Icma.az
close
up
RU
DSXdən “Vətəndaş A”nın dronu ilə bağlı RƏSMİ AÇIQLAMA

DSXdən “Vətəndaş A”nın dronu ilə bağlı RƏSMİ AÇIQLAMA

İctimai TV-də yayımlanan “Vətəndaş A” serialının rejissoru açıqlamasında Daşkəsən rayonunda aparılan çəkilişlər zamanı istifadə etdikləri dronun Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən vurulduğunu deyib.

Məsələnin əslini öyrənmək üçün Dövlət Sərhəd Xidmətinə (DSX) sorğu ünvanladıq. Xidmətin Mətbuat Mərkəzindən “Qafqazinfo”nun müraciətinə cavab olaraq bildirildi ki, “Vətəndaş A” serialının çəkilişi zamanı istifadə olunan dronun sərhədçilər tərəfindən vurulması həqiqəti əks etdirmir.

Xatırladaq ki, rejissor Elvin Rüstəmzadə dronun havaya qaldırılması üçün icazə alınmadığı səbəbindən vurulduğunu deyib. Serialın prodüseri Sevinc Əliyeva isə dünənki açıqlamasında çəkilişlər zamanı heç bir dronun Dövlət Sərhəd Xidməti tərəfindən vurulmadığını bildirib.

seeBaxış sayı:97
embedMənbə:https://moderator.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri