Dron hücumunda 4 nəfər xəsarət alıb Yenilənib
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Naxçıvana dron hücumu zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə AZƏRTAC Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, İran ərazisindən həyata keçirilən dron hücumları zamanı xəsarət alan iki nəfərin vəziyyəti stabildir.
***
Naxçıvan Muxtar Respublikası Xəstəxanasının Təcili yardım şöbəsinin müdiri Sahib Abuzərovun sözlərinə görə, dron hücumu ilə bağlı təcili yardım şöbəsinə 4 nəfər müraciət edib.
“2 nəfər barotravma alıb, 2 nəfərə isə kürək nahiyəsinin küt travması diaqnozu qoyulub. Xəstələrə ilkin yardım olunub, vəziyyətləri stabildir və müvafiq şöbələri yerləşdiriliblər”, - açıqlamada qeyd olunub.
Qeyd edək ki, İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına bu gün günorta saatlarında dron hücumları həyata keçirilib. Dronlardan biri Muxtar Respublikanın Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.
Xəbəri rus dilində oxuyun: Минздрав Нахчывана о состоянии раненых после атаки Ирана
Hava Limanının binasına zərər dəyib, iki mülki şəxs xəsarət alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 05 Mart 2026 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















