Icma.az
close
up
RU
Dövlət xəstəxanaları: Daha həkimə gedəndə əlimiz cibimizdə olacaq

Dövlət xəstəxanaları: Daha həkimə gedəndə əlimiz cibimizdə olacaq

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ölkədə 1 yanvar 2020-ci ildən icbari tibbi sığortanın mərhələli tətbiqinə başlanılıb.

1 aprel 2021-ci il tarixindən icbari tibbi sığorta sistemi bütün ölkə ərazisini əhatə edir. İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin sayı 3315-dir. Yeni qaydaya əsasən, 2026-cı ildən heç bir yerdə işləməyənlər icbari tibbi sığortadan ödənişli istifadə edəcəklər.

Məhz işləməyən şəxslər üçün illik icbari tibbi sığorta haqqı 2026-cı ilin yanvarın 1-dən minimum əməkhaqqının 48 faizi qədər təşkil edəcək. Hazırda minimum aylıq əməkhaqqının 400 manat olmasını nəzərə aldıqda sözügedən məbləğ illik 192 manat təşkil edəcək.

Əks təqdirdə, hər bir tibbi xidmətdən istifadəyə ödəniş edilməlidir. Yəni bu ödənişi etməyən şəxslər isə sığortadan istifadə hüququnu itirəcəklər. Qeyd edək ki, indiyədək həmin şəxslər bu xidmətlərdən dövlət vəsaiti hesabına istifadə edirdilər.

İşləyən şəxslər üçün isə əməkhaqqının 2 %-i (8000 manata qədər olan hissədən) və 0,5 %-i (bu məbləğdən yuxarı olan hissədən) ödəməyə davam edəcəklər. 2026-cı ildə dövlət büdcəsindən İcbari Tibbi Sığorta Fonduna ayrılan vəsaitin əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə azalacağı nəzərdə tutulub. 

Belə ki, büdcədən fonda 900 milyon manatın ayrılması planlaşdırılır ki, bu da 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 516 milyon 405 min manat və ya 36.5 faiz azdır.

Bildirək ki, hazırda dövlət xəstəxanalarına müraciət edən pasientlər öncə seçdiyi həkimə müraciət üçün siyahıya yazılır, vətəndaşa bunun üçün təqdim edilən kağızda isə həkimin adı, ixtisası, xəstənin sıra nömrəsi və bu müraciət üçün həmin həkimə dövlət tərəfindən ayrılan vəsait öz əksini tapır. 

Yəni bu, xəstəxanaya müraciət edən bütün xəstələrə təqdim edilir. Ancaq yeni ildən çalışmayan insanlar bu müraciət formasından, yəniz ödənişsiz həkim müayinəsindən yararlanmaqdan məhrum olacaq.

Qeyd edək ki, ölkəmizdə bir sıra dövlət xəstəxanaları var və orada pasientlərə ödənişsiz xidmət göstərilməlidir. Sıöorta ödənişi etməyən şəxslər həmin xəstəxanalarda yeni qaydaya əsasən həkim müayinəsindən necə yararlanacaq?   

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, icbari tibbi sığorta haqqının toplanılması "Tibbi sığorta haqqında" Qanunla tənzimlənir və bu sahədə qərarlar qanunverici orqan tərəfindən qəbul olunur.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: Dövlət xəstəxanaları həkim

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:35
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Oktyabr 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see293

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see198

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see172

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see157

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see156

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see145

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see141

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri