DSX: Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib
Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
Reyting.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, mart ayının 29-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından pilotsuz uçuş aparatı vasitəsilə narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Qoşun-əməliyyat tədbirləri nəticəsində kiçik həcmli uçuş vasitəsi zərərsizləşdirilmiş, 460 qram narkotik vasitə marixuana ərazidən götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bu mövzuda digər xəbərlər:Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirildi
06 Mart 2025 14:42
İranla dövlət sərhədində müşahidə edilən PUA zərərsizləşdirilib
18 Aprel 2025 18:01
Azərbaycan İran dövlət sərhədində müşahidə edilən PUA zərərsizləşdirilib
24 Yanvar 2026 09:15
DSX: İrandan pilotsuz uçuş aparatı ilə narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb
31 Mart 2025 12:02
Bolqarıstanda pilotsuz uçuş aparatı zərərsizləşdirilib
13 Aprel 2026 11:14
Baxış sayı:165
Bu xəbər 31 Mart 2025 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















