Icma.az
close
up
RU
Döyüş vaxtı Zakir Həsənov mənə dedi ki, yəqin, bilirsən... General

Döyüş vaxtı Zakir Həsənov mənə dedi ki, yəqin, bilirsən... General

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

“Artıq (Hadrutda – red.) təmizlik əməliyyatına başlamaq vaxtı idi. Rabitəçilər rabitədə müdafiə naziri Zakir Həsənovun mənimlə danışmaq istədiyini bildirdilər”.

Globalinfo.az xəbər verir ki, bunu Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Zaur Cavanşir yazıb.

O, 44 günlük müharibədə keçdiyi döyüş yolu ilə bağlı xatirələrini Bizim.Media ilə bölüşüb:

“– “Bəbir” qəbulda – deyə cavab verdim.

– Salam. Hazırsanmı?

– Bəli, hər şey hazırdı.

– Sən bu əməliyyatın nə qədər əhəmiyyətli olduğunu və Ali Baş Komadanın diqqətlə izlədiyini yəqin ki, bilirsən?

– Bəli. Tam arxayın ola bilərsiniz.

– Onda uğurlar. Bitəndə məruzə edərsən.

– Oldu – deyib dəstəyi rabitəçiyə verdim.

Ali Baş komadan gecə-gündüz bütün istiqamətləri nəzartədə saxlayırdı. Mən sonradan, müharibədən sonra onun eyni zamanda siyasi arenada da döyüşdüyünü, gündə bir neçə ölkənin jurnalistlərinə müsahibə verdiyini, işimizin haqq işi olduğunu çatdırdığını bildikdə bu qədər enerjini hardan və necə aldığına təccübləndim. O bizi, Azərbaycan Ordusunun bütün əsgər və zabitlərinin yanında idi. Biz bunu həmişə hiss edirdik.

Mən bir daha nə qədər bir məsuliyyətli bir vəzifənin altına girdiyimi anladım və bu etimadı nə olur olsun doğruldacaqdım.

Komanda məntəqələrinin təyin edilmiş yerlərdə açılması ilə əməliyyatın başlanmasına, Qarakollu kəndinin yaxınlığında maskalanaraq mövqelənmiş birliyin kəşfiyyat bölməsinə Qarakolunun girişində Hadrut istiqamətində yolun bağlanmasına, eyni zamanda Hadrutun təmizlənməsinə başlanması barədə bütün hərbi hissələrə komanda verdim. Düşmənin qaçmağa bütün yolları bağlanmışdı; o, şüşənin içində olan siçan kimi ortalıqda qalmışdı.

İlk olaraq kamikadze dronlarla düşmənin əvvəldən aşkar etdiyimiz texnikalarına və hədəflərinə zərbə endirdik. Sonradan bir taborun Hadrutun Xankəndi istiqamətində olan evləri tərəfdən geriyə, Hadrutun mərkəzinə doğru hücum etməsini və düşmən silahlılarında və mülki əhalidə Hadrutun artıq mühasirədə olduğunu bilnəsi məqsədilə bir neçə istiqamətdə yanğınlar törədilməsi barədə göstəriş verdim — məqsəd mülki əhaliyə Hadrutun artıq mühasirədə olduğunu göstərmək idi. Eyni zamanda bir neçə məntəqədən səsgücləndiricilərlə mülki əhalinin qəsəbəni tərk etməsi, Xankəndi istiqamətində çıxış üçün yolun açıq olduğu, mülki əhali əlinə silah almadıqca onlara atəş açılmayacağı elan edildi”.

Digər hissə burada: Ermənilər Hikmət Mirzəyevin olduğu yerə mərmi atıblar: belə xilas olub – General sirri açdı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Oktyabr 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri