Icma.az
close
up
RU
Dövlətçilik irsindən dayanıqlı gələcəyə

Dövlətçilik irsindən dayanıqlı gələcəyə

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Nəsimi rayonu Füzuli küçəsi 65  üzrə Ərazi Partiya Təşkilatının akt zalında (Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Oktyabrın 16-da Nəsimi rayonu Füzuli küçəsi 65  ünvanında (Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ) Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrin, eləcə də qarşıdakı dövr üzrə strateji prioritetlərin müzakirəsinə həsr olunan “Dövlətçilik irsindən dayanıqlı gələcəyə: Böyük Qayıdış və yeni şəhərlər” mövzusunda müşavirə keçirilib.

Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyularaq, əziz xatirəsi ehtiramla anılıb.

Müşavirə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Açılış nitqi ilə çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (bundan sonra Komitə) sədri Anar Quliyev YAP-ın VIII Qurultayının əhəmiyyətinə toxunub. O, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl davam etdirildiyini vurğulayıb. Ölkədə həyata keçirilən genişmiqyaslı şəhərsalma layihələrindən bəhs edən Komitə sədri onların ərazilərin kompleks inkişafına, infrastrukturun müasirləşdirilməsinə və əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə xidmət etdiyini bildirib. Komitə sədrinin çıxışında dövlətçilik irsinin müasir inkişaf hədəfləri ilə uzlaşdırılmasının, şəhərsalma və memarlıq sahəsində həyata keçirilən siyasətin konkret nəticələrlə möhkəmləndirilməsinin, eləcə də “Böyük Qayıdış” prosesinin uğurla davam etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə yanaşı, ölkənin bütün regionlarının inkişafına və paytaxtın müasir memarlıq simasının formalaşdırılmasına xüsusi diqqət yetirildiyini qeyd edib. Bu baxımdan Anar Quliyev 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin dövlətin bu sahəyə göstərdiyi diqqəti və şəhərsalma siyasətinin Azərbaycanın dayanıqlı inkişafındakı strateji rolunu əks etdirdiyini vurğulayıb.

Müşavirədə Milli Məclisin deputatı, YAP Təftiş Komissiyasının üzvü Məlahət İbrahimqızı və Partiyanın Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov da çıxış ediblər. Onlar dövlətçilik ənənələrinin davamlılığı, milli birliyin möhkəmləndirilməsi, Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolu və VIII Qurultayda müəyyən edilmiş strateji istiqamətlər, həmçinin ölkənin davamlı inkişafında şəhərsalmanın rolu, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinin strateji əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

Komitənin Layihələrin idarə edilməsi şöbəsinin müdiri Ramil Cahangirov işğaldan azad edilmiş ərazilərdə Baş planlar əsasında şəhər və yaşayış məntəqələrinin yeni memarlıq-şəhərsalma simasının formalaşdırılması, müasir yaşayış məhəllələrinin salınması, abadlaşdırılmış ictimai məkanların yaradılması, sosial və mühəndis-nəqliyyat infrastrukturunun inkişafı barədə məlumat verib. Təqdimatda 47 yaşayış məntəqəsində 100 minə yaxın insanın yaşadığı, işlədiyi və təhsil aldığı bu ərazilərdə dayanıqlı şəhərsalma prinsiplərinin tətbiqi, müasir infrastrukturun inkişafı və əhalinin doğma torpaqlarına qayıdışı üçün rahat yaşayış mühitinin yaradılması istiqamətində görülən işlərdən bəhs olunub.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Oktyabr 2026 08:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see333

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see325

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see320

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see292

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see284

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see197

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri