Döyüş Bayrağı təqdim edildi Foto
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dövlət Sərhəd Xidmətinin (DSX) “N” saylı hərbi hissəsinə Döyüş Bayrağının təqdim edilməsi münasibətilə təntənəli mərasim keçirilib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda Döyüş Bayrağının təqdim olunmasının tarixi Zəfərimizin 6-cı ildönümünə təsadüf etməsinin rəmzi məna daşıdığı xüsusi vurğulanıb, bu əlamətdar hadisənin şəxsi heyət üçün böyük şərəf, yüksək məsuliyyət və mühüm vəzifələr müəyyən etdiyi bildirilib.
Qeyd olunub ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli rəhbərliyi, müdrik siyasəti və sərkərdəlik məharəti, Azərbaycan əsgərinin qəhrəmanlığı, xalqımızın sarsılmaz birliyi nəticəsində Vətən müharibəsində qazanılmış tarixi Qələbə dövlətimizin qüdrətini, Silahlı Qüvvələrimizin döyüş qabiliyyətini bütün dünyaya nümayiş etdirib.
Vətən müharibəsində Azərbaycan sərhədçilərinin üzərlərinə düşən döyüş tapşırıqlarını məsuliyyətlə yerinə yetirdikləri, torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda yüksək peşəkarlıq, fədakarlıq və qəhrəmanlıq nümunələri göstərərək tarixi Zəfərin qazanılmasına mühüm töhfələr verdikləri xüsusi vurğulanıb.
Müzəffər Ali Baş Komandanın əmr və tapşırıqlarının yüksək səviyyədə icrasının hər bir hərbi qulluqçunun başlıca vəzifəsi olduğunu diqqətə çatdıran Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev dövlət sərhədlərinin etibarlı mühafizəsi və müdafiəsi, ölkəmizin təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin ardıcıl xarakter daşıdığını bildirib, şəxsi heyətin döyüş hazırlığının, peşəkarlığının və hərbi intizamının daim yüksək səviyyədə saxlanılmasının vacibliyini diqqətə çatdırıb.
Tədbirin davamında Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev hərbi şərəfin, qəhrəmanlığın, əsgəri ləyaqətin, Vətənə və dövlətə sədaqətin rəmzi olan Döyüş Bayrağını hərbi hissənin rəhbərliyinə təqdim edib.
Təqdimetmə mərasimi başa çatdıqdan sonra Şanlı Zəfərin 6-cı ildönümü münasibətilə hərbi hissənin ərazisində Dövlət Sərhəd Xidmətinin rəhbərliyi və şəxsi heyətin iştirakı ilə 15 min ağac əkilib.













Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 10 Noyabr 2026 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















