Dövriyyədə olan ödəniş kartlarının sayı açıqlandı
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Bu ilin noyabr ayının sonuna bank və "Azərpoçt" MMC sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nisbətən 134 min ədəd artaraq 21 milyon 835 min təşkil edib.
Oxu.Az Mərkəzi Banka istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.2% artıb.
Ödəniş kartlarının strukturunda debet kartlarının sayı 14.7% artıb, kredit kartlarının sayı isə 6.7% azalıb. Kart sayındakı artım ölkədə nağdsız ödənişlərin həcminə də müsbət təsir göstərib. Belə ki, noyabr ayında ölkədaxili nağdsız əməliyyatların həcmi illik müqayisədə 14.4% yüksəlib.
2025-ci ilin noyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 7.94 milyard manat olub. Bu məbləğin 6.948 milyard manatı elektron ticarətin, 990 milyon manatı POS-terminalların, 2 milyon manatı isə özünəxidmət terminalları və bankomatların payına düşüb.
İlin əvvəlindən ödəniş kartları ilə aparılan nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi ölkədaxili kart əməliyyatlarının 67.5%-ni təşkil edib.
Elmidar Əliyev
Baxış sayı:89
Bu xəbər 25 Dekabr 2025 18:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















