Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Sumqayıt ın Antalya toplanışı

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

“Dövlətin dəstəyi olmasa, Azərbaycan teatrı yaşaya bilməyəcək”

“Dövlətin dəstəyi olmasa, Azərbaycan teatrı yaşaya bilməyəcək”

Icma.az, Yenisabah saytına istinadən bildirir.

"Keçmiş SSRİ dövründə Azərbaycan teatrının uğurlu tamaşaları respublikadan kənarda oynanılıb və alqışlanılıb: di gəl ki, Azərbaycan teatrı sovet respublikaları arasında heç də lider mövqelərinə yüksəlməyib. Amma bu, artıq keçmişdə qaldı”.

Bu sözləri "Yeni Sabah"a teatrşünas, yazıçı, professor, Əməkdar incəsənət xadimi Aydın Talıbzadə deyib.

O bildirib ki, bu gün bütün dünyada teatra marağın azalması bir tendensiyadır: pizza hut

“Gəlin, məsələyə qlobal şəkildə yanaşaq. Bu gün bütün dünyada teatra marağın azalması bir tendensiyadır. Bu fikir nəinki teatra, hətta kino sənətinə də aiddir. Çağdaş dönəmdə teatr heç cür aktual ola bilmir və odur ki, geniş auditoriyanı özünə cəlb etmək iqtidarında deyil. Hamı üçün ən maraqlı nəsnə informasiyadır. Müasir dövrdə sosial-iqtisadi, siyasi gündəm anbaan dəyişir, hamı siyasi xəbərləri diqqətlə izləyir. Nədən ki, onların hər biri taleyüklü məsələlərlə bağlıdır. Bu gün internet, müxtəlif TV-lər, sosial şəbəkələr xəbər konveyerləridir və potensial oxucunu, seyrçini maqnit kimi çəkib özlərinə "pərçim eləyirlər".

Bu informasiya burulğanında teatr heç cür öz fəaliyyətində bir balans tapa bilmir, öz fəaliyyətinə bəraət qazandıra bilmir. Mən kimə və nə üçün lazımam? Mən kimin həyatında nəyi dəyişə bilərəm? Teatrın bu sualları cavablamaq gücü və özünə inamı yoxdur. Fəlsəfə, ekzistensional problemlər isə beyni yuyulmuş kütlə üçün bir elə də cəlbedici deyil. Bura süni intellekti də əlavə edək. Onu da unutmayaq ki, müharibə "topları guruldayanda, gözəl sənətlər susur".

Bu problemin qloballığının bir əlaməti də ondadır ki, insanlar bu gün sanki seytnot vəziyyətində yaşayırlar, vaxt çatışmamazlığı ilə üzbəüzdürlər: müxtəlif səviyyədə, yəni siyasi, sosial, iqtisadi, mədəni platformada keçirilən tədbirlər, forumlar, görüşlər, olimpiadalar, çempionatlar o qədər çoxalıb ki, az qala təqvimin bütün günlərinə səpələnib. Teatra getmək isə bir ritualdır, bəlkə də özünəməxsus bir meditasiyadır: vaxt tələb edir”. 

Aydın Talıbzadə vurğulayıb ki, dövlətin teatra dəstəyi olmasa, Azərbaycan teatrı yaşaya bilməyəcək:

“Baxın, qısaca şəkildə mən dünya teatrının öz fəaliyyətində üzləşdiyi əsas problemlər müstəvisini sizin üçün cızdım. İndi keçək məxsusi Azərbaycan teatrına. Öncə seyrçinin maraq dairəsində olan repertuar, müasir insanın problemlərini işıqlandıran pyeslər.

İkinci: mobil, peşəkar, toplumun sevdiyi şəxsiyyətlərdən ibarət truppa; seyrçi teatra, ilk növbədə, sevdiyi aktyora baxmağa, onunla canlı təmas qurmağa gedir.

Üçüncü: seyrçini heyrətləndirən, onun düşüncələrini, fikirlər, duyğular aləmini "dağıdıb" yenidən yığa bilən peşəkar, savadlı rejissora.

Dördüncü: azərbaycanlı seyrçini tanımaq, onun psixikasına, tərcihlərinə yaxından bələd olmaq, milli adət-ənənələrin stixiyasından baş çıxarmaq, müasir teatr dəblərindən Azərbaycan mentallığını nəzərə alaraq faydalanmaq. Bəli, Azərbaycan teatrının seyrçilər tərəfindən sevilən dönəmləri olub, hətta tamaşaçılar bilet almaq üçün teatrın qapılarına hücum çəkiblər.

Bu, fəxrdir ki, azərbaycanlılar öz teatrlarını belə bir şövqlə seviblər. Lakin bunu əsas götürərək demək ki, "Azərbaycan teatrının güclü ənənələri olub", bu, bir qədər etik və doğru deyil. Keçmiş SSRİ dövründə Azərbaycan teatrının uğurlu tamaşaları respublikadan kənarda oynanılıb və alqışlanılıb: di gəl ki, Azərbaycan teatrı sovet respublikaları arasında heç də lider mövqelərinə yüksəlməyib. Amma bu, artıq keçmişdə qaldı.

Bütün bu dediklərimlə yanaşı, Azərbaycan teatrının aşağı-yuxarı uğurlu tamaşalarının təbliğata ehtiyacı var ki, biz bunun vasitəsilə seyrçinin diqqətini şou-proqramlardan, dedi-qodu verilişlərindən, bir sözlə, ordan-burdan ayırıb teatra cəlb etməliyik. Bunun üçün teatr özünə inamını, özünə hörməti bərpa etməlidir, öz ləyaqətini uca tutmalıdır və iki gündən bir didişmə çamurluğuna yuvarlanmamalıdır.

O ki qaldı maliyyə məsələsinə, bilməliyik ki, dövlətin teatra dəstəyi olmasa, Azərbaycan teatrı yaşaya bilməyəcək. Bu, aksiomdur. Bir tamaşa ilə teatr birtib tükənmir: teatr orqanizmdir, simadır, xalqın portretidir və qayğı tələb edir. Teatr seyrçiyə yalnız sevgi bağışlayanda sevilir”.

Qeyd edək ki, son rəsmi məlumata görə, Azərbaycanda 29 peşəkar teatr fəaliyyət göstərir. Son 1 il ərzində Azərbaycanda peşəkar teatrlara gedən tamaşaçıların sayı isə 400 min nəfər olub. Bir teatra düşən orta tamaşaçı sayına görə Azərbaycan Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan ölkələr arasında sonuncu sırada yer alıb.

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 28 Avqust 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see274

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see251

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see249

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see216

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see202

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see180

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see172

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see169

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see168

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see155

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see141

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see141

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see139

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see138

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri