Icma.az
close
up
RU
Menu

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

Marsda “kartof çipsi” dalğaları tapıldı

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

Bakıda 28 istiqamətdə sıxlıq var

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Dövlət Xidməti: İlin birinci yarısında 2,5 milyonadək kibertəhdid zərərsizləşdirilib

Dövlət Xidməti: İlin birinci yarısında 2,5 milyonadək kibertəhdid zərərsizləşdirilib

Oxumeni.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dövlət Xidməti: İlin birinci yarısında 2,5 milyonadək kibertəhdid zərərsizləşdirilib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində (XRİTDX) cari ilin ilk 6 ayının yekunlarına həsr olunmuş müşavirə keçirilib.

XRİTDX-dən bildirilib ki, müşavirədən əvvəl rəhbər heyət xidmətin inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini dərin ehtiramla yad ediblər. Tədbir Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev bildirib ki, hesabat dövründə ölkədə informasiya təhlükəsizliyi mühitinin daha da möhkəmləndirilməsi, dövlət informasiya ehtiyatlarının etibarlı mühafizəsi, kritik informasiya infrastrukturunun dayanıqlığının artırılması, eləcə də xüsusi dövlət rabitə sistemlərinin fasiləsiz və təhlükəsiz fəaliyyətinin təmin olunması məqsədilə kompleks tədbirlər ardıcıl şəkildə həyata keçirilib.

Həmçinin xidmət rəisi vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən informasiya təhlükəsizliyi sahəsinə göstərilən diqqət və dəstək nəticəsində XRİTDX-nin institusional potensialı və texnoloji imkanları əhəmiyyətli dərəcədə genişlənib, müasir rabitə infrastrukturu daha da təkmilləşdirilib, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq əlaqələri möhkəmləndirilib və qarşılıqlı fəaliyyətin əhatə dairəsi genişləndirilib.

O bildirib ki, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində dövlət siyasətinin ardıcıl həyata keçirilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi və strateji sənədlərdən irəli gələn vəzifələrin vaxtında icrası XRİTDX-nin fəaliyyətinin əsas istiqamətlərini təşkil edir. Dövlət qurumlarının informasiya resurslarının şəbəkə səviyyəsində etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə “AzStateNet” şəbəkəsində tətbiq olunan yeni nəsil təhlükəsizlik həlləri vasitəsilə URL əsaslı 8,5 milyona yaxın təhlükəli keçid, həmçinin virus, casus proqram və digər zərərli fəaliyyət əlamətləri daşıyan 4 milyondan çox şəbəkə trafiki bloklanıb. Eyni zamanda, “Sandbox” mühafizə sistemi tərəfindən 64 mindən çox zərərverici tərkibli fayl aşkarlanaraq zərərsizləşdirilib və son istifadəçilərin yoluxmasının qarşısı alınıb.

Xidmət rəisi müşavirə iştirakçılarının diqqətinə çatdırıb ki, son istifadəçilərin kibertəhlükələrdən qorunmasının təmin edilməsi məqsədilə 6 ay ərzində ümumilikdə 2,5 milyona yaxın kibertəhdid zərərsizləşdirilib. Onlardan 700 mindən çoxu mərkəzləşdirilmiş antivirus sistemi, qalanları isə digər müasir kibertəhlükəsizlik həlləri vasitəsilə bloklanıb. Deyib ki, əldə olunan nəticələr dövlət qurumlarında tətbiq edilən çoxsəviyyəli və mərkəzləşdirilmiş kibermüdafiə mexanizmlərinin yüksək effektivliyini bir daha təsdiqləyir.

O bildirib ki, hesabat dövründə dövlət elektron poçt xidmətinin fasiləsiz və təhlükəsiz fəaliyyətinin təmin olunması məqsədilə 8 milyondan çox elektron məktub emal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz çoxdur. Emal olunan məktubların 5,7 milyonu istifadəçilərə təhlükəsiz şəkildə çatdırılıb, 2,6 milyondan çoxunun isə zərərli tərkibli olduğu müəyyən edildiyindən bloklanıb.

Müşavirədə cari ilin ilk altı ayı ərzində informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, xüsusi və dövlət rabitəsi sahələrində həyata keçirilmiş tədbirlər, icra olunan layihələr, əldə edilmiş nəticələr, qarşıdakı dövr üzrə prioritet fəaliyyət istiqamətləri, həmçinin xüsusi rabitə infrastrukturunun müasirləşdirilməsi, dövlət orqanları arasında mühafizə olunan rabitə kanallarının etibarlılığının artırılması, məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməsi və rabitə sistemlərinin dayanıqlılıq və ehtiyatlılıq mexanizmlərinin gücləndirilməsi istiqamətində görülən işlərin icra vəziyyəti ətraflı təhlil olunub.Hesabat dövründə kadr hazırlığı və peşəkar bilik mübadiləsi sahəsində əldə olunan nəticələr də yüksək qiymətləndirilib. Bu istiqamətdə ali təhsil müəssisələri ilə əməkdaşlığın daha da genişləndirilməsi, praktiki bacarıqların inkişafına xidmət edən təlim proqramlarının və müasir laboratoriya mühitlərinin yaradılması ilə bağlı tapşırıqlar verilib.

Xidmətin struktur bölmələrinin rəhbərlərinin hesabatları dinlənilib, cari ilin ilk altı ayında görülmüş işlərin nəticələri ətraflı müzakirə olunub, mövcud vəziyyət qiymətləndirilərək qarşıdakı dövr üçün əsas fəaliyyət istiqamətləri və prioritet vəzifələr müəyyənləşdirilib.

Müşavirənin yekununda Dövlət Xidmətinin fəaliyyətinin səmərəliliyinin daha da artırılması, kibermüdafiə imkanlarının gücləndirilməsi, rəqəmsal təhlükəsizlik sahəsində qabaqlayıcı tədbirlərin genişləndirilməsi və strateji hədəflərin vaxtında icrasının təmin olunması ilə bağlı aidiyyəti struktur bölmələrə konkret tapşırıqlar verilib.

Oxuməni.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 20 İyul 2026 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see755

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see596

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see311

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see307

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see299

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see298

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see298

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see276

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see261

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see259

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see257

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see252

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see251

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see250

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see247

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see233

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see229

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see223

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see221

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri