DSK də struktur və kadr dəyişiklikləri EDİLDİ
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri həyata keçirilib.
Bu barədə Redaktor.az DSK-ya istinadən xəbər verir ki, dəyişikliklər çərçivəsində Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma, Keyfiyyətin idarə edilməsi və metaməlumatlar, Ticarət statistikası, Xidmət statistikası, Əhali statistikası və Sosial statistika şöbələri ləğv edilib.
Komitənin yeni strukturunda Statistik vahidlərin reyestri və metodologiya, Statistik keyfiyyətin təminatı, Strateji inkişaf, Daxili ticarət və xidmət statistikası, Beynəlxalq ticarət statistikası, eləcə də Demoqrafiya və sosial statistika şöbələri yaradılıb.
Struktur dəyişiklikləri ilə əlaqədar bir sıra rəhbər vəzifələrə təyinatlar da aparılıb.
Sosial statistika şöbəsinin keçmiş müdiri Elçin Hacı Statistik vahidlərin reyestri və metodologiya şöbəsinin müdiri, Ticarət statistikası şöbəsinin keçmiş müdiri, Aida İbrahimova Daxili ticarət və xidmət statistikası şöbəsinin müdiri vəzifəsinə, Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin keçmiş müdiri Toğrul Əcəlov Beynəlxalq ticarət statistikası şöbəsinin müdiri, Əhali statistikası şöbəsinin keçmiş müdiri Rza Allahverdiyev Demoqrafiya və sosial statistika şöbəsinin müdiri vəzifəsinə təyin olunublar.
Bundan başqa, Dövlət Statistika Komitəsi sədrinin müşaviri İbrahim İbrahimova İnformasiya texnologiyaları şöbəsinin müdiri vəzifəsinin icrası həvalə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 21 Oktyabr 2026 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















