Icma.az
close
up
RU
“Dreamland”də yeni Artırılmış Reallıq oyunu istifadəyə verilib

“Dreamland”də yeni Artırılmış Reallıq oyunu istifadəyə verilib

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Media nümayəndələri “Dream Trampoline”də yeni istifadəyə verilən “HADO” oyunu ilə tanış olublar.

Bakıvaxtı.az xəbər verir ki, virtual və real dünyanı birləşdirən unikal bir texnologiya və idman növü olan bu oyun, 1980-ci illərdə Yaponiyada yaranıb.

Belə ki, “HADO”da oyunçular fiziki olaraq bir-birilə rəqabət aparsalar da, qarşıdurmalar tamamilə virtual şəraitdə baş verir.

Jurnalistlər oyunun xüsusiyyətləri ilə daha yaxından tanış olmaq üçün xüsusi sensorlu gözlüklər və qolbaqlarla təchiz olunaraq komandalara bölünərək yarışıblar. Bu texnologiya sayəsində onlar əllərindəki qolbaqlarla bir-birlərinə “enerji topları” ataraq mübarizə aparıblar. Lakin, bu toplar real deyil, virtual olaraq ekranda görünür və eyni zamanda hər bir oyunçu öz tərəfdaşlarını qorumaq üçün virtual qalxanlar yarada bilir.

Bu həyəcanlı qarşıdurmanı jurnalistlər maraqla qarşılayıb. Çünki oyunçular yalnız sürət və çevikliyini yox, həm də əqli bacarıqlarını burada nümayiş etdiriblər. Oyun komanda şəklində oynanılır və maksimum 3 nəfər olur. Hər bir raund isə 80 saniyə davam edir.

Jurnalistlər oyunun həm əyləncə, həm də fiziki inkişaf üçün mükəmməl bir vasitə olduğunu vurğulayıblar.

“HADO” texnologiyanın və idmanın müasir birləşməsinin nəticəsi olaraq, həm əyləncəli, həm də faydalı bir oyundur.

Daha ətraflı məlumat üçün sosial media hesablarını izləyə bilərsiniz:

https://www.instagram.com/hadoazerbaijan/

https://www.facebook.com/profile.php?id=61560346447868

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 13 Yanvar 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toğrul Allahverdiyev hekayəsi Sadıqlının “video əməliyyatı” başqa mətləbləri üzə çıxardı

10 İyun 2025 12:42see176

Rostov vilayətində miqrantlar rus təqaüdçüyə hücum edib..?

09 İyun 2025 19:07see138

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see127

Mançester Siti Şerkini transfer etdiyini açıqladı

11 İyun 2025 06:45see125

Bütün günahları bayquşda görənlər...

10 İyun 2025 10:02see122

Qyokereşdən 35 milyon maaşa imtina

10 İyun 2025 00:37see122

Çində ana xətti ilə qurulmuş cəmiyyət aşkarlandı 250 il davam edib

09 İyun 2025 23:15see120

Artıq bu hərəkət cinayət sayılacaq İranda ŞOK qadağa

09 İyun 2025 21:51see119

Ekspertlər təhsil sistemindəki boşluqları tənqid etdilər: O kadrlara baxanda utandım

09 İyun 2025 18:14see118

Rusiya aprel ayında Türkiyədən balıq idxalını artırıb...

09 İyun 2025 21:46see117

Skandinaviya erməni diasporu Nikol Paşinyana qarşı

09 İyun 2025 21:00see117

Salyanda ot sahəsi və maşın yanıb

09 İyun 2025 19:13see117

Küçədə it gəzdirmək qadağan edilir cinayət sayılacaq

09 İyun 2025 22:30see116

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəzi qanunlarda əsaslı dəyişiklər edib. KONKRET

10 İyun 2025 20:21see116

Trabzonspor dan BƏƏ yə yollandı

11 İyun 2025 00:27see115

Putinin köməkçisi: Moskva nəhəng Qarabağ ın yaranmasını istəmir

09 İyun 2025 22:01see115

Adolf Hitler və məşuqəsi Eva Braunun qəribə münasibətlərinin hekayəsi

09 İyun 2025 20:17see114

Belçika Uels görüşündə 7 qol, İtaliyadan inamlı aələbə YENİLƏNİB

10 İyun 2025 00:47see113

Ukrayna 700 yaşayış məntəqəsinin adını dəyişdirəcək

10 İyun 2025 07:32see112

Rəsmi Bakıdan Medinskiyə Cavab

09 İyun 2025 23:29see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri