Dövlət və özəl xəstəxana fərqi: Biri sağlamsan , digəri xəstəsən deyir
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Son illər ölkədə xəstəxanalara müraciət edən xəstələrin sayı artıb.
Hətta insanlar səhər tezdən xəstəxanalara axışaraq saatlarla növbə gözləməyə məcbur olurlar.Qeyd edək ki, ötən il pasiyentlərin sayı 5,4 milyon nəfərə çatıb. İcbari tibbi sığorta çərçivəsində 15,8 milyon müraciət qeydə alınıb.
Ötən ilin ilk 9 ayı ərzində göstərilən tibbi xidmətlərin sayı 44,6 milyon təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 9 faizə yaxın artım deməkdir. Vətəndaşların icbari tibbi sığorta çərçivəsində ən çox üz tutduğu xidmətlər isə ixtisaslı həkim müayinələri, radioloji və USM xidmətləri, eləcə də ginekoloji xidmətlər olub.
TƏBİB tabeli tibb müəssisələrində əsas maliyyə yükü qan dövranı, həzm və endokrin sistemi xəstəliklərinin payına düşüb. Özəl tibb müəssisələrinə yönəldilən ödənişlərdə isə qan dövranı sistemi, göz və gözün əlavə aparatının xəstəlikləri və sümük-əzələ sisteminin xəstəlikləri üstünlük təşkil edib.
2025-ci ildə özəl tibb müəssisələrində göstərilən tibbi xidmətlərin sayı 773 minə yaxın olub ki, bu da ötən illə müqayisədə təxminən 9 faiz artım deməkdir.
Bu da bir faktdır ki, son vaxtlar bəzi xəstəxanalarda onlayn qəbul sistemi tətbiq edilməsinə baxmayaraq, hələ də eyni mənzərənin şahidi oluruq.
Yəni vətəndaşlar uzun müddət növbədə gözləməklə həkim qəbuluna qəbz alırlar, sonra isə ikinci mərhələ başlayır ki, xəstələr saatlarla həkimin qapısının qarşısında növbəsinin çatmasını gözləyirlər.
Dövlət tibb müəssisələrində həkimlərin bir çoxu qısa bir müddət ərzində xəstəyə diaqnoz qoyaraq adətən elə bir ciddi probleminin olmadığını deyirlər. Yəni pasientlər həkimlərin laqeyd münasibəti ilə qarşılaşmalı olurlar.
Hətta pasient bəzən həkimə müraciət edir ki, onun qan analizi, yaxud hər hansı tibbi avadanlıqdan keçməsinə şərait yaratsın ki, o öz xəstəliyini dəqiq bilsin.
Bundan başqa, bir çox hallarda xəstələr uzun müddət növbəyə dayandıqdan sonra həkimin artıq qəbul saatının bitdiyini bildirirlər. Bu qədər biganəliyin qarşısında isə xəstə məcbur qalıb özəl klinikalara müraciət etməli olur.
Burada isə asanlıqla müraciət etdiyi həkimin qəbuluna düşməklə xəstəliyi ilə bağlı diaqnoz qoyulur. Maraq doğuran odur ki, dövlət xəstəxanalarına müraciət edən pasientlərə etinasız yanaşılır, xəstə tələb etmədikdə onun müayinədən keçməsi üçün analiz, yaxud müxtəlif tibbi aparatlara yönləndirilmir və çox vaxt da elə bir ciddi probleminin olmadığı deyilir.
Ancaq əksinə, özəl klinikalarda xəstəyə daha məsuliyyətlə yanaşılır, mövcud xəstəliyi aşkar edirlər. Bunun səbəbi nə ilə bağlıdır?
Məsələ ilə bağlı həkim-terapevt Rasif Bağırov “Cebheinfo.az”-a bildirib ki, bunun müxtəlif səbəbləri var:
“Belə ki, özəl klinikada həkimin xəstəsi varsa, onunla bağlı aylıq maaş alır. Ancaq dövlət xəstəxanasında həkimlər xəstəni qəbul edib-etməsə də, maaş alır. Nəticədə xəstə ilə maraqlanmaq o qədər də əhəmiyyət kəsb etmir.
Əksinə, çalışır ki, işi daha rahat olsun, yorulmasın, özü üçün daha yaxşı şərait yaransın. Ancaq özəl klinikada həkimin xəstəsi olmasa, o maaş ala bilmir.
Çünki o, klinikanın rəhbəri ilə faiz əsasında çalışır. Ona görə də məcburdur ki, xəstə ilə bütün parametrlərə uyğun şəkildə, yüksək səviyyədə, hörmətlə yanaşaraq, bütün lazım olan tədbiri görsün.
Eləcə də xəstəyə düzgün diaqnoz qoymağa çalışırlar ki, bu xəstə gedib onun üçün yeni xəstələr gətirsin. Çünki bu gün hər hansı bir xəstə həkimə müraciət etməmişdən qabaq ətrafında olan insanlardan yaxşı həkimin harda olduğunu soruşur.
Bu gün Azərbaycanda həkimlər kifayət qədər xəstələrin tələblərini ödəyə bilmədiklərinə görə, xəstələr ilk andan kiminsə, tanımadığı həkimin qarşısına gedib “məni müalicə et” demirlər.
Onlar həmişə axtarırlar, maraqlanırlar və ondan sonra həkimin yanına gedirlər. Çünki o, müəyyən maliyyə vəsaiti sərf edəcək ki, onun boş yerə xərclənməsini istəmir.
Ona görə də özəl klinikada işləyən həkim maksimum çalışır ki, xəstə ondan razı getsin. Hər razı gedən xəstə özündən əlavə başqa bir xəstəyə də o həkimi seçməyi məsləhət görür. Nəticədə həmin həkimin xəstə kontingenti bu cür formalaşır.
Bununla da o sabit şəkildə aylıq maaşını təmin edir. Ancaq dövlət xəstəxanalarında bu belə deyil. Məsələn, həkim əgər bir dərmanın adını bilmirsə belə, ayın sonunda maaşını alır. Ona görə də o xəstə ona heç maraqlı da deyil.
İnzibati qaydaları tətbiq etməklə bu münasibəti tənzimləmək mümkün olmur. İnsanların da hamısı gedib şikayət edib demir ki, hansısa həkim məni düzgün müayinə etmədi.
Onların sırasında cəmi 1-2 faiz xəstə etirazını bildirir ki, bununla da bu məsələni həll etmək qeyri-mümkündür. Ona görə də yalnız Azərbaycanda deyil, dünyanın hər yerində özəl sistemlə dövlət sistemi arasında belə bir ciddi fərqlər var.
Özəl sistem ona görə mövcud olur ki, daha yaxşı alternativ xidmət ortaya qoysun, insanlar seçimi necə edəcəklərini bilsinlər. Bu bir reallıqdır ki, dövlət xəstəxanalarında sabir şəkildə maaş alan həkimlərin xəstələrin yanaşması fərqli olur”.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Açar sözlər: xəstəxana Rasif Bağırov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 22 İyul 2026 14:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















