Icma.az
close
up
RU
DSK dən şad xəbər:Gəlirlər artıb, boşanma azalıb, körpələrin sayı...

DSK dən şad xəbər:Gəlirlər artıb, boşanma azalıb, körpələrin sayı...

Icma.az bildirir, Adelet.az portalına istinadən.

Deyəsən bu gün çox uğurlu gündür.

Dövlət Statistika Komitəsi açıqlama verib ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 26 milyard 277,6 milyon manat təşkil edib.Daha dəqiq, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,9% çoxdur. Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 6,4% artaraq 2 568 manata çatıb.
Xatırladaq ki, Dövlət Statistika Komitəsi 2024-cü ilin yanvar-oktyabr aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,8% artaraq 68 milyard 97,2 milyon manat və ya hər nəfərə orta hesabla 6676,1 manat olduğunu demişdi.
Qısası, ötən il nominal gəlirləri 5,8 % olan əhalinin, bu il gəlirləri artıq olub 6,4%...


Günün ikinci xoş xəbərini də Dövlət Statistika Komitəsi verib.. Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin birinci rübündə 11 min 206 nikah və 4 min 765 boşanma halı qeydə alınıb.
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,0-dan 4,4-ə qədər artıb, boşanmaların sayı isə 2,0-dan 1,9-a düşüb.
Xatırladaq ki, 2024-cü ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 36 min 651 nikah və 15 min 964 boşanma halı qeydə alınmışdı.


Dövlət Statistika Komitəsinin 3-cü xəbəri elə ürək açan olmasa da onu da sizə çatdırmağı özümə borc bilirəm:"Bu ilin ilk üç ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 22119 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,7-dən 8,8-ə düşüb".


İndi Dövlət Statistika Komitəsinə bir sualım olacaq: Əgər əhalinin gəlirləri artıbsa, boşanmalar azalıbsa, niyə yeni doğulan körpələrin sayı azalıb. Adətən gəlir artanda, evlilər boşanmayanda uşağın sayı artmalıdır axı...
"Gəlir" demişkən, çox sevinirəm ki, ölkəmizdə ildən ilə əhalinin gəlirləri artır, camaatın rifah halı artan qiymətlər kimi gündən - günə yüksəlir. Maaşlar, pensiya və digər müavinətlər qalxır.
Amma nə olaydı, kaş, 4 ildir aldığım eyni rəqəmli maaş 1 manat qalxsın, əhali üçün sevindiyim qədər də özüm üçün də sevinəydim...

 Əntiqə Rəşid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://adalet.az
archiveBu xəbər 15 May 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see231

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see221

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see194

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see191

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see170

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see167

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see164

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see160

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see149

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see148

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see144

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see143

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see141

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see140

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see140

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see137

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see136

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see129

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri