Drezdendə Kitabi Dədə Qorqud axtarışları
Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Xəbər verildiyi kimi, bu ayın ilk günlərində Almaniyanın Drezden şəhərində "Kitabi-Dədə Qorqud" türk xalqlarının mədəni irsi və dünya eposları kontekstində" mövzusunda beynəlxalq elmi simpozium keçirilib. Tədbirin təşkilatçıları Azərbaycanın Almaniyadakı səfirliyi, Azərbaycan Dillər Universiteti (ADU) və Drezden Dövlət və Universitet Kitabxanası (SLUB) olub. Simpozium səfirliyin və Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə reallaşıb. Drezden kitabxanasında keçirilən toplantıda Azərbaycan, Almaniya, Türkiyə və İtaliyadan tanınmış alimlər, tədqiqatçılar və mədəniyyət nümayəndələri iştirak ediblər.
Simpoziumun iştirakçısı, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Cəlil Nağıyev "525" qəzetinə müsahibəsində Drezdendəki görüşün əhəmiyyətindən, müzakirələrdən və alimlərin məruzələrindən danışıb.
- İndiyədək dünyanın müxtəlif ölkələrində keçirilən çoxsaylı elmi konfrans və simpoziumlarda iştirak etmişəm. Hər birinin özünəməxsus cəhətləri olsa da, Drezdendə keçirilən simpozium mənim üçün xüsusi əhəmiyyət daşıyırdı. Bunun başlıca səbəbi tədbirin mövzusu ilə yanaşı, keçirildiyi məkan idi. Simpozium oğuz türklərinin ulu kitabı "Kitabi-Dədə Qorqud" dastanının yeganə kamil əlyazma nüsxəsinin qorunduğu şəhərdə təşkil edilmişdi. Belə bir abidənin taleyi və elmi irs kimi əhəmiyyəti haqqında məhz onun saxlanıldığı məkanda danışmaq, müxtəlif ölkələrdən gəlmiş mütəxəssislərin fikirlərini dinləmək xüsusi təəssürat yaradırdı.
Tədbirdə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev, ADU-nun rektoru, akademik Kamal Abdulla, Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, ADU-nun kafedra müdiri Muxtar İmanov, Almaniyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Elgün Niftəli və mən iştirak edirdik. Drezden Dövlət və Universitet Kitabxanasının direktoru Katrin Ştump, Türkiyənin Gümüşhane Universitetinin vurğulayı Cihangir Kızılözen, Türkiyənin Dil və Sistem Fondunun sədri Burak Eke, Auqsburq Universitetinin vurğulayı Klaus Volff, Roma Sapienza Universitetinin vurğulayı Mario Soldaini də simpoziumun qonaqları sırasında idilər. Tədbirin moderatorları professor Eva-Maria Aux və vurğul Mixael Hess idi. Almaniyada yaşayan soydaşlarımızın nümayəndələri də toplantıya qatılmışdılar.
Açılış mərasimində Drezden Dövlət və Universitet Kitabxanasının baş direktoru Katrin Ştump, Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev və ADU-nun rektoru, akademik Kamal Abdulla çıxış etdilər.
Katrin Ştump belə bir beynəlxalq elmi toplantının kitabxanada keçirilməsindən məmnunluğunu bildirdi. O, əsrlərdir qorunan "Kitabi-Dədə Qorqud" əlyazmasının mühafizəsi ilə yanaşı, ətraflı araşdırılmasının və daha geniş ictimaiyyətə tanıdılmasının vacibliyini vurğuladı. Ştump dastanla Mərkəzi Avropa xalqlarının eposları arasında ortaq cəhətlərin öyrənilməsinin Şərq və Qərbin ədəbi vurğ arasında əlaqələrin üzə çıxarılması baxımından əhəmiyyətini qeyd etdi. O, əlyazmanın 1742-ci ildə italyan tacirdən vurğu alındığını da xatırlatdı.
Saksoniya əyalətinin Elm, Mədəniyyət və Turizm üzrə Dövlət Nazirliyinin nümayəndəsi Martsena Şöne Drezden nüsxəsinin rəqəmsallaşdırılmasını qədim irsin qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm təşəbbüs kimi dəyərləndirdi. O, oğuzların və bütövlükdə türk xalqlarının qəhrəmanlıq tarixini əks etdirən dastanın böyük mədəni dəyərə malik olduğunu bildirdi. Şönenin fikrincə, mədəni sərvətlər dövlət sərhədlərinə sığmır, xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir. O, "Kitabi-Dədə Qorqud"un Saksoniya ilə Azərbaycan arasında elmi-mədəni əməkdaşlığın inkişafındakı rolunu da vurğuladı.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxışında simpoziumun elmi və mədəni əhəmiyyətinə toxundu. O, "Kitabi-Dədə Qorqud" dastanının 2018-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ vurğulayıb axil edildiyini xatırlatdı. Səfir iki Dünya müharibəsinin ağır sınaqlarına baxmayaraq, bu nadir mədəni sərvəti qoruyub saxlayan Drezden kitabxanasının əməkdaşlarına minnətdarlığını bildirdi.
Akademik Kamal Abdulla alman şərqşünaslığının dünya humanitar elminin inkişafındakı xidmətlərini önə çəkdi. O, alman şərqşünası və diplomatı Fridrix fon Ditsin dastanın öyrənilməsindəki rolunu xatırlatdı. Fon Dits "Basatın Təpəgözü öldürdüyü boy"u alman dilinə tərcümə etmiş və 1815-ci ildə nəşr etdirmişdi. Kamal Abdulla Drezden nüsxəsinin nəfis faksimilesinin hazırlanaraq çap olunmasını da mühüm elmi-mədəni hadisə kimi qiymətləndirdi.
Açılışdan sonra simpoziumun işi iki panel üzrə davam etdi. Humboldt Universitetinin vurğulayı Eva-Maria Auxun moderatorluq etdiyi birinci panel "Dədə Qorqud" eposu: əlyazma vurğ, tarixi yaddaş və türk xalqlarının mədəniyyəti mövzusuna həsr olunmuşdu.
Akademik Kamal Abdulla "Kitabi-Dədə Qorqud" mifoloji sistemdə" adlı məruzəsində Təpəgöz obrazı ilə Homerin "Odisseya" eposundakı Polifem arasındakı oxşarlıqları təhlil etdi. O, Fridrix fon Ditsin 1815-ci ildə apardığı müqayisəyə toxunaraq, bu məsələnin Şərq və Qərb ədəbi ənənələrinin öyrənilməsi baxımından əhəmiyyətini vurğuladı.
Akademik Nizami Cəfərov "Dədə Qorqud" eposunun Azərbaycan xalqının milli kimliyinin və tarixi yaddaşının öyrənilməsindəki rolundan danışdı. O, dastanı xalqın "yazılı pasportu" adlandıraraq, "Koroğlu"dan fərqli olaraq, onun fundamental yazılı abidə səciyyəsi daşıdığını bildirdi. Akademik eposun Azərbaycan tarixinin və etnoqrafik mühitinin araşdırılması üçün də mühüm mənbə olduğunu qeyd etdi.
Akademik Muxtar İmanov dastanda əksini tapan beynəlxalq motivləri araşdırdı. O, Dəli Domrul və Herakl obrazları arasındakı paralellər əsasında qədim tanrıçılıq təsəvvürlərinin və İslam dünyagörüşünün eposdakı izlərini təhlil etdi. Məruzədə məhəbbətin ölümə qalib gəlməsi ideyasının elmi izahına da yer verildi.
Türkiyənin Gümüşhane Universitetinin vurğulayı Cihangir Kızılözen dastanın dil xüsusiyyətlərini müasir "qeyri-səlis məntiq" metodu əsasında araşdırdı. O, Drezden əlyazmasında transkripsiya xətası hesab edilən bəzi məqamların fərqli şəkildə izahının mümkünlüyünü göstərdi və bu xüsusiyyətlərin qədim yazılı ənənə ilə əlaqəsinə diqqət çəkdi.
Professor Mixael Hessin moderatorluğu ilə keçirilən ikinci panel "Dədə Qorqud və dünyanın vurğ vurğ: müqayisəli yanaşmalar və yeni tədqiqat perspektivləri mövzusuna həsr edilmişdi. Burada dastanın Avropa və dünya ədəbiyyatı ilə əlaqələri, ayrı-ayrı əsərlərin quruluşu və məzmunu arasındakı oxşarlıqlar, eləcə də gələcək tədqiqat imkanları müzakirə olundu.
Burak Eke müasir dilçilikdə tətbiq olunan rəqəmsal yanaşmalardan danışdı. O, süni intellektin və rəqəmsal humanitar elmlərin "Kitabi-Dədə Qorqud"un araşdırılmasında yarada biləcəyi yeni imkanları diqqətə çatdırdı. Auqsburq Universitetinin vurğulayı Klaus Volff orta yüksək alman dilində qələmə alınmış "Kudrun" dastanı ilə "Kitabi-Dədə Qorqud" arasında intertekstual əlaqələri araşdırdı. İtaliyanın La Sapienza Universitetinin vurğulayı Mario Soldaini isə İtaliya türkoloji məktəbinin görkəmli nümayəndəsi Ettore Rossinin Vatikan əlyazmasını (Vatican Turco 102) aşkar etməsi tarixindən danışdı və bu filoloji tapıntının dünya türkologiyasının inkişafındakı rolunu açıqladı.
Professor Cəlil Nağıyev simpoziumda "Dədə Qorqud" müəmmaları" adlı məruzə ilə çıxış etdiyini bildirib. O, dastanın elmi izaha ehtiyacı olan üç əsas məsələsinə diqqət yetirdiyini vurğulayıb:
- Kitabi-Dədə Qorqud" dünya epik ədəbiyyatının nadir nümunələrindəndir. Fon Ditsdən başlayaraq bir çox alim dastanın bədii xüsusiyyətlərini və dərin məna qatlarını araşdırıb. Vasili Vladimiroviç Bartold, Orhan Şaik Gökyay, Muharrem Ergin, Viktor Maksimoviç Jirmunski, Həmid Araslı, Məmmədhüseyn Təhmasib, Xəlil Koroğlu və Kamal Abdulla kimi görkəmli alimlər abidənin müəmmalı cəhətlərinin öyrənilməsinə mühüm töhfələr veriblər.
Mən də ötən əsrin 1970-ci illərinin əvvəllərindən dastanın mətnini araşdırmağa başlamışam. 1974-cü ildə "Kitabi-Dədə Qorqud" dastanında psixologizm" adlı məqaləm çap olunub. Həmin vaxtdan abidənin qeyri-adi ədəbi-bədii xüsusiyyətlərini, ilk baxışda aydın görünməyən məna çalarlarını araşdırmışam. Akademik Kamal Abdullanın "Gizli Dədə Qorqud" silsiləsindən olan əsərləri, "Epos poetikası", "Kitabi-Dədə Qorqud" və qeyri-səlis məntiq" kitabları da dastanın gizli məna qatlarının öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Məruzəmdə abidənin izahına ehtiyac duyulan məqamlarından üçünün üzərində dayandım.
Birinci məsələ dastanın müəllifinin olub-olmaması ilə bağlıdır. Bəzi tədqiqatçılar "Kitabi-Dədə Qorqud"un konkret bir şəxs, hətta Dədə Qorqud tərəfindən yaradıldığını irəli sürür, onu yazılı ədəbiyyat nümunəsi hesab edirlər.
Mənim fikrimcə, dastan ilkin mərhələdə şifahi şəkildə formalaşıb, nəsildən-nəslə ötürüldükcə zənginləşib və cilalanıb, sonradan yazıya alınıb. Bu prosesdə katibin rolunu da nəzərə almaq lazımdır. O, mətni köçürməklə kifayətlənməyərək, öz yaradıcılıq süzgəcindən keçirib müəyyən dəyişikliklər etmiş ola bilər. Buna görə əsərin formalaşmasında fərdi yaradıcılıq amilini istisna etmək düzgün olmazdı.
Yazılı ədəbiyyatla folklorun yaranma və ötürülmə xüsusiyyətləri fərqlənsə də, "Kitabi-Dədə Qorqud"da hər iki ənənənin əlamətləri görünür. Bu isə dastanı birmənalı şəkildə yalnız folklora və ya yazılı ədəbiyyata aid etməyi çətinləşdirir. Abidənin 1300 illik tarixi ilə bağlı mübahisələr də nəzərə alınarsa, onun yaranma və formalaşma xüsusiyyətlərinin müəyyənləşdirilməsi daha mürəkkəb görünür.
İkinci müəmma dastanın qədim yunan mifologiyası və ədəbi ənənələri ilə əlaqəsidir. Fon Dits, Əli Sultanlı, Xəlil Koroğlu, Kamal Abdulla və başqa tədqiqatçılar bu məsələyə diqqət yetiriblər. Dastanda qədim yunan mifologiyasını xatırladan motivlər, yaxın süjetlər və oxşar obrazlar var. Lakin bu paralellərin hansı tarixi şəraitdə yarandığı, hansı yollarla formalaşdığı və arxasında hansı ədəbi-mədəni əlaqələrin dayandığı hələ də tam aydın deyil.
Üçüncü məsələ Təpəgöz obrazı ilə qədim yunan ədəbiyyatındakı Polifem arasındakı oxşarlıqdır. Fon Dits "Basatın Təpəgözü öldürdüyü boy"u alman dilinə tərcümə edərək nəşr etdirmiş və bu süjeti araşdırmışdı. Onun diqqətini çəkən əsas məqam türk-oğuz eposundakı Təpəgözlə Homerin "Odisseya"sındakı təkgözlü nəhəng Polifemin oxşarlığı idi.
Fon Dits obrazları və süjetləri müqayisə edərək Təpəgözün Polifemdən daha qədim olması ehtimalını irəli sürmüşdü. Sonralar bir çox qorqudşünas bu fikri müdafiə edib, onu müxtəlif arqumentlərlə əsaslandırmağa çalışıb.
Ancaq burada mühüm sual yaranır: VIII-XI əsrlərə aid edilən "Kitabi-Dədə Qorqud"dakı obrazla eramızdan əvvəl I minilliyin əvvəllərində yaranmış qədim yunan ədəbi ənənəsinin qəhrəmanı arasındakı bu yaxınlıq necə izah olunmalıdır? Obraz və süjetlərin oxşarlığı, bəzi xüsusiyyətlərinə görə isə demək olar ki, eyniliyi ciddi araşdırma tələb edir. Bu yaxınlığın tarixi-mədəni əlaqələrdən qaynaqlandığı, yoxsa obrazların müstəqil şəkildə formalaşdığı məsələsi hələ də birmənalı həllini tapmayıb.
Drezdendə keçirilən simpoziumda bu məsələlərin müzakirəsi "Kitabi-Dədə Qorqud"un yalnız milli deyil, dünya ədəbi irsi baxımından da əhəmiyyətini bir daha göstərdi. Dastanın açılmamış sirləri gələcək tədqiqatlar üçün geniş imkanlar yaradır.
S.QARAYEVA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 23 Oktyabr 2026 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















