Icma.az
close
up
RU
Dövlət xəstəxanaları evdə xəstəyə xidmət göstərir?

Dövlət xəstəxanaları evdə xəstəyə xidmət göstərir?

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Son günlər sosial şəbəkələrdə müzakirə edilən məsələlərdən biri də təcili tibbi yardımın fəaliyyəti ilə bağlıdır. 

Burada vətəndaşlar təcili yardım çağırdıqda qarşılaşdıqları problemlərdən bəhs edirlər. Hətta sosial şəbəkə istifadəçilərindən biri belə bir sualla müraciət edib: 

“Əgər xəstə çox narahatdırsa, xəstəxanaya gedib analiz verə bilmirsə, dövlət xəstəxanasının təcili yardımı gəlib evdə analiz goturə bilərmi? Biz bunu tələb edə bilərikmi?” 

Qeyd edək ki, bəzən vətəndaşlar səhhəti ilə bağlı problem yaranarkən təcili tibbi yardım çağırdıqda müraciət əsasında gələn tibb işçiləri sadəcə ilk yardım tətbiq etmək imkanına malik olduqlarını bildirirlər. 

Bu zaman səhhəti daha ağır vəziyyətdə olan xəstəyə digər prosedurlar həyata keçirilmir. Ümumiyyətlə, dövlət xəstəxanaları evdə hansı xidmətləri verir və bu xəstəxanaların təcili yardımı evdə analiz götürə bilərmi?
Məsələ ilə bağlı TƏBİB-dən “Cebheinfo.az”-a bildirilib ki, əhaliyə göstərilən tibbi xidmətlərin əhatə dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 yanvar 2020-ci il tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş "İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi" ilə müəyyən edilir: 

“Evdə səyyar xidmətin təşkili TƏBİB-in tabeliyində fəaliyyət göstərən ixtisaslı tibb müəssisələrinin (dövlət xəstəxanaları) fəaliyyət istiqamətində nəzərdə tutulmayıb. Evdə tibbi xidmətin göstərilməsi ilkin səhiyyə xidmətləri çərçivəsində şəxsin qeydiyyatda olduğu ərazi üzrə fəaliyyət göstərən ilkin səhiyyə xidməti göstərən tibb müəssisəsinin ailə həkimi və ya sahə həkimi tərəfindən həyata keçirilir. 

Təcili və təxirəsalınmaz tibbi yardım xidməti isə həyati təhlükə yaradan və təxirəsalınmaz tibbi müdaxilə tələb edən hallarda çağırış yerində zəruri tibbi yardımın göstərilməsini, tibbi göstəriş olduqda isə pasiyentin müvafiq tibb müəssisəsinə çatdırılmasını təmin edir. 

Təcili tibbi yardım briqadalarının əsas funksiyasına evdə planlı laborator müayinələrin aparılması və biomaterial nümunələrinin götürülməsi daxil deyil. Laborator müayinələr müvafiq tibbi göstərişlərə əsasən tibb müəssisələrində təşkil olunur”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: xəstəxana xidmət

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 İyul 2026 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri