Dronun hədəfi Putinin iqamətgahı olub Rusiya yeni faktlar AÇIQLADI
Icma.az bildirir, Modern.az portalına istinadən.
Rusiya tərəfi Putinin iqamətgahına hücum iddiası ilə bağlı yeni faktlar açıqlayıb.
Modern.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, dekabrın Novqorod vilayətində vurulan Ukraynaya məxsus pilotsuz uçuş aparatlarından birinin naviqasiya sistemi üzrə texniki ekspertiza aparılıb.
Açıqlamada iddia edilir ki, dronun yaddaşından uçuş tapşırığına dair fayl çıxarılıb. Həmin faylın deşifrə edilməsi hücumun son hədəfinin prezident Vladimir Putinin iqamətgahının ərazisində yerləşən obyektlərdən biri olduğunu göstərib.
Nazirlik qeyd edib ki, əldə olunan materiallar müəyyən olunmuş kanallar vasitəsilə ABŞ tərəfinə təqdim ediləcək. Rusiya tərəfi bu məlumatları hücumun planlaşdırıldığını təsdiqləyən sübut kimi dəyərləndirir.
Xatırladaq ki, Rusiya XİN rəhbəri Sergey Lavrov daha əvvəl Ukraynanın 29 dekabr gecəsi dronlarla Putinin iqamətgahına hücum etməyə cəhd göstərdiyini iddia etmişdi. Onun sözlərinə görə, hücum zamanı 91 pilotsuz uçuş aparatı istifadə olunub və onların hamısı məhv edilib.
Rusiya Müdafiə Nazirliyi dronların Ukraynanın Sumi və Çerniqov vilayətlərindən havaya qalxdığını açıqlayıb. Qurum uçuş trayektoriyasını və məhv edilmə nöqtələrini əks etdirən xəritə də yayımlayıb.
Ukrayna tərəfi bu ittihamları rədd edir. Kiyev Putinin iqamətgahına hücum planlaşdırılmadığını bildirir.
ABŞ prezidenti Donald Tramp hadisə ilə bağlı Vladimir Putindən məlumat aldığını deyib. Onun sözlərinə görə, belə bir hücum “çox pis addım” olardı. Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas isə Moskvanın açıqlamalarına şübhə ilə yanaşmağı tövsiyə edib. "The Wall Street Journal" yazır ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi iddiaları təsdiqləyən sübut tapmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 01 Yanvar 2026 19:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















