Icma.az
close
up
RU
DSMF nin keçmiş əməkdaşından 9 600 manatlıq dələduzluq

DSMF nin keçmiş əməkdaşından 9 600 manatlıq dələduzluq

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Ağcabədi rayon filialının qəbul şöbəsinin keçmiş işçisi dələduzluq əməlinə görə cəzalandırılıb.

Qaynarinfo xəbər verir ki, işə Ağcabədi Rayon Məhkəməsində baxılıb.

Məhkəmə materiallarına əsasən, müttəhim bir neçə vətəndaşı aldadaraq onların ümumilikdə 9 600,32 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Müttəhim 2024-cü ilin iyul ayında vətəndaşlardan birinə aldığı aylıq təqaüdü 100 manat artıra biləcəyini deyərək bunun müqabilində əvvəlcə 800 manat nağd pul alıb. Daha sonra həmin şəxsin oğlu vasitəsilə əlavə 600 manatın kart hesabına köçürülməsinə nail olub. Təqaüdün artırılması ilə bağlı vəd yerinə yetirilməyib və 1 400 manat şəxsi ehtiyaclara xərclənib.

Digər epizod üzrə isə təqsirləndirilən şəxs vəfat etmiş anasının aldığı təqaüdün onun adına keçirilməsinə kömək edə biləcəyini vəd edib. Bu məqsədlə 900 manat nağd, daha sonra isə 900 manat 32 qəpik olmaqla ümumilikdə 1 800,32 manat pul alıb. Bu vəsait də qaytarılmayıb.

Bundan başqa, 2025-ci ilin iyul ayında başqa bir vətəndaşa qızını Sumqayıt şəhərindəki uşaq bağçalarından birində işə düzəldə biləcəyini vəd edən şəxs bunun müqabilində 4 800 manat alıb. Lakin vəd yerinə yetirilməyib və pul şəxsi ehtiyaclara sərf olunub.

Sonuncu epizodda isə vətəndaşlardan birinə həyat yoldaşının aylıq təqaüdünü 100 manat artıra biləcəyini vəd edərək 600 manat pul aldığı bildirilib.

Məhkəmə iclasında təqsirləndirilən şəxs ittiham üzrə özünü tam təqsirli bilib. O, aldığı pulları şəxsi ehtiyaclarına xərclədiyini və verdiyi vədləri yerinə yetirmədiyini etiraf edib.

Məhkəmə müttəhimi Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi (dələduzluğun təkrar törədilməsi) və 178.2.3-cü maddəsi (dələduzluğun öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi) ilə təqsirli bilib.

Ona Cinayət Məcəlləsinin 46.2-ci maddəsi (müəyyən vəzifələrdə işləmək və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə) tətbiq edilməklə 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifələr tutmaq hüququndan məhrum edilmə və 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Seyid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 Oktyabr 2026 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see334

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see325

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see316

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see308

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see303

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see295

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see286

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see276

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see271

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see267

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see249

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see231

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see229

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see220

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see217

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see211

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see194

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see185

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri