Icma.az
close
up
RU
Dövlət vəsaiti ilə qurulan “ailə imperiyası”

Dövlət vəsaiti ilə qurulan “ailə imperiyası”

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bundan əvvəlki yazıda qeyd etdiyimiz kimi, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin fəaliyyətində ciddi mənimsəmə faktları aşkarlanıb. İddiaların mərkəzində qurumun icraçı direktoru Leysan Məmmədov və onunla əlaqəli şirkətlər var.
Məsələnin maliyyə tərəfi kifayət qədər böyük rəqəmlərlə ifadə olunur. Ümumi dəyəri 25 milyon manatı keçən üç iri müqavilə "Platin" MMC-yə tapşırılıb. Maraqlıdır ki, bu şirkətin rəsmi rəhbəri Rizvan Vəliyevin bacısı oğlu olsa da, idarəçiliyin Leysan Məmmədovun oğlu Elnur Məmmədov tərəfindən həyata keçirildiyi deyilir. Bu vəziyyət dövlət vəsaitlərinin ailə daxilində paylanmasını deməyə əsas verir.
Diqqətçəkən məqam evlərin təmiri üçün ayrılan vəsaitlərin süni şəkildə artırılmasıdır. Yüngül təmir tələb edən evlərin kvadratmetri üçün nəzərdə tutulan 150 manatlıq xərc sənədlərdə 350 manat kimi göstərilib. Bu yolla hər kvadratmetrdə yaranan 200 manatlıq fərq nəticəsində büdcəyə 14 milyon manatdan çox ziyan vurulduğu hesablanıb. Təmir sənədləri ilə evlərin ilkin vəziyyətini əks etdirən fotoların müqayisəsi bu fərqi aydın şəkildə ortaya qoyur.
Dövlət vəsaitlərinin mənimsənilməsində adı keçən Leysan Məmmədovun maliyyə resurslarını şəxsi biznesinə yönəltdiyi barədə məlumatlarımız var. İddialara görə müxtəlif layihələr vasitəsilə əldə edilən vəsaitlər birbaşa deyil, məhz ailə üzvləri üzərindən kommersiya fəaliyyətinə yatırılır. Bu sxemdə əsas fiqurlardan birinin onun qardaşı oğlu Rəşad Məmmədov olduğu bildirilir. Onun adına qeydiyyatdan keçmiş “AQK Manufacturing Company” MMC vasitəsilə Ağdam rayonu ərazisində iri miqyaslı biznes layihələri həyata keçirilir.
Yəni, dövlət büdcəsindən ayrılan vəsaitlər şəxsi investisiya kimi istifadə edilir və bu fəaliyyət qohumların adına rəsmiləşdirilir. Beləliklə faktiki sahibliyin gizlədilməsinə şərait yaradılır. Hazırda Ağdamda 1000 nəfərlik yaşayış kampı, beton və asfalt zavodlarının tikintisi aparılır. Bu obyektlər məhz həmin vəsaitlər hesabına ərsəyə gəlib.
Mənimsəmə hallarının yalnız vəsaitlərin xərclənməsi ilə bitmədiyi, həm də uzunmüddətli gəlir gətirən biznes strukturlarına çevrildiyi görünür. Üzə çıxan mənzərə korrupsiya yolu ilə əldə edilən pulların leqallaşdırılması və davamlı qazanc mənbəyinə çevrilməsi ehtimalını artırır. Faktlar göstərir ki, kateqoriya sistemi qəsdən təhrif edilərək işlərin dəyəri süni şəkildə bahalaşdırılıb və bu yolla külli miqdarda dövlət vəsaiti mənimsənilib.
Dövlət başçısının Qarabağda xüsusi nümayəndəliklər təsis etməkdə məqsədi idarəçilikdə tam şəffaflığa nail olmaq, "köhnə sistemin" qalıqlarını bu müqəddəs torpaqlara buraxmamaq idi. Lakin Leysan Məmmədovun rəhbərlik etdiyi qurumun fəaliyyəti bu hədəflərlə ziddiyyət təşkil edir. Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəliyin bu proseslərdən nə dərəcədə xəbərdar olduğu isə hələlik qaranlıq qalır.
Kənan İsmayıl
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Aprel 2026 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri