Icma.az
close
up
RU
Dövlətin mühüm hərəkətverici qüvvəsi...

Dövlətin mühüm hərəkətverici qüvvəsi...

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vətəndaş cəmiyyətinin inkişafı prioritetdir!

Demokratik dövlətlərin inkişaf təcrübəsi və ölkəmizin keçdiyi yol bir daha göstərir ki, hüquqi dövlət quruculuğunda vətəndaş cəmiyyətinin rolu əvəzolunmazdır. Demokratik və müstəqil inkşaf edən ölkələrdə vətəndaş cəmiyyəti əsas etibarilə vətəndaş - şəxsiyyət amilinə əsaslanır. Vətəndaş cəmiyyəti insanların siyasi yox, başlıca olaraq iqtisadi və şəxsi həyat fəaliyyəti sferası kimi dəyərləndirilir.

Vətəndaş cəmiyyətinin formalaşması onun həyatının və fəaliyyətinin bir çox tərəflərini dövlətsizləşdirməyi nəzərdə tutur. Lakin bu, onun dövlətə ehtiyacı olmadığı mənasını vermir. Sadəcə dövlət iştirakının qaçılmaz olduğu istiqamətə yönəlməlidir. Xüsusən müdafiə, qanunvericilik, xarici siyasət, büdcə, ekologiya, nəqliyyat və vətəndaşların hüquqlarının müdafiəsi sahələrini buraya aid edə bilərik. Yəni burada dövlət cəmiyyətin xidmətçisi, onun inamlı nümayəndəsi kimi çıxış edir. Qısaca, cəmiyyət dövlət üçün yox, dövlət cəmiyyət üçündür.

Vətəndaş cəmiyyətinin inkişafında təməl prinsiplər

Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov bildirib ki, vətəndaş cəmiyyətinin sosial-siyasi sferasını təşkil edən əsas elementlər qismində ailə, ictimai, ictimai-siyasi, siyasi təşkilatlar və hərəkatlar, yaşayış yeri, əmək və başqa kollektivlərlə əlaqədar ictimai özünü idarəetmə orqanları çıxış edir: “İctimai fikrin formalaşması və ifadə edilməsi mexanizmlərinin üzə çıxarılması, sosial problemlərin həlli, cəmiyyətin maraqlarını qoruyan və müdafiə edən konstitusiya, müstəqil media, ədalətə söykənən məhkəmə-hüquq sisteminin formalaşması vətəndaş cəmiyyətinin inkişafının təməl prinsipləri hesab olunur. Vətəndaş cəmiyyətinin mənəvi sferasına daxil olan elementlər öz mövqeyini açıq ifadə etmək imkanı, söz və fikir azadlığı, yaradıcı, elmi və digər öz fəaliyyət birliklərinin dövlət və siyasi strukturlardan asılı olmaması və müstəqilliyidir”.

Ümumxalq mənafeyinin qorunmasına xidmət edən siyasət

Deputat qeyd edib ki, inkişaf etmiş vətəndaş cəmiyyətində dövlətin funksiyaları ümumi inkişaf strategiyasının işlənməsinə yönəlmiş olur: “Nəticədə, bu cəmiyyətin mahiyyəti hakim elitanın, hakimiyyətin ifadəçisi olmaq deyil, hər şeydən əvvəl vətəndaşların maraqlarını, tələbatlarını, azadlığını, istəklərini ifadə etməkdir.

Ardıcıl şəkildə həyata keçirilən islahatlar isə başlıca olaraq bir məqsədə -  vətəndaşların hüquq və azadlıqlarının etibarlı qorunmasına, ədalət mühakiməsinin təmin edilməsinə və təkmilləşdirilməsinə yönəlib. Bu fikrin davamı olaraq demək olar ki, vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı proseslər ölkəmizdə də, bütün dünyada olduğu kimi, eyni məcrada gedir. Azərbaycanda ildən-ilə vətəndaşların sosial fəallığının artması özünü müxtəlif cəmiyyətlərin, birliklərin, sosial hərəkatların yaranması və fəaliyyətini genişləndirməsində göstərir. Bu isə son illər Azərbaycanın beynəlxalq siyasi arenada artan nüfuzu, genişlənən əlaqələri, ölkəmizin regional əhəmiyyətinin yüksəlməsi ilə izah olunmalıdır. Bütün bunların isə eyni məqsədə - ümumxalq mənafeyinin qorunmasına xidmət etdiyi şəksizdir”.

Dövlətimiz bu məsələlərə həssas yanaşır...

B.Məhərrəmov vurğulayıb ki, vətəndaşlarımızın hüquqi mədəniyyət səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlər günü-gündən artır: “Təbii ki, yeni çağırışlar var. Dünyada bir çox sistem, qəbul edilmiş qərarlar, qanunlar sürətlə dəyişir. Dünyada siyasi mənzərə də yenidən formalaşdırılır. Buna uyğun olaraq dövlətlər milli fəaliyyət proqramlarını yeniləyirlər. Azərbaycan dövləti də bu məsələlərə həssas yanaşır. Dövrün tələblərinə uyğun yeni qanunların qəbul edilməsi, yeni təkliflərin verilməsi labüddür. Həmişə də belə olacaq. Bu yolda Azərbaycan dünyanın bir çox aparıcı dövlətləri sırasındadır. Cəmiyyət inkişaf etdikcə bütün bu məsələlər həmişə dövlətin əsas diqqət mərkəzində olan, prioritet vəzifə kimi qalacaq”.

Daimi dialoq platforması...

Deputat qeyd edib ki, bu gün vətəndaş cəmiyyəti üçün pozitiv olan istiqamətlərdən biri də ondan ibarətdir ki, dövlət orqanları ilə vətəndaş cəmiyyəti arasında əməkdaşlıq genişlənib: “Bu əməkdaşlığın müxtəlif formatları var. Bu formatlardan biri də açıq hökumət platformasıdır və çox səmərəli, effektiv fəaliyyət göstərir.

Vətəndaş cəmiyyəti və dövlət arasında daimi dialoqu təmin etməklə bağlı mühüm istiqamətlərdən biri də mərkəzi-yerli icra hakimiyyətləri yanında ictimai şuraların yaradılmasıdır. Bu, daimi dialoq platformasıdır. Hazırda əsas məqsəd effektiv səmərəliliyin artırılmasıdır. Bu gün vətəndaş cəmiyyətinin dövlət qurumlarına bir partnyor kimi qəbuledilmə təfəkkürü genişləməyə doğru gedir”.

Səlim

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 İyun 2025 09:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see412

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see355

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see319

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see272

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see257

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see238

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see233

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see230

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see220

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see216

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see214

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see213

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see211

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see209

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see199

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see196

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see192

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see190

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri