Icma.az
close
up
RU
Drakon Röya və Kanndan danışdı, onu darmadağın etdi

Drakon Röya və Kanndan danışdı, onu darmadağın etdi

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hər bir təşkilatın ümumi məqsədləri var və kino sənətinə aid olan təşkilatlar da görünməz məqsədlərini həyata keçirmək üçün film festivalları təşkil edirlər. Təşkilatların həm sənət, həm siyası, həm ictimai, həm də maddi maraqları olur. Kann - film festivalıdır və sponsorları var, bütün festivallarda olduğu kimi, bu festivalda da müxtəlif statusa malik insanlar dəvət alır.

Bu sözləri Kult.az-a tanınmış aktyor və rejissor Rza Rzayev (Drakon) xalq artisti Röya Ayxanın Kann flim festivalında iştirakı haqda müzakirələri şərh edərkən deyib.

Rza Rzayev qeyd edib ki, festivala tək rejissorlar, aktyorlar, prodüsserler dəvət olunmur:

“Festival bir neçə mərhələdən ibarətdir. Röya xanım orada Azərbaycan kinosunu təmsil etmir. O, başqa statusda iştirak edir. Bildiyim qədər, “Mastercard” Kann festivalında baş sponsordur və onu da qeyd edim ki, hər bir sponsora kvota ayrılır və o öz təşəbbüsü ilə hər ölkədən, əsasən dünyada tanınmayan ulduzları mədəniyyət səfiri təyin edir və festivalda iştirakını təmin edir.

Bəs niyə məhz Röya? Çünki onun sosial fəaliyyəti kifayət qədər genişdir və mütəmadi olaraq kontent yarada bilər. Bu, “Mastercard” üçün reklam imkanıdır və bundan da çox yaxşı faydalanır. Röya xanım çox az sənət insanlarından biridir ki, həm özü çox populyardır, həm mahnıları hitdir, həm də mənə görə, ən əsası insanlara göstərdiyi münasibət ilə fərqlənir. Bəziləri Röya xanımın şəxsi həyatını yozur, namusdan-qeyrətdən dəm vurur. Ancaq onu deyim ki, namus və qeyrət fərdin özünə aid məsələdir, başqa birinin şəxsi həyatı özünə məxsusdur və həyat tərzində tam azaddır.

İkinci və ən əsası, ictimai məna kəsb edən namus və qeyrət anlayışı da var. Röya xanım bir sənət insanı kimi əksəriyyətdən fərqli olaraq səsi ilə qazandığı pulla imkamsız şəxslərə yardım edir, xəstə olan bir çox vətəndaşın müalicə xərcini öz üzərinə götürür və cəmiyyətə faydalı olan bir çox işlər görür. Bir vətəndaş kimi vətən və milli namusun, qeyrətin nə anlam daşıdığını əməli ilə göstərir.

Röya xanım Kann festivalına kiminsə yerinə getməyib, qanunu pozmayıb, rüşvət verməyib, başqaların qazancına göz dikməyib; o, bacarmadığı vəzifəni tutmur, “dost, qardaş” dediyi adam dünyasını dəyişəndən sonra onun yerinə sədr olmayıb, “dost, qardaş” dediyi adamı çətin anında tək qoymayıb, səhər dediyi sözü axşam təkzib etməyib. O, sadəcə bacardığı və uğurlu olduğu işlə məşğuldur. Həmçinin başqaları kimi yaltaqlıq etmir, vəzifə sahiblərinə tərif demir, vəzifə tutanların qarşısında əl barmaqlarını ayaq barmaqlarına vurmur və vəzifəsini itrənlərin arxasından danışmır”.

Rejissor xatırladıb ki, Röya Ayxana irad tutan Rasim Balayevin kiməsə yardım etdiyini görən olmayıb:

“Prezidentin fərdi təqaüdünü alan Rasim Balayevin həmin təqaüdün bir ayını pandemiya dövrü və 44 günlük müharibə vaxtı hansısa fonda keçirdiyini görmədik. Həmçinin bir xalq artisti kimi hansısa qaziyə, şəhid ailəsinə fərdi dəstək olmayıb.

Rasim Balayev 3 ildən çoxdur kino sahəsinə aid olan ən böyük təşkilatlardan birinə rəhbərlik edir. Kinemotoqrafiya təşkilatı dövlət tərəfindən ən çox maliyyə ayrılan QHT-dir və əsas vəzifələri kino sahəsində olan probləmləri müəyyən etməkdir. Amma Rasim Balayev illərdir ki, kino sahəsində olan problemlərdən ancaq üstü örtülü danışır, kinonun inkişafı üşün heç bir iş görmür. Ancaq işdən çıxarılan məmurların arxasınca danışır. Məsələn, keçmiş mədəniyyət naziri haqda 20 il ərzində bir kəlmə də danışmadı, həmin nazir işdən çıxarılan kimi arxasından kino sahəsində olan nöqsanlardan danışdı.

Təəssüf ki, yaratdığı obrazların məzmununu, mahiyyətini şəxsi həyatına daşıya və şəxsi keyfiyyətə çevirə bilmədi. Adam nə şəxsi həyatı ilə, nə həyat tərzi ilə, nə də xarakteri ilə fərdi nümunə ortaya qoymadı. Müsahibələri və baş verən hadisələrə münasibəti qeybət səviyyəsindən o tərəfə keçmir.

Bir daha təkrar edirəm, Rasim Balayevin kino savadı çox aşağı səviyyədədir, ümumiyyətlə, kino nəzəriyyəsi, kino siyasəti haqda bilgisi yoxdur. Nə insani kefiyyəti, nə də kino biliyi onun Kino İtiffaqının sədri vəzifəsini daşıması ilə uyğun gəlmir. Adam bu vəzifəni haqq etmir.

Təsəvvür edin, adam kino festivallarının çoxunun adını belə bilmir, uzun illərdir festivallarda yer tutan filmlərə baxmayıb, özü də bir neçə il bundan öncə etiraf etdi ki, son illər ölkəmizdə çəkilən yeni filmlərə baxmır. Gəncliyində isə bəxti gətirib ki, kinomuzun inkişaf etdiyi dövrdə yaşayıb. Özünün dediyi kimi, uzun müddət sınaq çəkilişlərindən keçə bilməyib, depresiyaya düşüb, sonra bəxti gətirib və yaxşı rejissorlar onu filmə çəkiblər. Yəni uğurunun səbəbi fərdi göstəriciləri yox, yaxşı rejissorlardır. Adam yaratdığı obrazların mahiyyət və məzmununu da tam dərk etməyib, oynadığı obrazların ictimai əhəmiyyətini və siyasi tərəflərini qiymətləndirə bilmir. Nəsimi, Babək, Beyrək kimi obrazları oynayan aktyor indi kolbasa reklamına çəkilir. Özünün də etiraf etdiyi kimi, obrazla eyniləşməyib. Adamın kino sənətinin əsas prinsipi olan “eyniləşmə” prinspindən xəbəri yoxdur.

“Babək” filminin çəkilişi zamanı Rasim Balayevi yaxından tanıyan, onu qrim edən xarici ölkələrin birindən dəvət edilmiş qrimyor demişdi ki, sizin Rasimdən Babək çıxmazdı, onu mən Babək etdim!

Rasim Balayevin tanınmış aktyor və sədr kimi birbaşa borcudur ki, illərdir dövlət büdcəsi ilə festivallar üçün çəkilən filmlərin festivallarda yer tutmamasının səbəbini kinoya cavabdeh olan şəxslərdən soruşsun. İllərdir kino sahəsinə ayrılan pulların taleyi ilə maraqlansın, yoxsa onu kinoya gətirən dostu, rejissor, aktyor Şeyx Əbdülə mənasız atmacalar atmasın. Əksinə, Şeyx Əbdülün tənqidlərindən özü üçün nəticələr çıxarsın və Röyanın Kann festivalında iştirakına təəccüb edib, yersiz irad bildirməsin. İştirakın mahiyyət, məzmununu dərk etsin.

Görünən budur ki, Röya Kanna, Kann da Röyaya çox yaraşır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:226
embedMənbə:https://axar.az
archiveBu xəbər 25 May 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri