz tərəfindən də yüksək qiymətləndirilir.

Mövzunu Milli Məclisin deputatı Aydın Mirzəzadə KONKRET.az-a şərh edib:

“Dövlət maraqları ictimai mənafeyə əsaslanmalıdır. İctimai maraqlar vətəndaşın, ictimai qrupların və bütövlükdə cəmiyyətin normal və təhlükəsiz şəraitdə yaşamaq, inkişaf etmək, keyfiyyətli təhsil və səhiyyə xidmətləri almaq, boş vaxtlarını səmərəli keçirmək, ailə institutunu qorumaq kimi fundamental hüquqlarını əhatə edir. Bu maraqlar ya fərdi şəkildə, ya da ictimai təşkilatlar vasitəsilə ifadə olunur. Dövlətin başlıca vəzifəsi isə məhz bu ictimai maraqların reallaşdırılmasını təmin etməkdir. Əslində ayrıca “dövlət marağı” anlayışı mövcud deyil. Dövlətin maraqları məhz ictimai maraqlardan ibarətdir. Bir fərdin marağı bütöv cəmiyyətin marağı kimi təqdim oluna bilməz. Eyni zamanda dövlətin də ictimai maraqlardan kənar, özünəməxsus ayrıca maraqları ola bilməz. Dövlətin mövcudluğunun əsas məqsədi cəmiyyətin inkişafına şərait yaratmaq, onu qorumaq, təhlükəsizliyini təmin etmək, tarixini, mədəniyyətini və milli kimliyini yaşatmaqdır. Bu proseslər isə demokratik seçkilər yolu ilə həyata keçirilir. Vətəndaşlar öz maraqlarını yüksək səviyyədə ifadə edə biləcək şəxsləri hakimiyyətə gətirirlər. Dövlət siyasəti də məhz ictimai maraqların təmin olunmasına yönəlir”.

A.Mirzəzadə qeyd edir ki, tarixdə dövlət və ictimai maraqlar arasında ziddiyyətlərin baş verdiyi hallara da rast gəlinib.

“Bu isə əsasən hakimiyyətin ictimai tələbləri nəzərə almaması və ya onlardan uzaq düşməsi ilə bağlı olub. Ancaq o dövlətlər ki, ictimai maraqları əsas götürür, orada həmişə inkişaf və sabitlik müşahidə olunur. Azərbaycanda 1993-cü ildə yaranmış dərin böhran da məhz ictimai maraqların arxa plana keçməsi və dövlətçilik institutlarının zəifləməsi ilə bağlı idi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə sabitliyin bərqərar olmasına, dövlət resurslarının cəmiyyətin maraqlarına uyğun şəkildə səfərbər edilməsinə səbəb oldu. Həyata keçirilən islahatlar və genişmiqyaslı işlər nəticəsində Azərbaycanda güclü və demokratik dövlət quruculuğu mərhələsinə start verildi. Cəmiyyət bir sistemdən digərinə nisbətən ağrısız keçid etdi. Vətəndaş hüquqlarının qorunması dövlətin əsas vəzifəsinə çevrildi.

Bu siyasət bu gün də davam etdirilir. Prezident İlham Əliyevin Ulu Öndərin siyasi xəttini uğurla davam etdirməsi nəticəsində torpaqlarımız işğaldan azad edildi, keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışı və yeni həyatın qurulması prosesi başladı.
Azərbaycanda bu gün sabitlik, inkişaf və vətəndaşların səsinin eşidildiyi bir ictimai-siyasi mühit mövcuddur. Ölkəmiz beynəlxalq aləmdə layiqli yer tutur. Dövlət və ictimai maraqlar bir-biri ilə vəhdət təşkil edir və bu birliyin nəticəsində Azərbaycan daha da güclənir”.

Aynurə İsmayıl

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusuna uyğun olaraq dərc edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://konkret.az
archiveBu xəbər 05 İyun 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri