Icma.az
close
up
RU
Dövlətə xəyanətdə ittiham olunan BDUnun tələbəsinə hökm oxundu

Dövlətə xəyanətdə ittiham olunan BDUnun tələbəsinə hökm oxundu

Icma.az bildirir, Azpost portalına istinadən.

Bakı Dövlət Universitetinin (BDU) III kurs tələbəsi Fidan Əliyeva iki ildir dövlətə xəyanət ittihamı ilə həbsdədir. O, 2022-ci ilin dekabrında Laçın-Xankəndi yolunun Şuşadan keçən hissəsində başlanan və 138 gün sürən aksiyadakı ekofəallardan biridir.

Ermənistanın xüsusi xidmət orqanları əməkdaşlarına Azərbaycanla bağlı bir sıra bilgi, dövlət obyektlərinin foto və videolarını çəkib göndərməklə casusluq etməkdə suçlanan 21 yaşlı qıza bugünlərdə hökm oxunub. Ona 6 il həbs cəzası kəsilib.

F.Əliyeva Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilib. Həmin maddədə 12 ildən 20 ilədək, yaxud ömürlük həbs cəzası nəzərdə tutulub. Azərbaycan qanunvericiliyinə görə, qadınlara ömürlük həbs cəzası verilmir.

F.Əliyevaya hətta prokuror da qanunda nəzərdə tutulan cəzanın minimum həddindən aşağı – 10 il həbs verilməsini istəmişdi. Prokuror məhkəmədə aşağı cəza həddini əsaslandırarkən onun gəncliyini, özəlliklə sağlamlığındakı problemi vurğulayıb. İstər istintaq, istərsə məhkəmə dövründə F.Əliyeva psixiatrik ekspertizadan keçirilib. Hər iki ekspert rəyində ona “qarışıq tipli şəxsiyyət pozuntusu” diaqnozu qoyulub.

Ekspertlərin rəyinə görə, o, hərəkətlərinin faktik xarakterini və ictimai təhlükə dərəcəsini tam anlamasa, onları idarə etmək gücündə olmasa da, tam anlaqsız da deyilmiş. Bu üzdən, məhkəmə onun təqsirli bilinib cəzalandırılmasına qərar verib.

Cinayət işinin materiallarında iddia olunur ki, F.Əliyeva Telegram kanalında tanış olduğu şəxs vasitəsilə Ermənistan xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilib. Ona verilən tapşırıqlara uyğun şəkildə foto və səs yazıları göndərib. Tələbə və könüllü kimi, Şuşadakı aksiyaya gedərkən yolda gördüklərini, orada baş verənləri də çəkib və Telegram-da yollayıb.

.Əliyeva özünü qismən təqsirli bilir. Ağır uşaqlıq, psixoloji sarsıntılar keçirdiyini vurğulayan gənc qız deyir ki, Telegram vasitəsilə danışdığı şəxsin heç xüsusi xidmət orqanının əməkdaşı olduğunu bilməyib. Onun sözlərinə görə, Telegram kanalında yazışdığı şəxs hədə-qorxu gəlməklə onu bilgi və fotolar göndərməyə məcbur edib: “Məni şantaj edirdi. Fotomu “vətən xaini” kimi paylaşacağı ilə məni hədələdi. Əlaqə nömrəmi, adımı, universitetimi… hamısını bilirdi. Deyirdi ki, paylaşacağam…”. (Azadlıq radiosu)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://azpost.info
archiveBu xəbər 16 Noyabr 2024 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see288

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see235

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see224

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see202

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see192

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see183

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see178

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see172

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see169

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see165

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see164

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see162

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see145

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see143

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see142

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see141

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see140

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see137

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see134

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri