Dövlət Xidməti şəhid övladları üçün bayram təşkil edib
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində şəhid övladları üçün bayram tədbiri təşkil edib.
APA xəbər verir ki, tədbir “Səbail Peşəkar Futbol Klubu”nun təşkilatçılığı və Cəlal Qurbanovun “Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində həyata keçirilib.
Tədbirin rəsmi hissəsində “Səbail” PFK-nın icraçı direktoru Firuz Abdulla, Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov və İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov çıxış ediblər. Çıxışlar zamanı Vətən Müharibəsi, Azərbaycanın suverenliyinin bərpası, tarix yazan şəhidlərin qəhrəmanlığı və digər mühüm məsələlər barədə ətraflı məlumat verilib.
Rəsmi hissə bitdikdən sonra şəhid övladları stadiona gedərək “Səbail” PFK-nın əvəzedici komandasının məşqini izləyib və komandalara bölünərək onlarla birgə futbol oynayıblar. Həmçinin futbol barədə müxtəlif suallarını idmançılara ünvanlayıblar.
Futbol oynadıqdan sonra balacalar qonaqlar “Səbail”in futbolçuları ilə birgə klubun yeməkxanasında nahar ediblər. Tədbirin sonunda əsas heyətin oyunçuları Rüfət Abdullazadə, Mert Çelik, Nicat Məmmədzadə, Suleyman Alluş, Emin Rüstəmov və İnnosent Nşuti şəhid övladlarına hədiyyələr təqdim edərək, onlarla xatirə şəkili çəkdiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 31 May 2025 10:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















