Döyüş təyyarəsi okeana düşdü Pilot xilas edildi
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “F/A-18E Super Hornet” tipli döyüş təyyarəsi Virciniya ştatı sahillərində adi təlim uçuşu zamanı okeana düşüb.
"Cebheinfo.az" xəbər verir ki, bununla əlaqədar ABŞ Hərbi Dəniz Qüvvələrinin yaydığı məlumatda deyilir ki, hadisənin səhər saat 09:50-də baş verib:
“Katapult etməyi bacaran pilot saat 11:20 radələrində sağ olaraq xilas edilib və dərhal xəstəxanaya yerləşdirilib”.
Məlumata görə, qəzaya uğrayan təyyarə Virciniya Biç şəhərində yerləşən Oceana Dəniz Hava Bazasında dislokasiya olunmuş 83-cü Hücum Eskadrilyasına aid olub.
Olay zamanı insan tələfatı qeydə alınmayıb, lakin təyyarənin qalıqları hələ də dənizdən çıxarılmayıb.
Qəzanın səbəblərinin araşdırılması və müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə əməliyyat qərargahı yaradılıb.
Nigar Hacılı
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 21 Avqust 2025 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















