Icma.az
close
up
RU
DSMF fəaliyyətinin 34 cü ilini qeyd edir

DSMF fəaliyyətinin 34 cü ilini qeyd edir

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 30 sentyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyətinin 34-cü ili qeyd olunur. Fond publik hüquqi şəxsə çevrildikdən sonra fəaliyyətini inzibati idarəetmədən xidmət modelinə keçirib.

DSMF-dən AZƏRTAC-a verilən məlumata görə, əvvəllər ölkə üzrə 77 qəbul şöbəsi ilə funksional fəaliyyət göstərən fond bu gün 8 mərkəzi, 19 regional filialla vətəndaşların xidmətindədir.

Xidmət keyfiyyəti artırılıb, idarəçilik və xidmətlər müasir, innovativ texnologiyalar, optimal, şəffaf iş mexanizmləri üzərində qurulub, sosial ödənişlərin e-qaydada proaktiv təyinatının aparılması təmin olunub. Ötən dövr ərzində fondun strukturu tam yenilənib, mərkəzləşmə həyata keçirilib.

Mərkəzləşmə nəticəsində xərclərə nəzarət gücləndirilib, xərclər optimallaşdırılıb, ödənişlərdə çeviklik təmin olunub. Fərdi uçot sağlamlaşdırılıb, sosial ödənişlərin təyinatı və ödənişi şəffaf, vətəndaş-məmur təması olmadan çevik şəkildə aparılır. Əsas hədəf vətəndaşların müraciəti olmadan onların sosial təminat hüquqlarını avtomatik qaydada təmin etməkdir.

Bu ilin iyun ayında DSMF “Hamı üçün inklüziv və bərabər sosial təminat xidmətləri” təşəbbüsü ilə “Heç kəsi geridə qoymamaq naminə inklüziv və ədalətli xidmətlərin göstərilməsi” kateqoriyası üzrə BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görülüb. Sosial müdafiə sahəsində xidmətlərin əlçatanlığı, operativliyi, şəffaflığı və inklüzivliyinin artırılması, sosial ödənişlərin rəqəmsal texnologiyalara əsaslanan proaktiv təyinat mexanizmlərinin yaradılması istiqamətində əldə edilmiş mühüm nailiyyətlər Fondun bu nüfuzlu beynəlxalq mükafatla təltif olunmasında əsas amillər kimi nəzərə alınıb. Bu ali mükafat cari ilin 23–25 iyun tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilmiş BMT-nin Dövlət Xidmətləri Forumu zamanı DSMF-yə təqdim edilib.

Bundan başqa, əldə olunmuş uğurlar və yüksək vətəndaş məmnuniyyəti nəticəsində DSMF son illərdə 5 beynəlxalq ISO sertifikatı, eləcə də müxtəlif beynəlxalq təşkilatlar və xarici ölkələrin dövlət qurumları tərəfindən beynəlxalq mükafat və sertifikatlara layiq görülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Sentyabr 2026 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri