Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

“Dövlətə xəyanət onun inkişafının uzunmüddətli dayanması ilə nəticələnir”

“Dövlətə xəyanət onun inkişafının uzunmüddətli dayanması ilə nəticələnir”

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəyanət anlayışı bir kəsin etibarına, güvəninə, verdiyi sözə və ya münasibətinə sadiq qalmamaq, onu aldatmaq, arxadan vurmaq, yəni xainlik etmək deməkdir.

Dövlətə və milli maraqlara xəyanətin isə hər bir cəmiyyətə zərəri kifayət qədər yükdür. O cümlədən, ölkə başçısına xəyanət bütövlükdə xalqa, millətə və cəmiyyətə xəyanətdir. Çünki lider bir dövlətin rəmzidir.

İlk növbədə, dövlətə xəyanət milli təhlükəsizliyin zəifləməsi ilə nəticələnir. Çünki xəyanətkarlar dövlət sirlərini, hərbi planları və ya strategiyaları düşmənə götürəndə sərhədlər təhlükəyə düşür, ordunun mövqeyi ifşa edilir, ölkə hücuma daha açıq olur və s. Bu da müharibələr dövründə xəyanətə uğrayan ölkənin məğlub olması ilə nəticələnir.

Dövlətə qarşı xəyanət, həm də ölkə rəhbərinin və ya hökumətin devrilməsinə də səbəb olur. Bu da çox vaxt ölkəni uzun illər qeyri-sabit vəziyyətdə saxlayır.

Xəyanət, eyni zamanda, bir dövlətin parçalanması, cəmiyyətin bölünməsi, iqtisadiyyatın çöküşü, xalqda hakimiyyətə etimadın sarsılması, xarici dövlətlərin müdaxiləsi, dövlət aparatının korrupsiyaya yol açması üçün ciddi əsaslar yaradır. Bir sözlə, dövlətə xəyanət həmin dövlətin inkişafının uzunmüddətli dayanması ilə nəticələnir. Çünki xəyanət nəticəsində islahatlar dayanır, inkişaf proqramları pozulur, təhsil, ordu, iqtisadiyyat ciddi zərər görür. Yəni, xəyanətlər ölkənin on illərlə geriləməsinə səbəb ola bilər.

Nəticə etibarilə dövlətə xəyanət həmin dövlət üçün təkcə cinayət deyil – strateji təhlükədir. Onun təsiri bəzən müharibədən, iqtisadi böhrandan, xarici təhdiddən daha dağıdıcı olur.

Tarixən dövlətlərin və onun liderlərinin xəyanət qurbanı olması barədə kifayət qədər faktlar var. Məsələn, Roma imperiyasında Yuli Sezarın yaxın ətrafı, o cümlədən dostu hesab etdiyi Brut tərəfindən xəyanətə uğrayaraq öldürülməsi, bəzi Osmanlı sultanlarının devrilməsi və qətlə yetirilməsi buna sübutdur. Məsələn, sultan II Abdülhəmidin taxtdan endirilməsindən bir neçə il sonra Osmanlı süqut etdi.

Tarixən mövcud olmuş Azərbaycan dövlətlərində də xəyanət hadisələri kifayət qədər baş verib. Qafqaz Albaniyasının hökmdarı Cavanşirin öz yaxın ətrafı tərəfindən öldürülməsi buna sübutdur. Yaxud, Səfəvi şahı I Təhmasibə qarşı sui-qəsd cəhdləri və digər xəyanətlər dövlətin ciddi zəifləməsinə səbəb oldu. Azərbaycan torpaqlarını birləşdirən Nadir şahın öz sərkərdələri tərəfindən xəyanətə uğrayaraq öldürülməsi isə Əfşarlar dövlətinin sonu oldu. Əlbəttə, belə faktların sayını kifayət qədər artırmaq olar. Bütün bunlar xəyanətin hansı nəticələr verdiyini göstərir.

Təəssüf ki, müasir dövrdə də dövlətə qarşı xəyanət faktları ilə rastlaşırıq. Həm də bu xəyanət dövlətdə yüksək vəzifələr tutan şəxslər tərəfindən törədildikdə acınacaqlıdır. Buna nümunə olaraq Ramiz Mehdiyevin fəaliyyətini göstərmək olar. Son zamanlar açıqlanan faktlar Ramiz Mehdiyevin əməllərinin xəyanətin anatomiyası olduğunu göstərir. Onun dövlətə qarşı xəyanət, hakimiyyəti güc yolu ilə devirmək cəhdləri, xarici ölkələrlə gizli əməkdaşlığı bir çox mətləblərdən də xəbər verir.

İş burasındadır ki, o, öz əməllərinə radikal müxalifəti – AXCP sədri Əli Kərimlini, “Milli Şura”nın üzvü Gültəkin Hacıbəylini və digərlərini də cəlb edib. Artıq Dövlət Təhlükəsizlik Xidməti cinayət işi açaraq məsələni araşdırır. Şübhəli qismində həm Ramiz Mehdiyev, həm də onun radikal müxalifətdəki tərəfdaşları məsuliyyətə cəlb olunublar. Yayılan məlumatlara görə, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin evində axtarış aparıb. Axtarış zamanı evdən “Milyarderlər İttifaqı” ilə əlaqəyə dair materiallar, Ramiz Mehdiyev tərəfindən yazılmış məktubun mediada olmayan ilkin redaktə variantı, sair sənədlər tapılıb. Məlumatlara görə, onlar barələrində aparılan araşdırma çərçivəsində dindiriliblər. Bildirilir ki, proses Ramiz Mehdiyev barəsində açılan cinayət işi çərçivəsində aparılıb.

Əlbəttə, Əli Kərimlinin Ramiz Mehdiyevlə bağlılığını bir sıra faktlar da təsdiqləyə bilər. Məsələn, 2013-cü ildə Milli Şuranın Rusiya Prezidentinə göndərdiyi məktuba imza atan və necə lazımdır öhdəlik götürməyə hazır olduqlarını bəyan edən əsas şəxslərdən biri Əli Kərimli olmuşdu. Həmin ünvana Ramiz Mehdiyev də eyni niyyətlə məktub göndərmişdi. Deməli, vizual olaraq müxtəlif qütblərdə olan bu iki şəxsi eyni niyyət birləşdiribmiş. Proseslərin ardıcıllığına diqqət etdikdə bir detal da diqqət çəkir. Əli Kərimli axırıncı dəfə nə vaxt mitinq edib? 2019-cu ilin 19 yanvarında və həmin tarixə qədər Əli Kərimli mütəmadi hər həftə sonu mitinq, icazəsiz aksiya keçirirdi. Sonradan nə baş verdi ki, meydan, küçə həvəskarı olan Əli Kərimli bircə dəfə də mitinq keçirmədi və ya keçirə bilmədi? Həmin ilin oktyabr ayında Ramiz Mehdiyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edildi. Niyyətləri təbii ki, dəyişməsə də, çox şey dəyişdi. Əli Kərimli çıxışlarında özünü Rusiyaya qarşı biri kimi göstərirdi. Bu da seçilmiş taktika idi, daha doğrusu maskalanmaq idi. Lakin adamların ümidi Rusiyaya idi. Bunlar altdan-altdan yazıb-pozurmuşlar ki, niyyətlərinə nail olsunlar. Əli Kərimli hakimiyyətə gələ bilmək üçün Kreml qulu olmağa ikiəlli razı imiş. Əli Kərimli elə bir xislətin sahibidir ki, hakimiyyətə gələ bilmək üçün istənilən varianta gedər.

Lakin dövlətimiz və onun müvafiq strukturları ayıq-sayıqdır. Dövlətə qarşı xəyanət edənlərin əməlləri qısa zamanda ifşa olundu.

Mehdiyev-Kərimli tandeminin xəyanəti təkcə cənab Prezident İlham Əliyevə deyil, Vətənimizin, ölkəmizin uğurlarına sevinən hər bir vətəndaşa, azərbaycanlıya qarşı xəyanət kimi qiymətləndirilməlidir. Çünki bu uğurlar xalq-Prezident birliyinin sarsılmazlığı nəticəsində əldə olunub.

Hazırda istintaq davam edir və məlum şəxslərə qarşı konkret maddələr üzrə ittiham irəli sürülüb. Azərbaycan qanunvericiliyində “Dövlətə xəyanət” Cinayət Məcəlləsində məsuliyyət müəyyən edir. Belə ki, Cinayət Məcəlləsinin 274-cü maddəsinə əsasən aşağıdakılar dövlətə xəyanət hesab olunur:

Dövlətin suverenliyinə, müstəqilliyinə və təhlükəsizliyinə qarşı fəaliyyət;

Dövlət sirrinin xarici dövlətlərə verilməsi;

Dövlətə qarşı düşmən tərəfə keçmək;

Xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq;

Casusluq.

Bu fəaliyyətlərin hər biri bilərəkdən, yəni qəsdən edilərsə, xəyanət sayılır. Azərbaycan qanunvericiliyinə əsasən, dövlətə xəyanət ən ağır cinayət kateqoriyalarına daxildir.

Şübhəsiz ki, xəyanətkarlar layiq olduqları cəzanı alacaqlar. Öz torpaqlarını müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə azad etmiş dövlətimiz və xalqımız yeni-yeni zəfərlər astanasındadır. Nəinki regionun, artıq dünyanın nüfuzlu dövlətinə çevrilmiş Azərbaycanın nailiyyətlərini bəzi xarici qüvvələr həzm edə bilmir. Ona görə də, onlar daxildəki əlaltıları vasitəsilə ölkəmizdə pozuculuq işləri aparmağa çalışsalar da, bu cəhdləri fiaskoya məhkumdur. Azərbaycan dövləti güclüdür və hər hansı təxribatları yerindəcə durdurmaq imkanındadır. Son proseslər də bunu təsdiqləyir!

Samir Vəliyev

Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 01 Dekabr 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see338

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see320

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see315

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see298

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see294

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see291

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see282

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see274

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see263

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see258

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see247

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see245

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see241

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see237

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see230

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see221

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see219

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see216

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see215

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri