Icma.az
close
up
RU
Dövlət Vergi Xidmətinin rəisi beynəlxalq tədbirdə iştirak etdi

Dövlət Vergi Xidmətinin rəisi beynəlxalq tədbirdə iştirak etdi

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

12-13 mart tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində Qafqaz, Orta Asiya və Monqolustan Vergi Orqanları Rəhbərlərinin 3-cü Forumu keçirilib. 
Demokrat.az
xəbər verir ki, tədbir Beynəlxalq Valyuta Fondunun (BVF) və BVF-nin Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Regional Potensialın İnkişafı Mərkəzinin (CCAMTAC) dəstəyi ilə Özbəkistan Respublikasının Vergi Komitəsi tərəfindən təşkil olunub. 
Əsas mövzusu “Kölgə iqtisadiyyatı” ilə mübarizə” olan Forum vergi orqanlarının bu sahədə təcrübə mübadiləsinə töhfə verməyi hədəfləyib. Texniki sessiyalar çərçivəsində vergiqoyma sahəsində qlobal trendlər, transfer qiymətləri, vergi inzibatçılığının rəqəmsallaşdırılması, vergidən yayınma ilə mübarizə üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, vergi və gömrük administrasiyaları arasında əlaqələrin genişləndirilməsi müzakirə olunub. 
Açılış mərasimində BVF-nin Fiskal Məsələlər Departamenti direktorunun  müavini Marqaret Kotton, Özbəkistan Respublikası Vergi Komitəsinin sədri Fərrux Pulatov, Özbəkistan Respublikası İqtisadiyyat və Maliyyə nazirinin müavini  Axadbek Xaydarov mövzu ətrafında çıxış ediblər. 
Tədbirdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərlinin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. DVX rəisi “Azərbaycanın vergi sistemi: inkişaf və perspektivlər” mövzusunda təqdimatla çıxış edib. Xidmət rəisi ölkəmizin vergi sisteminin inkişaf hədəfləri, vergi inzibatçılığında prioritet istiqamətlər, əldə edilmiş nəticələr, mövcud çağırışlar və strateji istiqamətlər barədə məlumat verib. Bildirilib ki, “Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üçün strategiyası”nda təsbit olunan strateji fəaliyyət istiqamətləri vergi sisteminin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə təkan verəcək. DVX rəisi 2019-cu ildən bəri Azərbaycanın vergi sistemində sahibkarlığa fəal dəstək, “kölgə iqtisadiyyatı” ilə mübarizə səylərinin gücləndirilməsi, şəffaflığın artırılması, ədalətli rəqabətin qorunması, intizamlı vergi ödəyicilərinə fərqli yanaşmalar və vergi siyasəti alətlərindən fəal istifadə ilə xarakterizə olunan transformasiya prosesinin nəticələrini qeyd edib. 
Vergi sisteminin iqtisadiyyatın inkişafında töhfəsi, “kölgə iqtisadiyyatı” ilə mübarizədə rolu və biznes mühitinin təkmilləşdirilməsində möhkəmlənən mövqeyi vurğulanıb. 
Təqdimatın davamında risk əsaslı nəzarətin gücləndirilməsinin, rəqəmsallaşmanın və süni intellektin təhlükəsiz tətbiqinin, davamlı peşəkar inkişaf və institusional dayanıqlığın, dəyişən makroiqtisadi şərait fonunda qarşılıqlı səmərəli fəaliyyət və dialoqun əhəmiyyəti diqqətə çatdırılıb. Xidmət rəisi qeyd edib ki, könüllü əməletmə səviyyəsinin qorunması və artırılması, rəqəmsal vergi inzibatçılığında elektronlaşma və avtomatlaşdırmanın genişləndirilməsi, informasiya təhlükəsizliyinin təmin olunması prioritet təşkil edən məsələlər sırasındadır. 
Forumun çərçivəsində, həmçinin, “kölgə iqtisadiyyatı” ilə mübarizə, o cümlədən qeyri-formal məşğulluğun azaldılması istiqamətində müxtəlif ölkələrin reallaşdırdığı tədbirlər və layihələr ətrafında işgüzar müzakirələr və təcrübə mübadiləsi aparılıb.
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Mart 2026 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri