Icma.az
close
up
RU
Dövlətin sosial dəstəyi davamlı və əhatəlidir

Dövlətin sosial dəstəyi davamlı və əhatəlidir

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İndiki islahat paketi 3 milyon vətəndaşın rifahının yaxşılaşmasına töhfədir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2025-ci ildə reallaşdırılan növbəti sosial islahat paketi çərçivəsində müavinət və təqaüdlərin artırılmasına dair keçirilən brifinqdə nazir müavini Rəşad Mustafayev vətəndaş rifahı təminatının, sosial müdafiə sisteminin gücləndirilməsinin Prezident İlham Əliyevin uğurlu siyasətinin əsas istiqamətlərindən biri olduğunu deyib. O, dövlət başçısının fərman və sərəncamları ilə 2018 – 2025-ci illərdə 4 milyondan çox vətəndaşı əhatə edən 5 sosial islahat paketinin uğurla icra olunduğunu və bu islahatlar üzrə ayrılan illik əlavə vəsaitin 7,6 milyard manata çatdığını qeyd edib.

R.Mustafayev daha sonra bildirib ki, Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlara əsasən, 2018-2025-ci illərdə sosial ödənişlərdə əhəmiyyətli artımlar diqqət çəkib. Minimum əməkhaqqı 3,1 dəfə, orta aylıq əməkhaqqı 2 dəfə, minimum pensiya 3 dəfə, orta aylıq pensiya 2,6 dəfə, müavinət və təqaüdlərə ayrılan illik büdcə vəsaiti isə 5 dəfədən çox artırılıb. Bundan əlavə, dövlətimizin başçısının rəhbərliyi ilə formalaşan sosial siyasət nəticəsində 2019-cu ildən bəri sosial sahəyə ayrılan büdcə vəsaiti 2,2 dəfə artırılaraq 2025-ci ildə 16,9 milyard manata çatdırılıb və hazırda bu xərclər ümumi büdcənin 41 faizini təşkil edib.

Nazir müavini vurğulayıb ki, bu il yanvarın 1-dən pensiya orta aylıq nominal əməkhaqqının artımına uyğun olaraq 8,1 faiz indeksləşdirilib. Pensiya təminatına ayrılan illik vəsait 2018-ci ildən bu yana iki dəfə artırılıb və 2025-ci ildə 7,2 milyard manata çatıb. Bu artım 1,1 milyon vətəndaşa şamil olunub.

R.Mustafayev brifinqdə müharibə veteranlarına ayrılan təqaüddən də bəhs edib. Bildirib ki, dövlət sosial təminat tədbirlərini əsasən əmək qabiliyyəti məhdud şəxslərə tətbiq edir. Bunlar əlilliyi olan, pensiya yaşına çatmış şəxslər, aztəminatlı ailələr, çoxuşaqlı analar, hərbi qulluqçuların övladlarıdır. Yanaşma sosial ədalət prinsipinə əsaslanır. Veteranların rifahının uzunmüddətli dayanıqlı şəkildə dəstəklənməsi daha çox təşviq olunur. Onların məşğulluq imkanları, həmçinin kiçik biznesə çıxış imkanları yaradılır. Bunlarla bağlı mühüm addımlar atılır.

Dövlət təqaüd verilməsi ilə yanaşı, veteranların özünəməşğulluq proqramlarına növbədənkənar cəlb olunmasına, ailə təsərrüfatlarının qurulması yolu ilə veteranlara dəstək olmağa çalışır. 44 günlük Vətən müharibəsindən sonra şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 26 min 600 nəfərin məşğulluğu təmin edilməsi, onlardan 12 min 600 şəxsin özünəməşğulluq proqramlarına cəlb olunması da vurğulanan fikrin bariz ifadəsidir.

Prezident İlham Əliyev bu il yanvarın 7-də yerli telekanallara müsahibəsində respublikada tətbiq olunan sosial islahat paketi haqqında deyib: “Bu qədər böyük sərmayələr qoyan və Qarabağın bərpası kimi qarşımızda bu qədər böyük problemi olan ölkədə bu sahəyə də bu diqqəti yetirmək, əlbəttə ki, bizim siyasətimizin, necə deyərlər, mahiyyətini göstərir. Yəni, Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar”.

Xatırladaq ki, dövlət başçısının ötən ilin sonunda imzaladığı sərəncamda sosial müavinət və təqaüdlərdə də artım nəzərdə tutulmuşdu. Ölkə rəhbərinin cari il iyunun 12-də imzaladığı fərman da artıq bu istiqamətdə artımları gerçəkləşdirir, bir çox əhali kateqoriyalarına (şəhid ailələri, müharibə, 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirmək və Çernobıl AES-də hərbi xidmət ilə əlaqədar əlilliyi olan şəxslər, Vətən Müharibəsi Qəhrəmanları, Azərbaycanın Milli Qəhrəmanları, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü alanlar, beşdən çox uşağı olan qadınlar, ailə başçısını itirən ailələr, aztəminatlı ailələr, himayədar və övladlığa uşaq götürən ailələr, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları, valideyn himayəsindən məhrum uşaqların qəyyumları, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) və əlilliyi olan uşaqlara qulluq edənlər, fəxri adlara layiq görülmüş şəxslərə) yönələn müavinət və təqaüdlərdə, habelə uşağın anadan olmasına görə və ya dəfn üçün birdəfəlik müavinətlərdə növbəti artımların edilməsini nəzərdə tutur.

Azərbaycanda aparılan siyasətdə sosial sahənin prioritet olması dövlət büdcəsində sosialyönümlü xərclərin ildən-ilə əhəmiyyətli dərəcədə artmasında da öz təsdiqini tapır. Bu gün sosialyönümlü xərclərin çəkisinin dövlət büdcəsində 41 faiz olması da sosial rifahın dövlət siyasətinin başlıca istiqaməti olduğunu göstərir. Ölkədə sosial müdafiə tədbirlərinin daim gücləndirilməsi, eləcə də sosial ödənişlərdə davamlı xarakter alan artımların gerçəkləşdirilməsi Azərbaycanın vətəndaş rifahının təminatına xidmət edən güclü sosial siyasətə malik ölkə olduğunu bir daha təsdiqləyir.

Bütün bunlar deməyə əsas verir ki, Azərbaycanda əhalinin sosial müdafiəsinin günün tələblərinə uyğun təşkili, bu sahədəki problemlərin aradan qaldırılması istiqamətində görülən işlər sayəsində ölkədə yoxsulluq həddində yaşayanların sayı getdikcə azalıb. Sözügedən məsələnin ardıcıl şəkildə gerçəkləşdirilməsi layihələri kompleks xarakter daşıyıb. Siyasi sabitlik, zəngin təbii ehtiyatlar və iqtisadi potensial, yaradılan əlverişli biznes və investisiya mühiti, müasir infrastruktur, əlverişli coğrafi mövqe, beynəlxalq aləmdə etibarlı tərəfdaş olması ölkəmizi investisiya qoyuluşu üçün cəlbedici məkana çevirib və bütün bunlar respublika əhalisinin rifah halının daha da yaxşılaşmasında önəmli rol oynayıb.

Son illər Azərbaycanda neftdən asılılığı azaltmaq üçün qeyri-neft sektorunun inkişafına xüsusi önəm verilir. Qeyri – neft sektorunun aparıcı sahəsi olan kənd təsərrüfatında ciddi islahatlar həyata keçirilir. Bölgələrdə yaradılan infrastruktur – abad yollar, müasir hotellər və s. turizmin inkişafını gücləndirir, iqtisadiyyatın şaxələndirilməsini sürətləndirir. Bütün bunların nəticəsidir ki, hazırda Azərbaycanın ümumi daxili məhsulunda neft amili təxminən 30 faizdən bir qədər çoxdur. Ümumi gəlirlərin əksəriyyəti isə qeyri – neft sektoru hesabına formalaşır.

Azərbaycanda qurulan etibarlı sosial müdafiə sistemi səmərəli və şəffaf olmaqla yanaşı, əhatəliliyi ilə də diqqət çəkir. Dünya Bankı mütəxəssislərinin hesablamalarına görə, hazırda ölkəmizin sosial müdafiə sistemi geniş əhatəliliyə malikdir və yoxsul sayıla biləcək əhalinin 90,1 faizini əhatə edən bu sistem yoxsulluğun azaldılmasında mühüm rol oynayır.

Azərbaycanın irəli sürdüyü qlobal geoiqtisadi təşəbbüslər, yeni iş yerlərinin yaradılmasının prioritet vəzifə kimi qarşıya qoyulması, yoxsulluq səviyyəsinin getdikcə azaldılması, respublika vətəndaşlarının maliyyə imkanlarının mərhələlərlə və mütəmadi artırılması, çoxsaylı infrastruktur layihələri, ölkəmizin nəqliyyat yollarının şaxələndiyi məkana çevrilməsi, yol infrastrukturunun əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, idarəçilərin yeni kreativ sinfinin yaradılması bu gün dövlətimizin gələcək üçün formalaşdırdığı tədbirlər portfelidir.

Xatırladaq ki, iqtisadi inkişaf potensialı müasir dövrdə hər bir dövlətin gücünü müəyyənləşdirən başlıca amildir. Ümumiyyətlə, hər bir ölkənin, xalqın problemlərinin həllinin ən səmərəli yolu məhz iqtisadi-sosial tərəqqidən keçir. Ona görə də respublikamızın iqtisadi siyasətinin sosialyönümlü xarakter daşıması təsadüfi deyil. Bu, bir tərəfdən insan amilinə yüksək həssaslıq nümunəsidirsə, digər tərəfdən bazar iqtisadiyyatı yolu ilə inkişaf edən bir sıra qabaqcıl dünya dövlətlərinin təcrübəsinə əsaslanır.

V.BAYRAMOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 İyun 2025 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see545

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see406

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see298

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see293

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see287

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see279

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see269

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see268

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see256

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see247

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see235

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see228

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see221

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see201

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see192

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see185

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see184

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see183

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see174

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri