Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

Ölümdən sonra insanı nə gözləyir?

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

Dövlətin özünümüdafiə imkanı və gücü

Dövlətin özünümüdafiə imkanı və gücü

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

I MƏQALƏ

Liderlik: hüquqla dürüstlüyün kəsişməsində

Müasir dünyada baş verən geosiyasi proseslər praktiki nəticələrlə yanaşı, nəzəri olaraq da əhəmiyyətli qənaətlər əldə etməyə imkan verir. Siyasi-diplomatik ibarələrdən indi geniş istifadə edib, atılan addımların əsl mahiyyətini gizlətməyə çalışanlar az deyil. Sözdə və diplomatik təmaslarda özlərini “sülh və əməkdaşlıq mələyi” kimi qələmə verənlərin əməllərinə siyasi təlimlərin, beynəlxalq hüququn və geosiyasi nəzəriyyələrin elmi prizmasında baxanda, sabun köpüyü kimi darmadağın olur. Həmin əlamətlər hətta dünyanın bir sıra güclü dövlətlərinin xarici siyasətlərində görünür. Bu məqam müasir liderliyin və diplomatiyanın həqiqət anıdır – insanlar sözə deyil, konkret əmələ inanırlar.

Nümunələr

Bizim regionda liderin hüquqa və dürüstlüyə münasibətini ifadə edən çoxlu sayda faktlar mövcuddur. Azərbaycan dövlətinin regional və qlobal miqyasda fəaliyyəti təcrübəsi belə bir ümumi qənaət əldə etməyə imkan vermişdir: ulu öndər Heydər Əliyev beynəlxalq hüquqa tam əməl edən və fəaliyyətində dürüst davranan lider olmuşdur!

Heydər Əliyevin beynəlxalq hüquqa uyğun addımlar atdığını saysız-hesabsız faktlar sübut edir. Burada yalnız onu vurğulayaq ki, Azərbaycan dövlətçiliyi üçün ən çətin və kəskin situasiyalarda belə, Ümummilli lider beynəlxalq hüququn normalarına üstünlük vermişdir. Məhz Heydər Əliyevin bu yüksək liderlik keyfiyyəti sayəsində 1994-cü ildə təcavüzkar Ermənistanla atəşkəs əldə olunmuşdur.

Ulu öndər Heydər Əliyevin 1994-cü il və 1995-ci illərdə BMT yüksək tribunasından səsləndirdiyi fikirlər də Azərbaycan liderinin beynəlxalq hüquqa dərin sayğısının klassik nümunəsidir. Terrora, hərbi təcavüzə, haqsız informasiya müharibəsinə məruz qalmış Azərbaycanın dövlət başçısı bütün dünyanı sülhə, ədalətə, hüquqa əməl etməyə, münaqişələri danışıqlarla həll etmə cəsarəti göstərməyə dəvət etmişdir!

Ən əsası odur ki, Heydər Əliyev bütün fəaliyyəti boyu bu mövqedən zərrə qədər də kənara çıxmamışdır. Buna görə də dünya liderləri Heydər Əliyevi sözübütöv, verdiyi vədlərə əməl edən, ədalətli, sülhsevər Lider olaraq qəbul etmişlər.

Bu bağlılıqda Gürcüstanın keçmiş prezidenti E.Şevardnadzenin ATƏT-in İstanbul sammitində açıq etirafını bir daha xatırlamağa dəyər: Heydər Əliyev olmasa idi, Gürcüstandan neft marşrutu keçməyəcəkdi. O, qarşı duran bütün tərəflərə üstün gəldi!

Prezident İlham Əliyev bu ənənəni Cənubi Qafqazda davam etdirən yeganə liderdir. Bunu Azərbaycan dövlət başçısı atdığı hər addımında sübut etmişdir. Artıq bütün dünya həmin faktı qəbul edir. İlham Əliyevin sözü və əməli ilə, siyasi-diplomatik kommunikativ məharətilə, əldə etdiyi konkret nailiyyətlərlə hüquq, ədalət və əməkdaşlığa tam üstünlük verdiyini təsdiq etmişdir.

Ulu öndər Heydər Əliyevin siyasi xəttini davam etdirərək, Azərbaycan Prezidenti beynəlxalq hüququ, tarixi ədaləti və toplumun milli ləyaqətini bərpa etmişdir. Azərbaycanın dövlət kimi ərazisini və tam suverenliyini təmin etdi və bu zaman heç bir qonşu ölkənin haqqına girmədi – həmişə öz sülhsevərliyini və əməkdaşlığa bağlılığını nümayiş etdirdi. Bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyi və davamlı inkişafı üçün yüksək məsuliyyət hissi keçirdiyini göstərdi. İndi bu üstün keyfiyyəti ABŞ-dan tutmuş region ölkələri olan Gürcüstan və Ermənistana qədər hər kəs etiraf edir.

Azərbaycan Prezidenti müasir dünya siyasətində siyasi-diplomatik məharəti ilə yüksək fəzilətli ünsiyyət qabiliyyətini yaradıcı sinerjiyə çevirə bilən lider imicinə malikdir.

Hüquq, sülh və xeyirxahlıq

Ulu öndər Heydər Əliyev müasir mərhələdə siyasi liderin hüquqa və sülhə sadiqliyinin fəzilətlilik və xeyirxahlıqla tamamlanmalı olduğunun nümunəsidir. Bu keyfiyyət qonşu dövlətlərə münasibətində aydın ifadə olunmuşdur.

Məsələn, Azərbaycan üçün ən ağır günlərdə belə Heydər Əliyev yardım əlini fəlakətin astanasında olan Gürcüstana uzatmışdır. Dəfələrlə Ermənistana səhvini düzəltməyə imkan vermişdir - rəsmi İrəvanın şıltaqlığına baxmayaraq, danışıqlar xəttindən dönməmişdir. Türkiyə ilə münasibətləri yeni yüksək səviyyəyə çatdırmışdır. Rusiyanı faktiki olaraq Azərbaycanla əməkdaşlıqdan fayda əldə edəcəyinə inandırmışdır. İranın yersiz və əsassız iddialarını cilovlayaraq, Azərbaycanla normal əlaqələr qurmaq yolunu seçməsində israr etmişdir.

Paralel olaraq Çin, ABŞ və Avropa ilə əlaqələrin inkişafının təməllərini atmışdır.

Prezident İlham Əliyev bu istiqamətdə də siyasi varislik prinsipinə tam əməl edərək, yeni uğurlar qazanmışdır. Dövlət başçısı region dövlətlərinin hər birinə, yaxın və uzaq coğrafiyada yardıma ehtiyacı olan hər bir ölkəyə səmimiyyətlə xeyirxahlıq əlini uzatmışdır.

Gürcüstana edilən yardımlar və siyasi xeyirxahlığın sayı-hesabı yoxdur. Rusiyanın zaman-zaman təxribatçı davranışlarına baxmayaraq, əməkdaşlıq və təhlükəsizlikdə imkan daxilində bütün xeyirxah addımlar atılmışdır.

Türkiyədə meşə yanğınları və zəlzələ zamanı səmimi və əsl qardaş kimi yardım əlini tərəddüd etmədən uzatmışdır.

Nəhayət, İran. Azərbaycan dövlətinə və cəmiyyətinə qarşı rəsmi Tehranın hansı addımları atdığını, təxribatlarını, təhdidlərini Azərbaycanda hər kəs bilir. Bütün bunlara rəğmən Azərbaycan Prezidentinin İrana qarşı xeyirxah və əsl qonşu münasibətini nümayiş etdirən bir addımını ayrıca xatırlatmaq istərdik. İrana olan hərbi hücumların fonunda Azərbaycan rəhbəri bu ölkə vətəndaşlarının Livandan təmənnasız təxliyə edilməsinə yardım göstərilməsi haqqında göstəriş vermişdir.

Bununla bağlı dövlət başçısı mart ayının 5-də keçirdiyi Təhlükəsizlik Şurasının iclasında demişdir: “Onu da bildirməliyəm, bu gün səhər mənə məlumat verildi ki, İranın xarici işlər nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycan kömək etsin. Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik”.

Mühüm siyasi məqam

Yuxarıda vurğuladığımız faktlar hər bir müstəqil dövlətin özünümüdafiə fəlsəfəsi baxımından əsas məqamlara işıq salmağa əsas verir. Azərbaycanın özünümüdafiə fəlsəfəsi sistemli və bütöv proses kimi tam oturuşmuşdur. Onun əsas cəhətləri və formalaşma kriteriyaları müasir siyasi, geosiyasi və beynəlxalq münasibətlər nəzəriyyələrinin prinsipləri ilə izah edilə bilir.

Nəzəri olaraq belə görünür ki, Azərbaycan rəhbərliyi müasir sivil və müstəqil dövlət kimi realpolitika çərçivəsində hüquqa, təhlükəsizliyə, mehriban qonşuluğa, qarşılıqlı faydalı əməkdaşlığa xidmət edən özünümüdafiə kursu seçmişdir. Onun başlıca xüsusiyyətlərindən biri fəzilətlilikdir.

Bu fikirlərin praktiki tətbiqi də tam təsdiqini tapır. Azərbaycan Respublikası Cənubi Qafqaz, Mərkəzi Asiya, Türk dünyası, Yaxın Şərq və Avropa istiqamətlərində çoxlu sayda layihələr və siyasi-diplomatik təşəbbüslərlə özünümüdafiə potensialı ilə özünümüdafiə gücü arasında harmoniyaya malik olduğunu sübut edir.

Dövlətin özünümüdafiə potensialı ilə özünümüdafiə gücü arasında nisbətin müəyyən edilməsi prinsipial konseptual məsələdir. Onun aydınlaşdırılması ritorikasından asılı olmayaraq bu, hər bir liderin və ölkənin real kimliyini üzə çıxarır. Bu kontekstdə Azərbaycanın özünümüdafiə potensialı və gücünün başlıca xüsusiyyətləri bizim üçün çox əhəmiyyətlidir, çünki dünyaya onu geniş anlatmalıyıq. Gələcəkdə ola biləcəklərin dünya tərəfindən düzgün anlaşılması naminə bu istiqamətdə siyasilərlə yanaşı, ziyalılar da əmək sərf etməlidirlər.

Özünümüdafiə potensialı və gücü anlayışı

Əlbəttə, söhbət müstəqil dövlətin özünümüdafiə potensialı və gücündən gedir. Bununla bağlı müasir nəzəriyyələr hansı məqamları önə çəkirlər? Elmi ədəbiyyatda dövlətin özünümüdafiə potensialı və gücü aşağıdakı faktorlarla izah edilir:

– Dövlətin xarici təcavüzü dəf etmək qabiliyyəti;

– Suverenliyini qoruya bilmək imkanları;

– Dövlətin hərbi, iqtisadi, elmi-texniki və resurs gücü;

– Ölkə əhalisinin mənəvi-siyasi birliyi.

Bu şərtlər özlüyündə konkret zaman kəsiyində dövlətin özünümüdafiə potensialı ilə gücü arasındakı optimal nisbəti formalaşdırır. Həmin əsasda dövlət ərazi bütövlüyünü və siyasi müstəqilliyini təmin etmək istiqamətində addımlar ata bilir. BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən dövlət hərbi təcavüz olanda, fərdi və kollektiv formada özünümüdafiəyə əl atmaq hüququna malikdir.

Bu zaman fərdi və ya kollektiv üsullardan istifadə oluna bilər. Burada bir prinsipial məqam vardır. O, bütövlükdə dövlətin ərazi bütövlüyünü və siyasi müstəqilliyini qorumaq üçün müəyyən etdiyi strateji məqsədlə bağlıdır.

Burada əsas məqam dövlətin seçdiyi strateji fəaliyyətin mahiyyəti ilə əlaqəlidir. Əgər dövlət öz ərazi bütövlüyü və siyasi müstəqilliyini özünümüdafiə kontekstində görürsə, konkret xarici siyasət xəttini yeridir ki, burada təcavüzkarlıq istisnadır. Digər halda başqasına təcavüz planı olursa, ərazi bütövlüyü və müstəqilliyin mahiyyəti fərqli olur.

Bu baxımdan Azərbaycan Prezidentinin aşağıdakı fikirləri dövlətimizin mövqeyini aydın ifadə edir. Dövlət başçısı vurğulamışdır: “Bizim qonşu ölkələrə qarşı hər hansı bir əməliyyat keçirməyə nə marağımız var, nə də siyasətimiz buna imkan verir. Biz öz ərazi bütövlüyümüzü qoruyuruq və qorumuşuq...”.

Yəni Azərbaycanın xarici siyasəti mahiyyətcə əməkdaşlığa və konstruktiv münasibətlər sistemi qurmağa köklənmişdir. Burada təcavüzkarlıq sıfır dərəcəsindədir. Bu o deməkdir ki, Azərbaycanın hərbi, iqtisadi, elmi-texniki və resurs potensialı xarici təcavüzü dəf etməyə və suverenliyi qorumağa yönəlmişdir. Bu baxımdan özünümüdafiə fərdi və kollektiv tədbirlərin sintezidir.

Deməli, Azərbaycan üçün özünümüdafiə beynəlxalq hüquq normalarını gözləməklə silahlı hücuma elə cavab tədbirləridir ki, ərazi bütövlüyü və siyasi müstəqillik təmin olunsun. Bu zaman, dövlətin özünümüdafiə potensialı və gücünü xarakterizə edən faktorlar - dövlətin xarici təcavüzü dəf etmək qabiliyyəti, suverenliyi qoruya bilmək imkanları, dövlətin hərbi, iqtisadi, elmi-texniki, resurs gücü və ölkə əhalisinin mənəvi-siyasi birliyi arasında sinerji vacib şərtdir.

Bunlar kompleks halında Azərbaycan Respublikasının özünümüdafiə potensialı ilə gücü arasında nisbətin optimal ölçüsünü müəyyən edir. Praktiki tətbiq aspektində həmin nisbət dövlət başçısının həyata keçirdiyi xarici siyasət kursunda dəqiq ifadəsini tapmaqdadır. Onun fonunda Azərbaycan Respublikasının özünümüdafiənin fərdi forması ilə kollektiv forması arasında optimal nibətin gözlənilməsi müasir sivil və müstəqil dövlətin təhlükəsizlik strategiyasının bariz nümunəsi təsiri bağışlayır.

Bu əlamət özünü qabarıq surətdə dünyanın bir çox dövlətinin təhlükəsiziyin təmini məsələsində Azərbaycana açıq dəstəyində ifadəsini tapdı. Xüsusilə, Türk Dövlətləri Təşkilatı (TDT) üzvləri Bakını tam müdafiə edən sülh xarakterli mövqe nümayiş etdirdilər. Yəni TDT Azərbaycanın təhlükəsizliyini təmin etmək üçün sülhü qorumaq və əməkdaşlığı inkişaf etdirmək naminə həmişə Bakının yanında olmaq iradəsini bir daha nümayiş etdirdi.

Bu mövqenin əsas səbəbi Azərbaycan Prezidentinin böyük məhartətlə fərdi özünümdafiə ilə kollektiv öğzünümüdafiə konseptini realpolitika kontekstində sinxronlaşdıra bilməsi ilə bağlıdır.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Mart 2026 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see319

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see228

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see218

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see212

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see209

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see204

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see203

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see203

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see202

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see202

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see200

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see198

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see197

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see194

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see194

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see194

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see175

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

26 Sentyabr 2026 01:02see173

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see167

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri