Dövlət Vergi Xidməti jurnalistlərə təlim keçib
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) 25 illiyi münasibətilə DVX və "Vergilər" qəzeti redaksiyasının birgə təşkilatçılığı ilə Tədris Mərkəzində media nümayəndələri üçün "Azərbaycanın vergi sistemi - retrospektiv baxış (2000-2025-ci illər) və gələcək inkişaf strategiyası (2025-28-ci illər)" mövzusunda ikigünlük təlim və müsabiqə keçirilib.
Oxu.Az xəbər verir ki, təlim çərçivəsində Tədris Mərkəzinin şöbə rəisi İmran Qarayev və Vergi Siyasəti Baş İdarəsinin şöbə rəisi Niyaz Şükürov tərəfindən təqdimatlar keçirilib.
Çıxışlarda 2000-2025-ci illərdə vergi sisteminin institusional inkişaf mərhələləri, elektron xidmətlərin formalaşması, vergi inzibatçılığında şəffaflıq və səmərəliliyin artırılması istiqamətində görülən işlər, həmçinin "Dövlət Vergi Xidmətinin 2025-28-ci illər üzrə Strategiyası"nın əsas hədəfləri diqqətə çatdırılıb. Təlim iştirakçıları vergi orqanları ilə media arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, ictimaiyyətin düzgün məlumatlandırılması və vergi mədəniyyətinin təşviqi mövzularında da fikir mübadiləsi aparıblar.
Sonda media nümayəndələri arasında müsabiqə təşkil olunub. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.
Baxış sayı:105
Bu xəbər 03 Noyabr 2025 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















