Icma.az
close
up
RU
DSMF nin 6,5 milyon manatlıq dələduzluqda ittiham olunan sabiq əməkdaşına hökm oxunub

DSMF nin 6,5 milyon manatlıq dələduzluqda ittiham olunan sabiq əməkdaşına hökm oxunub

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dövlət Sosial Müdafiə Fondunun 6,5 milyon manatı dələduzluqda yolu ilə ələ keçirməkdə təqsirləndirilən sabiq əməkdaşı Vüsal Əliyevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Vüsal Əliyev 3 il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat Xidmətinin yaydığı məlumata əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun sabiq əməkdaşı, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Vüsal Arif oğlu Əliyevin qanunsuz əməlləri ilə bağlı daxil olmuş məlumat əsasında aparılan araşdırma nəticəsində baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

İbtidai istintaqla Vüsal Əliyevin saxta əmək kitabçaları, şəxsiyyət vəsiqələri və digər sənədlər hazırlayaraq ayrı-ayrı vətəndaşlara əsassız olaraq güzəştli şərtlərlə ailə başçısını itirməyə və ya yaşa görə əmək pensiyalarının təyin edilməsinə nail olması, nəticədə Dövlət Sosial Müdafiə Fonduna məxsus ümumilikdə 6 milyon 500 min manatdan artıq pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Vüsal Əliyev Cinayət Məcəlləsinin 178.4 (dələduzluq xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 313 (vəzifə saxtakarlığı), 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) və digər maddələri ilə yekun ittiham elan edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://apa.az
archiveBu xəbər 14 Aprel 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see241

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see229

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see198

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see183

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see163

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see163

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see154

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see151

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see150

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri