Dövlətdən subsidiya almaq istəyənlərə ŞAD XƏBƏR
Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
"Subsidiyaya köklü dəyişiklik onun məğzindən ibarətdir. İndiyə kimi subsidiyalar əsasən əkin istiqamətli olub və əsas gözlənti əkinin həyata keçirilməsi, aqrotexniki tədbirlərin görülməsi və məhsul istehsalına nail olunması idi. Lakin yeni Dövlət Proqramına, cənab Prezidentin imzaladığı fərmanlarla edilən dəyişikliklərə və yeni qanunvericilik təşəbbüslərinə əsasən subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi, yəni məhsul istehsalı yönümlü subsidiyaların genişləndirilməsi nəzərdə tutulur".
BAKU.WS xəbər verir ki, bunu AZƏRTAC-a Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.
Nazirin sözlərinə görə, əvvəllər sadəcə şəkər çuğunduru, pambıq və tütün üzrə məhsul subsidiyası verilirdi:
"Əslində, bu məhsul subsidiyalarının illər üzrə məhsuldarlığa necə təsir etdiyini görmüşük. Əgər 2017-2018-ci illərdə ölkə üzrə məhsuldarlıq pambıqda orta hesabla 11 sentner idisə, keçən il 36 sentner oldu. Yəni üç dəfədən çox artım müşahidə etdik. Eləcə də tütündə və şəkər çuğundurunda da eyni misalı göstərə bilərik. Keçən ildən qarğıdalı və günəbaxan tumlarının istehsalında məhsul subsidiyası tətbiq etməyə başlamışıq.
Bu ildən meyvəçilikdə alma və nar istehsalı üzrə məhsul subsidiyası verilməsi nəzərdə tutulur. Dövlət Proqramı çərçivəsində məhsul subsidiyasını bitkiçilik sahəsi üzrə ildən-ilə artırmaq niyyətindəyik. Ərzaqlıq buğda subsidiyası var və yeni proqram çərçivəsində bunu da genişləndirməyi düşünürük.
Əgər əvvəl subsidiya sadəcə müasir suvarma sistemi qurmuş fermerə tətbiq olunurdusa, yeni Dövlət Proqramı çərçivəsində, həmçinin emal sənayesinə də subsidiya verilməsi nəzərdə tutulur. Bundan əlavə, heyvandarlıq istiqamətində - həm ətlik, həm damazlıq istiqamətində, eyni zamanda, süd məhsulu üzrə də subsidiyanın verilməsi planlaşdırılır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 16 İyun 2026 22:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















