Icma.az
close
up
RU
DSMF nin əməkdaşına müqavimət göstərən şəxs məhkəmə zalından həbs edildi

DSMF nin əməkdaşına müqavimət göstərən şəxs məhkəmə zalından həbs edildi

Icma.az, Pravda.az portalına istinadən məlumat verir.

Gəncə Apellyasiya Məhkəməsində hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmədə və xuliqanlıqda təqsirləndirilən Vüqar Tahirovun (soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

İttihama görə, hadisə 02 iyul 2024-cü il tarixdə, saat 09 radələrində Goranboy rayonu, Qarasüleymanlı kəndində qeydə alınıb. Belə ki, dövlət sosial yardımı almış Vüqar Tahirov yaşadığı evdə olan zaman ünvanlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun böyük mütəxəssisi zərərçəkmiş S.Səfərov (şərti) və qurumun aparıcı mütəxəssisi ünvanlı dövlət sosial yardımı təyinat və imtina olunmuş işlərin monitorinqini həyata keçirmək məqsədilə ora gəlib. Onlar öz xidməti vəzifələrini yerinə yetirərək maddi-məişət şəraitini yoxlamaq üçün xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edib. Həmin şəxslər yoxlanışı həyata keçirmək üçün icazə aldıqdan sonra video görüntü formatında yoxlanış keçirdikləri zaman ondan fərdi yaşayış evinin qarşısında dayanmış “VAZ-2107” markalı avtomobilin Vüqara məxsus olub-olmaması barədə soruşub. Təqsirləndirilən şəxs də sorğu-sualdan hiddətlənərək icarə əsasında istifadə etməsinə baxmayaraq, yalandan qeyd edilən avtomobilin ona aid olmadığını bildirib hər iki şəxsə nalayiq ifadələr işlədib. Həmçinin Vüqar S.Səfərovu əli ilə qəsdən vuraraq alt çənənin qançırından ibarət sağlamlığına zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarət yetirib.

Bundan başqa, Vüqar 8 avqust 2024-cü il tarixdə, saat 20 radələrində Goranboy şəhərində yerləşən avtomobil yuma məntəqəsində yuyucu işləyən zərərçəkmiş İdrak Bəkirovu (ad. soyadı şərtidir) döyüb.

Hadisələrdən sonra Vüqar Tahirov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Goranboy Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 6 ay müddətə azadlıqdan məhrum edilib və məhkəmə iclas zalından həbs olunub.

Kamal Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://pravda.az
archiveBu xəbər 15 Aprel 2025 08:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see167

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see136

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see135

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see135

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see134

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see133

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see132

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see130

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see130

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see128

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see127

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see127

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see126

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see124

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see122

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see121

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see117

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see114

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri