Dron hücumunda ölən azərbaycanlıların adları ÖZƏL
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
İyunun 5-də Azov dənizinin Taqanroq körfəzində göyərtəsində ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşı olan “Natra” və “Circon” yük gəmiləri pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
Modern.az hadisə zamanı həyatını itirən azərbaycanlı dənizçilərdən dördünün kimliyini dəqiqləşdirib.
Məlumata görə, hücuma məruz qalan "Circon" gəminin kapitanı Fuad Orucov və böyük mexanik Qismət Əliyev həlak olublar.
"Natra" gəmisində isə kapitan Rəcəb Əhədov və kapitanın ikinci köməkçisi Məhəmməd Əliyev dünyasını dəyişib.
Qeyd edək ki, hadisə zamanı yaralanan 3 Azərbaycan vətəndaşının vəziyyətinin normal olduğu və hazırda Rusiyanın Krasnodar diyarının Yeysk şəhər mərkəzi xəstəxanasının cərrahiyə və travmatologiya şöbələrində müalicə aldıqları bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 05 İyun 2026 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















