DSMF ötən il 10 milyard manata yaxın sosial ödənişlər həyata keçirib
Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.
Ötən il Dövlət Sosial Müdafiə Fondu tərəfindən 1 milyon 700 min vətəndaşa aylıq əsasla təxminən orta hesabla 803 milyon manat məbləğində sosial ödənişlər həyata keçirilib. Həmin ödənişlərin əksər hissəsi fondun əsas fəaliyyət sahəsi olan əmək pensiyalarının ödənilməsinə sərf edilib. Bu, təxminən aylıq 593-600 milyon manat arasında dəyişən vəsaitdir. Sosial ödənişlərin 74 faizi əmək pensiyalarını əhatə edib.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev fondun 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə dair mətbuat konfransında çıxışı zamanı deyib.
O bildirib ki, sosial müavinətlərlə bağlı ödənişlərə aylıq əsasla 112 milyon manat sərf edilib. Bu da sosial ödənişlərin 14 faizini təşkil edib. Qalan ödənişlər isə Prezident təqaüdlərinə, ünvanlı dövlət sosial yardımlara və kompensasiyalara sərf olunub.
Ümumilikdə, DSMF ötən il ərzində 10 milyard manata yaxın sosial ödənişlər həyata keçirib.
"2024-cü illə müqayisədə əhaliyə ödənişlərdə 622 milyon manat artım qeydə alınıb. Bu da əvvəlki ilin müvafiq göstəriciləri ilə müqayisədə 9, 34 faiz çoxdur. Əhaliyə ödənişlərdə əsas hissəni əmək pensiyaları təşkil edir. Bu da 7, 1 milyard manat vəsait deməkdir və DSMF büdcəsi hesabına əhaliyə ödəniş xərclərində 97.6 faiz paya malikdir", - deyə Z. Mirzəyev qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 15 Yanvar 2026 14:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















