DSMFnin investisiya siyasəti konservativ və ehtiyatlıdır
Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) investisiya siyasəti konservativ və ehtiyatlıdır. SİA xəbər verir ki, bunu nazir müavini Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında bildirib.
“Bizim üçün ən əhəmiyyətli məsələ ictimai fondların vəsaiti ilə bağlıdır. Biz burada daha çox risklərin idarə olunmasına köklənmişik. Bu baxımdan dövlət qiymətli kağızların - Maliyyə Nazirliyinin istiqrazlarının və Azərbaycan Mərkəzi Bankının notlarının alışına fokuslanmışıq. Burada da bazar və formalaşan faiz dərəcələri var. İstiqrazlar "Bakı Fond Birjası" QSC-də, bazarın tələblərinə uyğun olaraq formalaşmış qiymətlə alınır. Faizlərin aşağı düşməsi digər riskli alətlərə müraciət üçün stimul olmayacaq. Siyasətimiz konservativ və ehtiyatlıdır”, - deyə o qeyd edib.
Bundan başqa, nazir müavini deyib ki, əmək müqavilələrinin sayının artımının 90 %-i özəl sektorun payına düşür: “Həmin artımlar, iqtisadiyyatın şəffaflaşdırılması, libellaşdırılma prosesləri bizə qabaqcıl beynəlxalq təcrübələrə uyğun yanaşmaları tətbiq etməyə imkan verir”.
Baxış sayı:94
Bu xəbər 28 Noyabr 2024 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















