Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Dövlətə və milli maraqlara xəyanət bağışlanmır Millət vəkili yazır

Dövlətə və milli maraqlara xəyanət bağışlanmır Millət vəkili yazır

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tarix boyu dövlətlərin möhkəmliyi, toplumların birliyi və millətlərin yaşamaq gücü bir amildən çox asılı olub: sadiqlik və yüksək məsuliyyət hissi. Öz dövləti, xalqı və milli maraqları üçün çalışan toplumlar həmişə inkişaf edib, təhlükələrdən çıxmağı bacarıb, tarix səhnəsində öz yerini qoruyub. Amma bu zənciri qıran, milli maraqlara zərər vuran ən təhlükəli hadisə xəyanətdir. Xəyanət yalnız hüquqi cinayət deyil, həm də mənəvi və tarixi məsuliyyətdir.

Məhz buna görə də bütün dövrlərdə və bütün xalqlarda bir fikir dəyişməz qalıb: dövlətə və milli maraqlara xəyanət bağışlanmır.

Dövlət yalnız sərhədlər, bayraq, qanunlar və təsisatlarla məhdudlaşmır. Dövlət həm də bir toplumun şərəfi, kimliyi, mövcudluğu və gələcəyi deməkdir. Ona görə də dövlətçiliyə vurulan hər hansı zərbə millətin gələcəyinə vurulmuş zərbədir. Tarix boyu dövlətləri yıxan, millətləri böhrana sürükləyən ən təhlükəli hadisələrdən biri isə xəyanət olub. Xəyanət - yalnız etik normanın pozulması deyil, həm də millətin gələcəyinə vurulan yaradır və özünü müxtəlif formalarda göstərir: gizli məlumatların düşmənə ötürülməsi, ölkə daxilində qarşıdurma yaratmaq, milli birliyi parçalamaq üçün fəaliyyətlər, dövlətin təhlükəsizliyinə və suverenliyinə zərər vuran addımlar. Bu addımlar hər biri ayrı-ayrılıqda millətin bütövlüyünə, dövlətin dayaqlarına və təhlükəsizliyinə yönələn təhlükə deməkdir. Xəyanəti bağışlanmaz edən də budur – onun nəticələri geri dönüşü olmayan fəsadlar yaradır.

Tarix sübut edir ki, ən böyük fəlakətlər çox zaman daxildən - etimadı doğrultmayan, dövlətə arxa olmaq əvəzinə onu zəiflədən şəxslərdən qaynaqlanıb. Bir çox dövlətlər xəyanət ucbatından məhv olub, işğala uğrayıb və ya uzun illər davam edən böhranlarla üzləşib. Tariximizdə də belə hadisələr az olmayıb. Vətənin ağır günlərində, müharibə və sınaq dönəmlərində milli birlik pozulanda və xəyanət baş qaldıranda millətin gücü zəifləyib. Amma xalqımız bir həqiqəti heç vaxt unutmayıb: daxili düşmən xarici düşməndən daha təhlükəlidir.

Bu gün dünya dəyişib, təhlükələr də dəyişib. Təbii ki burda söhbət akademik Ramiz Mehdiyevdən və onun illər boyu formalaşdırdığı, həm iqtidar daxilində, həm də müxalifət düşərgəsində kök salmış xəyanət şəbəkəsindən gedir. Bü gün siyasi sferada gerçəklərin üzə çıxdığı bir zamanda Ramiz Mehdiyevin, Əli Kərimlinin, Gültəkin Hacıbəylinin və Cəmil Həsənlinin eyni zəncirin həlqələri olması aydın olur. 

Dövlətçilik iradəsi, milli birlik və ictimai məsuliyyət bir xalqın ən müqəddəs dayaqlarıdır. Bu dayaqları sarsıdan ən təhlükəli amillərdən biri isə bir neçə şəxsin şəxsi maraq, eqoizm və mənəvi zəiflik naminə milli maraqları satmasıdır. Xüsusilə də bir-birinə dayaq olaraq tandem şəklində fəaliyyət göstərən qrupların xəyanəti cəmiyyətə daha böyük zərbə vurur. Çünki belə hallarda təkcə fərdi pozuntu yox, qəsdən və planlı şəkildə dövlətçilik əleyhinə birləşmiş niyyət meydana çıxır. Məhz bu səbəbdən Ramiz Mehdiyevin, Əli Kərimlinin, Gültəkin Hacıbəylinin və Cəmil Həsənlinin gizli şəkildə bir araya gələrək dövlətə xəyanət etməsi təkcə hüquqi yox, həm də mənəvi, əxlaqi və milli dəyər baxımından ağır pozuntu sayılır.

Tarixi və müasir reallıq göstərir ki, xəyanət heç vaxt böyük ideyalardan doğmur. O, adətən çılız xarakterin məhsulu olur. Öz mənfəətini millətin gələcəyindən üstün tutan, mənəvi zəiflik göstərən, dövlətə deyil, öz nəfsinə xidmət edən şəxslərin addımıdır. Ramiz Mehdiyevin xəyanət trayektoriyasına öz məkrli niyyətləri ilə təşrif buyuran Əli Kərimli, Gültəkin Hacıbəyli və Cəmil Həsənlinin birləşərək gizli fəaliyyət göstərməsi də məhz belə zəiflikdən - şəxsi qazanc əldə etmək arzusu, eqoist ambisiyalardan qaynaqlanır. Onlar öz məqsədləri naminə böyük bir xalqın taleyini riskə ataraq dövlətə qarşı addımlar atırlar. Bu isə artıq sadəcə bir səhv deyil - dövlətçilik prinsiplərinə açıq xəyanətdir. Nəticədə onların hər biri, öz rollarına uyğun olaraq, Azərbaycan dövlətçiliyinə qarşı cinayət ortağıdırlar. Onların birləşərək plan qurması, məlumat paylaşması və koordinasiyalı fəaliyyət göstərməsi xəyanətin daha ağır formasını yaradır. Fərdi xəyanət bəzən təsadüfi ola bilər, lakin tandem halında xəyanət düşünülmüş, məqsədli, qarşılıqlı rol bölgüsü olan, dövlət qurumlarına yönəlmiş sistemli zərbədir.

Bu cür əməkdaşlıq cəmiyyət üçün daha təhlükəli sayılır, çünki burada yalnız bir şəxsin deyil, bir qrupun məqsədli şəkildə dövlətə qarşı birləşdiyi görünür. Xəyanətin planlı olması onun mahiyyətini daha da ağırlaşdırır.

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı istintaq məhz həmin qaranlıq məqamlara işıq salır. Sırf siyasi etiket xatirinə “müxalifətçi”, “aktivist”, “tənqidçi” kimi təqdim olunan şəxslərin bir çoxu, əslində, uzun illər boyu ölkə daxilində sabitliyi pozmağa, etimadsızlıq mühiti yaratmağa, cəmiyyəti hakimiyyətlə qarşı-qarşıya qoymağa hesablanmış tapşırıqların icraçısı kimi fəaliyyət göstəriblər.

Özünü “dövlətin yanındayam” deyə göstərib, arxa planda gizli anlaşmalar quran, şəffaflıq görüntüsü yaradaraq kölgədə fəaliyyət göstərən Ramiz Mehdiyev cəmiyyət üçün ən təhlükəli təzahür hesab olunur. O, dövləti inkişafdan çəkindirmək, ictimai sabitliyi pozmaq və milli maraqlara zərər vurmaq məqsədilə hərəkət etmişdir. O səhnənin önündə dövlətə sədaqətli görünmək illüziyası yaradaraq tədbirlərdə dövlətçilikdən danışır, özünü sadiq vətəndaş kimi təqdim edir, cəmiyyətin etibarını qazanmağa çalışır, lakin səhnənin arxasında tamam fərqli bir simaya məxsus olaraq niyyətinin öz mənfəətini təmin etmək üçün dövlətin imkanlarından sui-istifadə etmək, maraqları uyğun gəlməyəndə isə dövlətə zərər vurmaq olduğunu ortaya qoymuşdur. Ramiz Mehdiyev öz tərəfdaşları ilə birləşərək məqsədlərini həyata keçirmək üçün milli dəyərləri belə bir kənara atmaqdan çəkinmədiyni səpgiləmişdir. Belə şəxslərin xəyanətində ən təhlükəli cəhət məhz maskalanmış xarakterdir - yəni, özünü “dost” kimi göstərib, düşmən kimi davranmaq. Bu davranış həm də mənəvi iflasın göstəricisidir. Xəyanət onların dünyasında sanki məntiqli seçimdir, çünki vətən sevgisi olmayan, şəxsi mənfəətə aludə olan şəxslər üçün böyük idealların heç bir dəyəri yoxdur.

Azərbaycan cəmiyyəti tarixən xəyanətə qarşı barışmaz mövqe nümayiş etdirib. Bu gün də belə hallar baş verdikdə dövlətin mövqeyi qətiyyətlidir, xalqın mövqeyi isə birdir: milli maraqlara zidd istənilən addım pislənməli, rədd edilməli və qanun çərçivəsində sərt cavabını almalıdır.

Xəyanət edənlərin sayının üç, beş və ya on olmasının fərq yoxdur - xalqın iradəsi qarşısında bu şəxslər puç və mənasız qalır. Cəmiyyət belə şəxslərin davranışını ən azı mənəvi zəiflik, milli kimliyə laqeydlik, məsuliyyətsizlik və dövlətçilikdən xəbərsizliyin təzahürü kimi qiymətləndirir. Belə şəxslərin planları cəmiyyət üçün dərs, dövlət üçün isə təhlükələrin daha adekvat dəyərləndirilməsi üçün stimul olur.

Bu cür hallara qarşı dövlətin sərt və prinsipial mövqeyi təkcə cəza mexanizmi deyil, həm də gələcək cəhdlərin qarşısının alınması üçün mühüm siqnaldır. Hər bir ölkə kimi Azərbaycan da dövlətə xəyanət hallarını hüquqi müstəvidə ciddi şəkildə araşdırır, dövlət təhlükəsizliyinə qarşı yönələn hərəkətləri qəti şəkildə cavablandırır, milli maraqların toxunulmazlığını təmin edir. Qanunların sərtliyi ədalətsizlik deyil, zərurətdir. Çünki dövlətin təhlükəsizliyi kompromis mövzu deyil.
Dövlətə xəyanət yalnız mənəvi yox, həm də hüquqi baxımdan ən ağır cinayətlərdən sayılır. Bunun səbəbi sadədir: belə əməllər təkcə bir insanı və ya qrupun maraqlarını deyil, bütün millətin taleyini təhlükə altına qoyur.

Məhz bu barışmaz mövqe sayəsində dövlətçilik ənənələrimiz möhkəmlənir, milli təhlükəsizlik sistemi daha da gücləndirilir. Dövlətə xəyanət edən şəxslərin adları yalnız ləkə kimi xatırlanır, onlar tarixin qaranlıq səhifəsində qalırlar. Bu hadisələr isə dövlətçiliyin bir həqiqətini bir daha təsdiqləyir: millətin gücü birlikdə, dövlətin gücü vətəndaşın sədaqətindədir. 

Milli maraqların qorunması yalnız dövlət qurumlarının və xüsusi xidmət orqanlarının işi deyil. Bu missiya bütün cəmiyyətin, hər bir vətəndaşın üzərinə düşən mənəvi borcdur. Çünki dövlətin gücü xalqın birliyindən, həmrəyliyindən və sədaqətindən qaynaqlanır. Milli maraq hər birimizin həyatına, təhlükəsizliyinə, sabahına təsir edən fundamental prinsipdir. 

Bu gün Azərbaycan təkcə regionda deyil, beynəlxalq miqyasda öz sözünü deyə bilən, mövqeyi hesablanan və dayanıqlığı ilə seçilən bir dövlətdir. Bu gün Azərbaycan dövlətinin barışmaz mövqeyi təsadüfi deyil -  Zəfər tarixi bunun ən böyük sübutudur. Ordumuzun qəhrəmanlığı, xalqımızın birliyi və dövlət rəhbərliyinin dəmir iradəsi sayəsində Azərbaycan yalnız torpaqlarını azad etmədi, həm də dövlətçilik prinsipinin, milli birliyin və suverenliyin yenilməzliyini göstərdi.

Bu Zəfər yalnız hərbi qələbə deyildi - bu, xalqın birliyinin, ordunun qüdrətinin, dövlət rəhbərliyinin siyasi iradəsinin və milli ruhun təntənəsi idi. Məhz bu iradə sayəsində Azərbaycan bu gün siyasi baxımdan sabit, iqtisadi baxımdan güclü, regional əməkdaşlıqda lider, müdafiə sahəsində qüdrətli, milli məqsədlərinə doğru qətiyyətlə irəliləyən bir ölkə kimi tanınır.

Dövlətimiz təkcə sabitliyi qorumaqla kifayətlənmir - həm də böyük quruculuq işləri aparır, işğaldan azad edilmiş torpaqlarda həyat yenidən canlanır, yeni şəhərlər, yollar, sənaye zonaları, kəndlər salınır. Bu proseslər Azərbaycanın gələcəyinin nə qədər parlaq, strateji məqsədlərinin nə qədər aydın olduğunu sübut edir.

Bütün bunlar onu göstərir ki, Azərbaycan dövlətini zəiflətmək istəyənlər yanılırlar – çünki dövlətin dayaqları torpaq kimi bərk, xalqın iradəsi dəmir kimidir. Bu inkişaf xəritəsinin arxasında isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli kursu, müdrik siyasəti və öz xalqına inamı dayanır. Onun formalaşdırdığı strateji xətt Azərbaycanı regionun ən güclü dövlətlərindən birinə çevirib və bu güc hər gün daha da artır. Onun rəhbərliyi ilə aparılan islahatlar, təhlükəsizlik siyasəti, diplomatik xətt və milli maraqlara sarsılmaz sədaqət Azərbaycanı daha da gücləndirib.

Bu gün ölkəmiz hər sahədə - iqtisadiyyatda, diplomatiyada, hərbi qüdrətdə, beynəlxalq arenadakı nüfuzda - qələbə əzmi ilə irəliləyir. Azərbaycan xalqı bir daha sübut edib ki, birlik olduqda qarşısında heç bir maneə dayana bilməz. Dövlətimizin strateji məqsədləri aydındır: daha güclü ordu, daha inkişaf etmiş iqtisadiyyat, daha təhlükəsiz cəmiyyət, daha nüfuzlu Azərbaycan.
Bu güc, bu iradə, bu əzm sayəsində Azərbaycan bu gün də, sabah da öz yolunda daha inamla irəliləyəcək. Xəyanətin kölgəsi xalqın iradəsinə qaranlıq sala bilməz. Çünki Azərbaycan dövləti böyükdür, güclüdür, vətəndaşının birliyi ilə yenilməzdir.

Azərbaycanın yolu Zəfər yoludur - gücün, inkişafın, sabitliyin və əzmin yoludur.

Millət vəkili Asif Əsgərov


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://unikal.az
archiveBu xəbər 04 Dekabr 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see493

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see394

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see383

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see329

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see296

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see296

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see287

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see240

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see212

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see203

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see183

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see171

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see168

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see167

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see156

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see139

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see128

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri