Dövriyyədə olan nağd pulun və bank ehtiyatlarının cəmi məbləği açıqlandı
Marja.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanda pul bazası 2026-cı ilin yanvar ayında 2025-ci ilin dekabr ayının sonu ilə müqayisədə 75,1 milyon manat artaraq 30 yanavr 2026-cı il tarixində 22 milyard 545.3 milyon manata çatıb.
Bu barədə Marja.az Mərkəzi Banka istinadən xəbər verir.

Azərbaycanda pul bazası 2025-ci ilin dekabr ayında noyabr ayının sonu ilə müqayisədə 341,8 milyon manat və ya 1,5% artaraq 22 milyard 470.2 milyon manata çatmışdı.
Pul bazası 29.12.2024-cü il tarixində 20 milyard 916.5 milyon manat təşkil etmişdi. 2025-ci ilin 12 ayı ərzində pul bazası 1 milyard 553,7 milyon manat artmışdı
Pul bazası dedikdə - Pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.
Pul kütləsi dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.
Pul bazası (milyon manatla)
30.01.2026 22545.3
30.12.2025 22470.2
28.11.2025 22128.4
31.10.2025 21395.1
30.09.2025 21541.2
29.08.2025 21121.8
31.07.2025 21243.0
30.06.2025 21471.3
30.05.2025 20629.7
30.04.2025 20719.3
31.03.2025 21498.1
28.02.2025 19842.0
31.01.2025 20124.1
29.12.2024 20916.5
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 03 Fevral 2026 11:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















