Dövlət Vergi Xidmətinin yeni strategiyasının əsas hədəfi diqqətə çatdırılıb
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 25 illiyi münasibətilə qurumun Şamaxıdakı Tədris Mərkəzində media nümayəndələri üçün "Azərbaycanın vergi sistemi – retrospektiv baxış (2000–2025-ci illər) və gələcək inkişaf strategiyası (2025–2028-ci illər)" mövzusunda iki günlük təlim və müsabiqə keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, ölkənin aparıcı media qurumlarının nümayəndələrin iştirakı ilə keçirilən tədbirin məqsədi son 25 il ərzində vergi sistemində aparılmış islahatlar, əldə olunmuş nəticələr və qarşıdakı illər üçün nəzərdə tutulan prioritet istiqamətlər barədə ətraflı məlumat verməkdən ibarət olub.
Təlim çərçivəsində Tədris Mərkəzinin şöbə rəisi İmran Qarayev və Vergi siyasəti baş idarəsinin şöbə rəisi Niyaz Şükürov təqdimatlar keçirib. Çıxışlarda 2000–2025-ci illərdə vergi sisteminin institusional inkişaf mərhələləri, elektron xidmətlərin formalaşması, vergi inzibatçılığında şəffaflıq və səmərəliliyin artırılması istiqamətində görülən işlər, həmçinin "Dövlət Vergi Xidmətinin 2025–2028-ci illər üzrə Strategiyası"nın əsas hədəfi diqqətə çatdırılıb. Təlim iştirakçıları vergi orqanları ilə media arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, ictimaiyyətin düzgün məlumatlandırılması, vergi mədəniyyətinin təşviqi mövzularında da fikir mübadiləsi aparıblar.
Sonda media nümayəndələri arasında müsabiqə təşkil olunub. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:19
Bu xəbər 03 Noyabr 2025 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















