Icma.az
close
up
RU
Döyməsinə görə ordudan atılan Ceyms Bond Şon Konneri ölümdən necə xilas olmuşdu?

Döyməsinə görə ordudan atılan Ceyms Bond Şon Konneri ölümdən necə xilas olmuşdu?

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

31 oktyabr şotlandiyalı kino aktyoru və prodüseri Şon Konnerinin anım günüdür.

Kulis.az bu münasibətlə onun həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

Tomas Şon Konneri 25 avqust 1930-cu ildə Şotlandiyanın Edinburq şəhərində anadan olub.

13 yaşında məktəbi tərk edib və uşaq yaşından müxtəlif ağır işlərdə çalışıb. Daha sonra Böyük Britaniya Kral donanmasına qoşulub. Üç il sonra mədə xorası xəstəliyi bəhanə edilərək ordudan çıxarılıb. Əsl səbəb isə qollarındakı “Əbədiyyən Şotlandiya” (“Scotland Forever”) döymələri olub.

Uşaqlıqdan çox möhkəm olan Konneri paltosundan oğurluq etmək istəyən altı nəfəri təkbaşına məğlub edib. O, Edinburq İncəsənət Kollecində model kimi də pozalar verib və boş vaxtlarında bodibildinqlə məşğul olub. Rəssam Riçard Demarko Konnerini tələbəlik illərində tez-tez portretini çəkərək belə təsvir edib: “Sözlə ifadə olunmayacaq qədər yaraşıqlı, demək olar ki, Adonis kimi.”

Şon Konneri həm də istedadlı futbolçu olub. O qədər yaxşı oynayırmış ki, məşhur məşqçi Mett Basbinin diqqətini çəkib və Mançester Yunayted klubunda həftəyə 25 funt maaşla oynamaq təklifi alıb. Lakin o, teatrda müxtəlif xırda işlər görərkən aktyorluğa maraq göstərməyə başlayıb və futbol karyerasının çox qısa ola biləcəyini düşünüb. Buna görə səhnə şansını sınamağa qərar verib. Sonralar bu qərarını “ən ağıllı addımlarımdan biri” adlandırıb.

1953-cü ildə Konneri Londonda keçirilən “Cənab Kainat” (“Mr Universe”) bodibildinq üzrə beynəlxalq yarışmada iştirak edib.

Sonra “South Pacific” musiqili tamaşasının xorunda rollar üçün aktyor axtarıldığını eşidib. Növbəti il Brodvey aktyoru Lerri Heqmanın məşhurlaşdırdığı Leytenant Bazz Adams rolunu oynayıb.

1954-cü ildə Konneri ilk dəfə “Yaz bənövşələri” (“Lilacs in the Spring”) filmində epizodik rolda çəkilib. Televiziyada da kiçik rolları olub; məsələn, BBC-nin “Dok Qrinli Dikson” (“Dixon of Dock Green”) adlı polis dramının bir seriyasında bandit obrazını canlandırıb.

1957-ci ildə Şon Konneri ilk əsas rolunu “Qanlı pul” (“Blood Money”) adlı BBC televiziya filmində canlandırıb. Film amerikalı yazıçı Rod Sterlinqin “Boksyorun ruhuna ağı” (“Requiem for a Heavyweight”) əsərinin yenidən işlənmiş versiyası idi. Konneri burada karyerası enişdə olan bir boksçunu canlandırıb. Əsərin Amerika versiyasında bu rolu məşhur Hollivud aktyoru Cek Palans oynayacaqdı, lakin Palans Londona gəlməkdən imtina edəndə rejissorun həyat yoldaşı Konnerini təklif edib: “Qadınlar onu bəyənəcək,” – deyib.

1958-ci ildə Konneri Hollivud ulduzu Lana Törnerlə birlikdə “Başqa zaman, başqa yer” (“Another Time, Another Place”) filmində rol alıb. Lakin filmin çəkilişləri zamanı Törnerin sevgilisi Conni Stompanato aralarında eşq münasibəti olduğuna dair şayiələr yayılandan sonra çəkiliş meydançasına silahla gəlib. Konneri dərhal reaksiya verib, silahı Stompanatodan alaraq onu zərərsizləşdirib. Daha sonra başqaları araya girərək Stompanatonu çəkiliş meydançasından çıxarıblar.

Prodüserlər Kabi Brokkoli və Herri Saltsman Yan Fleminqin “007 Ceyms Bond” romanlarını ekranlaşdırmaq hüququnu alaraq Bond rolunu oynayacaq aktyor axtarışına başlayıblar. Namizədlər arasında Riçard Berton, Keri Qrant, Reks Herrison, hətta Lord Lukan və BBC-nin aparıcısı Piter Snou da olub. Lakin Brokkolinin həyat yoldaşı Dana Brokkoli ərini inandırıb ki, məhz Şon Konneri bu rola uyğundur, çünki onda həm cazibə, həm də seksual enerji var.

Başlanğıcda Yan Fleminq buna razı olmayıb: “Mən Komandir Bondu axtarıram, amma qarşımda sadəcə iri cüssəli bir kaskadyor var,” – deyə bildirib. Lakin Konnerini ekranda görəndən sonra fikrini dəyişib. Hətta sonrakı əsərlərində Bondun yarı şotland mənşəli olduğunu yazaraq ona hörmətini göstərib.

Filmlərin çəkilişləri çox yorucu və bəzən təhlükəli olub. Bir səhnədə Konneri köpəkbalıqlarıyla dolu hovuzun içinə atılıb; onu nazik bir şüşə ekran qoruyub. Lakin şüşə qırılaraq köpəkbalığı içəri daxil olanda Konnerini sürətlə sudan çıxarıblar. Sonralar o, yalnız eyni obrazı canlandırmaqdan çəkindiyi üçün "Bond" filmlərinə çəkilməkdən imtina etsə də, prodüserlər onu yenidən razı salıblar.

Maddi ehtiyacı səbəbindən Konneri o dövr üçün rekord sayılan 1,25 milyon dollar qonorar tələb edib. Bu pulla Şotlandiya Beynəlxalq Təhsil Fondunu yaradıb. Fond gənc və istedadlı şotland sənətçilərinə dəstək göstərib.

Bir il sonra o, “Toxunulmazlar” (“The Untouchables”) filmində yorğun və dünyadan bezmiş irlandiyalı polis roluna görə “Ən yaxşı ikinci dərəcəli aktyor” nominasiyasında Oskar mükafatı qazanıb.

2006-cı ildə “Üzüklərin hökmdarı” (“The Lord of the Rings”) filmində Qandalf rolunu rədd edib və aktyorluqdan, həmçinin “Hollivudda film çəkən axmaqlardan” bezdiyini bildirib. Sonralar İngiltərə kraliçası ona ən yüksək titul hesab olunan “Ser” titulunu verib.

Şon Konneri 2020-ci ildə vəfat edib.

"Əlimi Qurana basaram ki, o yalan deyir!" - "Yalan deyirəmsə, Allah məni şikəst eləsin!” "Ədəbiyyatı yaşayan millət heç vaxt ölməz..." - Ömər Faiq Nemanzadə İnsan sifətli daş sütun tapıldı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://kulis.az
archiveBu xəbər 31 Oktyabr 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see515

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see503

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see374

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see360

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see358

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see355

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see339

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see307

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see303

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see254

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see250

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see229

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see229

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see220

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see216

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see193

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see192

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see192

Qlobal istiləşmə ildırım çaxmalarının sayını artıra bilər

24 Noyabr 2026 23:36see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri