Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Bəzi rayonlarda işıq olmayacaq

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Dronlar raketlərə qarşı: üfüqdə sülh görünmür

Dronlar raketlərə qarşı: üfüqdə sülh görünmür

Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.

Politoloq: “Moskva maksimalist mövqe ortaya qoyur və Ukraynanın qəbul etməyəcəyi şərtlər irəli sürür”

Rusiyanın Ukraynadakı işğalçı müharibəsi ilə bağlı tərəflərin İstanbuldakı iki görüşü yeni mərhələnin başlanğıcı sayılır. Bununla yanaşı, həm Rusiya, həm də Ukrayna tərəfi hücumlarından, əməliyyatlarından geri qalmır. Xüsusilə də, Ukrayna tərəfinin İstanbul danışıqlarının ikinci raundu ərəfəsində keçirdiyi əməliyyat hələ də müzakirə mövzusudur. Belə ki, iyunun 1-də Ukrayna Rusiyanın Murmansk, İrkuts, Ryazan və İvanovo vilayətlərindəki hərbi strateji aviasiya aerodromlarına PUA zərbələri endirib.

PUA zərbələri Ukrayna ərazisindən deyil, hərbi obyektlərə yaxın məsafədə park edilən yük avtomobillərində sputnik vasitəsi idarə olunaraq həyata keçirilib. Ukrayna tərəfi kütləvi PUA zərbələri nəticəsində həmin aerodromlardakı 40 ədəd “Tu-95MC” strateji bombardmançı Rusiya hərbi təyyarəsinin məhv olunduğunu açıqlayıb.

"Pautina" (Hörümçək toru) adlı əməliyyatın il yarıma hazırlandığı bildirilib. PUA-lar gizlicə Rusiyaya gətirilib, konteynerlərə yerləşdirilib və lazımi anda konteynerlərin qapaqları məsafədən idarə olunmaqla açılıb, PUA-lar havaya buraxılıb. Bu əməliyyatla Rusiyanın aviasiya sisteminə çox böyük zərbə dəymiş olub. Ekspertlər bu əməliyyatın iyunun 2-də İstanbulda keçirilən atəşkəs və sülh danışıqlarında Rusiyanın mövqeyinə təsir edəcəyini qeyd etsələr də, Moskva maksimalist tələblərində qalıb. Rusiya danışıqlarla bağlı memorandum ortaya qoyub ki, həmin sənəddə Ukraynanın heç vaxt qəbul edə bilməyəcəyi müddəalar yer alıb.

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri Fərhad Məmmədov mövzu ilə bağlı AYNA.AZ-ın suallarını cavablandırarkən deyib ki, Ukrayna Rusiyaya qarşı Rusiyanın ona qarşı etdiklərini edə bilməz:

- Əlbəttə, Ukraynanın keçirdiyi əməliyyatlar önəmlidir. Bundan əvvəl də Ukrayna çalışdı ki, Rusiya ərazilərindən bəzilərini nəzarətə götürsün ki, danışıqlarda əli güclənsin. Kursk vilayətinə hücum etməklə Ukrayna bunu bacarmışdı da. Bir neçə ay Kursk vilayətinin bir hissəsini nəzarətində saxladı. Əslində, Ukraynanın niyyəti işğal deyil, belə addımlar atmaqla Rusiya daxilində təşviş yaratmaqdır. Eyni zamanda, Rusiyanın beynəlxalq nüfuzuna bununla zərbə endirir.

Amma düşünürəm ki, Kiyevin bu addımlarının, əməliyyatlarının müharibə gedən ərazilərə hansısa təsiri olmayacaq. Bəli, Rusiya Ukrayna PUA-larının vurduğu strateji aerodromunlardan istifadə edirdi, oradakı döyüş təyyarələrindən müxtəlif formada istifadə olunurdu. Amma Rusiya dayanmır. Bu günlərdə məlumat var ki, Rusiya yeni ərazilər işğal edib. Yəni Kiyevin bu həmlələri müharibənin gedişinə təsir göstərmir. Savaş öz axarı ilə davam edir.

- Bəs, Kiyevin bu əməliyyatları danışıqlara hansı təsiri göstərir?

- Məncə, bu, danışıqlara da təsir etməməlidir. Çünki Kiyevin əməliyyatları danışıqlarda Rusiyanın mövqeyinə təsir göstərmədi. Əgər Rusiya tərəfi bunu fürsət görüb danışıqlardan imtina etmədisə, demək ki, iş gedir. ABŞ və birbaşa Prezident Donald Trampı onsuz da Rusiya tərəfi hirsləndirib, bundan artığını etmək istəmirlər. Mənə maraqlı gələn Türkiyənin xarici işlər naziri Hakan Fidanın bəyanatıdır. Fidan son həftə ərzində həm Rusiya Prezidenti Vladimir Putinlə, həm Ukrayna Prezidenti Volodimir Zelenski ilə təmaslarda olub, danışıqlar aparıb. Və nazir bildirdi ki, ilin sonunadək ya atəşkəsə nail olunacaq, ya da uzun müddət savaş davam edəcək. Bu, o deməkdir ki, yay kampaniyaları davam edəcək. Biz görmüşük ki, üç il ərzində cəbhədə nə dəyişibsə, yay aylarında dəyişib. Yəni tərəflər qarşılıqlı hücumlar edəcəklər. Xüsusilə də, Rusiya tərəfi yay kampaniyasına hazırlaşdığını əvvəldən elan edib.

- Yəni danışıqların nəticəsi olmayacaq...

- Bilirsiniz, Rusiyanın memorandumu ilə ortaya qoyduğu istəkləri o qədər maksimalistdir ki, danışıqlarda hansısa nəticə əldə etmək mümkün görünmür. Məncə, İstanbul prosesi yay ərzində davam edəcək, hansısa humanitar məsələlərdə razılıqlar əldə olunacaq. Məsələn, əsirlərin mübadiləsi həyata keçirilə bilər. İndi Ukrayna danışıqlara təkcə hərbçilərin deyil, oğurlanan, əsir alınan uşaqların siyahısını da gətirir. Bu, təbliğat üçün yaxşıdır. Amma danışıqlarda Rusiyaya təsir etmək üçün bunlar kifayət deyil. Nəzərə almaq lazımdır ki, Rusiya nümayəndə heyətinin rəhbəri Medinski qərar qəbul edən şəxs deyil. O Moskvadan göndərilən maksimalist tələblər irəli sürməklə prosesi ləngitməyə çalışır. İndi tərəflərin istəkləri bəllidir, şərtlər ortadadır. İndi danışıqlar yolu ilə bu tələblərdən geri çəkilmələr nələr olacaq, yayın sonunda bilinəcək.

- Maraqlıdır ki, hər iki tərəf özünü qalib sayır və tələblərində, şərtlərində maksimalist mövqe nümayiş etdirirlər. Bu mövqelər deməyə əsas verirmi ki, müharibənin sülhlə həlli hələ mümkün deyil?

- Hansısa tərəfin üstünlüyü o qədər böyük deyil ki, digər tərəf güclü tərəflə razılaşsın. İstər Rusiyanı, istərsə də Ukraynanı güclü edən, yaxud hansısa ciddi sənədə imza atmağa vadar edən amil yoxdur. Məsələn, İkinci Qarabağ müharibəsində Ermənistanın 20-25 minlik əsgəri mühasirədə qalmışdı. Ermənistan 44 gün döyüşdü, amma görəndə ki, ordusu mühasirədədir, İrəvan Üçtərəfli Birgə Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Ukrayna və Rusiya üçün belə bir təhdid yoxdur ki, bir tərəf qarşı tərəfin tələbini yerinə yetirsin.

Məsələ burasındadır ki, bu gün Zelenski ilə atəşkəsə nail olmaq mümkündür. Ən azı, vəziyyət indiki kimi qalır və hansısa bir formada monitorinq qrupu cəbhə xəttinə yerləşdirilir, Rusiya da istəyini almış kimi görünür, əslində isə beynəlxalq hüquqda ərazilər Ukraynanın işğal olunmuş əraziləri kimi qəbul edilir. Amma bununla Rusiya razıdırmı? Əlbəttə, yox! Moskva maksimalist mövqe ortaya qoyur və Ukraynanın qəbul etməyəcəyi şərtlər irəli sürür. Belə olan halda, hesab edirəm ki, sülhün əldə olunacağını iddia etmək mümkün deyil. Dediyim kimi, yayın sonunadək qarşılıqlı həmlələr də davam edəcək, sürünən atəşkəs danışıqları da. Ondan sonrakı proseslər yay kampaniyasının nəticəsindən asılı olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://ayna.az
archiveBu xəbər 04 İyun 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see334

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see322

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see313

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see276

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see248

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see246

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see241

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see228

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see206

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see196

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see188

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see177

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see175

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see175

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see173

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see168

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see165

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see160

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri