Dövlət Xidməti: On ayda protokolların sayında 42 faiz azalma olub
Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Cari ilin yanvar-oktyabr ayları ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuş vətəndaş müraciətlərinin araşdırılması zamanı təqdim olunmuş sübutlara əsasən 40 fiziki və hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək qanunamüvafiq tədbirlər görülüb.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, tərtib edilmiş protokolların sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 42 faiz azalma müşahidə olunub.
Bu, Dövlət Xidməti tərəfindən istehlakçıların hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən intensiv maarifləndirmə tədbirlərinin effektiv nəticə verdiyini göstərir.

Dövlət Xidməti: On ayda protokolların sayında 42 faiz azalma olub AZƏRTAC
10 Dekabr 2024 10:59
Protokolların sayında 42 faiz azalma olub
10 Dekabr 2024 11:20
Dövlət Xidməti on bir ayda 72 min 406 mənşə sertifikatı verib AZƏRTAC
28 Dekabr 2024 14:25
Dövlət Xidməti: İstehlakçı hüquqları ilə bağlı inzibati xətaların sayı 42 % azalıb
10 Dekabr 2024 11:08
Dövlət Vergi Xidməti məlumat yaydı
24 Noyabr 2024 13:07

