Icma.az
close
up
RU
Dövlətdən razı cəmiyyət dövlətin maraqlarının qorunmasının başlıca təminatçıdır

Dövlətdən razı cəmiyyət dövlətin maraqlarının qorunmasının başlıca təminatçıdır

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

6.3.4 ictimai və dövlət maraqlarının müdafiəsi

Azərbaycanda ictimai və dövlət maraqlarının müdafiəsi milli təhlükəsizlik və media sahələrində özünü xüsusilə kəskin şəkildə göstərir.

Bakıvaxtı.az bildirir ki, bu iki sahə bəzən bir-birinə zidd mövqelərdə dayansa da, onların ahəng içində fəaliyyət göstərməsi cəmiyyətin sabit və inkişaf yönümlü gələcəyi üçün həyati əhəmiyyət daşıyır. İctimai maraqlar xüsusən də çoxluğun marağını üstün sayan bir anlayış olaraq qəbul edilməkdədir. İctimai maraqları tənzimləyən isə məhz dövlətdir. Yəni, dövlət ictimai maraqların keşiyindədir. Çünki milli maraq Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini özündə birləşdirir.

Bəzi hallarda ictimai maraqla dövlət maraqları toqquşur. İctimai maraqların və dövlət maraqlarının eyni zamanda qorunması üçün media və təhlükəsizlik strukturları arasında qarşılıqlı anlayış, hüquqi əsaslara söykənən əməkdaşlıq və balanslı yanaşma vacibdir. Belə olan halda həm vətəndaş cəmiyyəti güclənir, həm də dövlətin təhlükəsizliyi təmin olunur. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məhz ölkəmizdə dövlət və cəmiyyət maraqlarının mükəmməl vəhdətinə xüsusi önəm verməsi isə sirr deyil. Belə ki, dövlət başçısı ictimai və dövlət maraqlarının müdafiəsinə, mühafizəsinə, qorunmasına xüsusi diqqət ayırır. Sözsüz ki, dövlətin suverenliyinin möhkəmlənməsi üçün milli dövlət maraqları ilə ümummilli maraqların üst-üstə düşməsinin vacibliyi hərzamankından da artıq dərəcədə nəzərə alınır. Həmçinin vətəndaşlarımız ictimai və dövlət maraqlarının qorunmasına həssas yanaşırlar. İctimai və dövlət maraqlarının qorunması cəmiyyətin sağlam və davamlı inkişafının əsas şərtidir. Bu istiqamətdə həm dövlət qurumlarının, həm də vətəndaş cəmiyyətinin üzərinə mühüm vəzifələr düşür. Dünya təcrübəsi göstərir ki, şəxsi mənafelərin müdafiəsi eyni zamanda dövlətin və ictimai maraqların müdafiəsi deməkdir.

Mövzu ilə bağlı politoloq Azər Qasımov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycan dövləti müstəqillik dövrünün ağır günlərindən bu günlərinə kimi şərəfli bir yol keçib. Dövlət olaraq bir çox məsələlərdə inkişafa nail olmağın yolları uzun müddət sınaqlardan çıxarılıb. 

Onun sözlərinə görə, ictimai sferada əhalinin yaşam tərzinin yaxşılaşdırılması üçün bir sıra dövlət proqramları həyata keçirilib və indi də keçirilir:

"Aztəminatlı ailələrin sosial təminatı, təhsil sisteminin təkmilləşdirilməsi yolları, sosial müdafiə sistemində yeniliklər belə deməyə əsas verir. Təbii ki, bu tədbirlər davam etdirilməlidir. Ölkədə bütün dəstəyə ehtiyacı olan insanlara diqqət arzu edilən səviyyədə deyil. Təhsil sistemində təkmilləşdirilməsi vacib məsələlər mövcuddur. Səhiyyə sahəsində  inkişaf göz önündə olsa da, narazılıq doğuran məsələlər də çoxdur. Nəzarət mexanizmlərində çatışmazlıqlar mövcuddur. Çünki özəl səhiyyə sektorundakı nəzarət əslində formal xarakter daşıyır. Nəzarət edən qurumlar müəssisələrdə həkim kimi çalışan  kadrların diplomlu həkim kadrları olmasına nəzarət etməkdənsə, ikinci və üçüncü dərəcəli məsələrə daha çox diqqət yetirirlər. Bundan başqa, əsl savadlı müəllim kadrları məktəblərdən uzaq düşüblər. Bunun üçün dövlət ictimaiyyətin köməyi ilə geniş şəkildə silsilə müzakirələr keçirməli, ictimaiyyətin sosial və digər sahələrdə mövcud olan çatışmazlığı aradan qaldırılması üçün çıxış yolları axtarmasıdır".

A.Qasımova görə, dövlət maraqlarının qorunması istiqamətində atılan addımlar isə qənaətbəxş olmaqla yanaşı, eyni zamanda yerindədir. Dövlət rəhbərinin bu sahədəki uğurları göz önündədir.

"Dövlət marağı kəsb edən kiçik bir məsələ belə diqqətdən kənarda qalmır. İstər hüquq-mühafizə, istərsə də digər təhlükəsizlik qurumlarının əlbir işi Azərbaycanın dövlət maraqlarının qorunmasını təmin edir”.

Azər Qasımov: Azərbaycan dövlətinin məqsədi vətəndaş-dövlət tandemini daha da irəli aparmaqdır

Müsahibimiz vurğulayıb ki, amma hər bir dövlətin təhlükəsizliyi onun daxilindən başlayır. İctimai maraqlar hər zaman dövlət maraqlarının əsas təminatçısı rolunda çıxış edir.

“Daxilində dövlətdən razı cəmiyyət dövlətin bütün maraqlarının qorunmasının başlıca təminatçı hesab edilir. Azərbaycan dövlətinin məqsədi bu vətəndaş-dövlət tandemini daha da irəli aparmaqdır ki, bunun sayəsində Azərbaycan beynəlxalq aləmdə daha böyük uğurlara imza atsın", - ekspert əlavə edib.

Son olaraq onu da qeyd edək ki, Ermənistanla uzun illər davam edən münaqişədən sonra ərazi bütövlüyünün təmin edilməsi və Qarabağ bölgəsinin reinteqrasiyası dövlətin prioritet maraqları sırasına daxil olub. Bu çərçivədə dövlət informasiya təhlükəsizliyinin təminatı, sərhəd təhlükəsizliyi və iqtisadi inkişaf layihələri ilə paralel şəkildə hərəkət edir. Bu gün Qarabağ iqtisadi rayonunda aparılan yenidənqurma, abadlıq işləri xalqın və dövlət birliyinin bariz nümunəsidir. Bu, ictimai və dövlət maraqlarının qorunmasının vacibliyini bir daha sübut edir.  Ulu Öndərin layiqli davamçısı olan, ölkə başçısı İlham Əliyev təkcə Azərbaycan Respublikası vətəndaşlarının deyil, həm də dünya azərbaycanlılarının lideri kimi dövlət və ictimai maraqlarının hər zaman qorunmasına xüsusi diqqət göstərir. Bu məqsəd uğrunda atılan hər bir addım isə cəmiyyətimizin inkişafında mühüm rol oynayır.

Gülşən Şərif

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 15 Avqust 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri