Icma.az
close
up
RU
Menu

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Kənddə yaşayanların diqqətə Bu 10 qaydanı bilməlisiniz

Dövlət və özəl sektorda maaş yarışı: İnflyasiya faizi nəzərə alınmayıb

Dövlət və özəl sektorda maaş yarışı: İnflyasiya faizi nəzərə alınmayıb

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Orta aylıq əməkhaqqı artmaqda davam edir. Mütəxəssislər bu artımı həm də ilin əvvəlində baş verən əməkhaqqı artımları ilə əlaqələndirirlər. Həmişə olduğu kimi, bu dəfə də artımda əsas pay özəl sektorundur.

Ölkədə orta aylıq əməkhaqqı 1100 manata çatır. 2025-ci il avqustun 1-nə olan vəziyyətə əsasən, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1768.4 min nəfər olub, onlardan 858.1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 910.3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Məlumata görə, muzdla işləyənlərin 18.9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 18.1 faizi təhsil, 13.8 faizi sənaye, 8.5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6.8 faizi tikinti, 6.3 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4.2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3.9 faizi peşə, elmi və texniki fəaliyyət, 2.4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2.3 faizi maliyyə və sığorta fəaliyyəti, 14.8 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2025-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9.5 faiz artaraq 1098.1 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub. Rəqəmlərdən göründüyü kimi orta aylıq əməkhaqqı 1100 manata yaxınlaşır. Yanvar-fevral aylarında bu göstərici 1 043.6 manat təşkil edib. Bəs bu artımların səbəbi nədir?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Fərq böyük deyil"

İqtisad elmləri üzrə fəlsəfə doktoru Altay İsmayılovun sözlərinə görə, bu il orta aylıq əməkhaqqının artması ilin əvvəlində minimum əməkhaqqı artımları ilə bağlıdır:

"Əvvəl minimum əməkhaqqı 345 manat idi, ilin əvvəlində 400 manata qaldırıldı. Minimum pensiyalar da artırıldı. Əvvəl 280 manat idi, ilin əvvəlindən 320 manat oldu. Digər sosial müavinətlərdə də artımlar baş verdi. Bu artımlar əməkhaqlarına da təsir etdi. 2024-cü ildə isə artımlar iqtisadiyyatın, bazarın tənzimləməsi ilə baş vermişdi".

A.İsmayılovun fikrincə, dövlət və özəl sektor arasında əməkhaqları bir-birinə yaxındır: "Müəyyən qədər özəl sektorda daha çox ola bilər. Dövlət sektorunda çalışanların orta aylıq əməkhaqqı 1066-1067 manat, özəl sektorda çalışanların isə 1127 manat olub. Bu, elə də böyük fərq deyil. Amma özəl sektorun bütün sahələrində maaşların dövlət sektorundan çox olduğunu demək də düz deyil. Çünki dövlət sektorunda elə sahələr var ki, orada əməkhaqları özəldən daha çoxdur. Məsələn, mədən sənayesi digər peşələrdən fərqlənir. Daha yüksək əməkhaqqı maliyyə, elm-texnologiya sektorundadır".

"İnflyasiya faizi nəzərə alınmayıb"

Müsahibimiz bildirdi ki, əməkhaqlarının daha da artırılması üçün özəl sektoru inkişaf etdirmək lazımdır:

"Amma orta əməkhaqqıda inflyasiya faizi nəzərə alınmayıb. Yəni real artım deyil. Artımlar qiymətləri kompensasiya edəcək səviyyədədir. Dayanıqlı artım üçün bütün hər şeyi dövlətdən gözləmək düzgün olmaz. Çünki dövlət büdcəsinin sadəcə əməkhaqlarının artımına yönləndirilməsi dayanıqlı deyil. Özəl sektor üzərindən əməkhaqların artması daha düzgündür. Bunun üçün də özəl sektor inkişaf etdirilməlidir. Maneələr aradan qaldırılmalıdır ki, sahibkarlar investisiya etsinlər".

Peşə və ali təhsilin təsiri

İqtisadçı Günay Hüseynova isə 2025-ci ilin əməkhaqqı artımını qlobal iqtisadiyyatdakı qiymət artımı, həmçinin də inflyasiyanın sürəti ilə əlaqələndirdi:

"İnflyasiyanın sürətinin beş faiz, nominal əməkhaqqı artımının isə 9,5 faiz artmasını nəzərə alsaq, arada +4 faizlik nəticə var. Sırf ali təhsil və ya peşəkarlıq, ustalıq tələb edən sahələrin hesabına orta aylıq əməkhaqqı rəqəmləri dəyişə bilir".

G.Hüseynova dövlət və özəl sektor arasındakı fərqlərə də toxundu:

"Dövlət və özəl sektor arasındakı əməkhaqqı arasında real rəqəmlərdə fərq böyükdür. Təbii ki, bu, bütün özəl sektora aid deyil. Dövlət və özəl sektorda çalışanların əməkhaqları arasında bir o qədər də böyük fərq yoxdur. Dövlət sektorunda dövlət qulluqçularının və ya rəhbər vəzifədə çalışanların, özəl sektorda isə maliyyə-sığorta sahəsində çalışanların əməkhaqqı yüksəkdir. Peşə və ali təhsilin əməkhaqqına təsiri daha çox dövlət sektorundadır. Özəl sahədə isə bu bir az fərqlidir".

İqtisadçının fikrincə, hökumətin əməkhaqqı ilə bağlı strateji planı sosial yardımlar, ədalətli vergi islahatına keçid, qeyri-neft sektorunun inkişafına dövlət dəstəyi, ticari tərəfdaşların sayının artırılması, investisiya mühitinə əlverişli şərait görülən işlər çərçivəsindədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 Oktyabr 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see219

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see217

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see214

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see207

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see178

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see171

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see159

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see158

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see157

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see155

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see150

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see146

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see145

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see143

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see142

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

13 Yanvar 2026 07:02see140

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see135

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see133

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see130

Kənddə yaşayanların diqqətə Bu 10 qaydanı bilməlisiniz

13 Yanvar 2026 03:24see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri