Icma.az
close
up
RU
Döyüş təyyarələri bölgəyə göndərildi Hədəf İran liderləridir

Döyüş təyyarələri bölgəyə göndərildi Hədəf İran liderləridir

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

ABŞ-yə məxsus bir neçə hərbi reaktiv təyyarə Böyük Britaniya və Almaniyaya köçürülüb, böyük ehtimalla, bu, İrandakı mövcud vəziyyətlə əlaqəlidir.

Turkustan.az xəbər verir ki, bu barədə “The Sun” ABŞ Prezidenti Donald Trampın İranda davam edən dinc etiraz aksiyalarının zorakılıqla yatırılması durumunda Amerikanın müdaxilə edəcəyi barədə son xəbərdarlığı barədə bildirib.

“C-17 Globemaster” tipli nəqliyyat təyyarələri və 160-cı Xüsusi Aviasiya Əməliyyatlar Alayına məxsus iki AC-130 təyyarəsi Britaniyanın RAF Feyford hava bazasına eniş edib. “The Sun”un yazdığına görə, bu fəallıq ABŞ Hərbi Hava Qüvvələrinin 12 günlük müharibə zamanı nüvə obyektlərinin bombalanmasından əvvəlki aktivliyi ilə üst-üstə düşür.

Ehtimal edilir ki, bu döyüş təyyarələri etirazları zorakılıqla yatıracağı təqdirdə İranın rəhbər şəxslərini hədəfə alacaq.

Nəşr vurğulayır ki, 160-cı Xüsusi Aviasiya Əməliyyatlar Alayı adətən yüksək hədəflərə qarşı sürətli reaksiya və yüksək riskli əməliyyatları yerinə yetirir.

Donald Tramp xəbərdarlıq edib ki, İran İslam Respublikasının qüvvələri etirazçıları qətlə yetirərsə, Birləşmiş Ştatlar son dərəcə sərt reaksiya göstərəcək. Bu, ABŞ Prezidentinin İranda davam edən ümumxalq etirazlarına cavab olaraq son günlərdə səsləndirdiyi ikinci hədəsidir./teleqraf

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 06 Yanvar 2026 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see384

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see376

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see372

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see368

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see366

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see346

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see346

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see330

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see327

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see326

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see311

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see309

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see302

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see293

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see278

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see272

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see263

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see223

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see223

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri