Icma.az
close
up
RU
DTX dövlət təsisatlarına qarşı təxribatın qarşısını aldı: həbs olunanlar var

DTX dövlət təsisatlarına qarşı təxribatın qarşısını aldı: həbs olunanlar var

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dövlət təsisatlarına qarşı təxribat əməlləri törətməyə hazırlıqda ittiham olunan şəxslər saxlanılıb.

Bizimyol.info xəbər verir ki, təxribat və girovgötürmə cinayətlərini planlaşdıran qruplaşma Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri ilə ifşa olunub.

Azərbaycan vətəndaşları - 1984-cü il təvəllüdlü Fəxrəddin Şahmurov, 1960-cı il təvəllüdlü Cəlal Muradov, 1998-ci il təvəllüdlü Kamran Babayev və digərlərinin Azərbaycanın konstitusiya quruluşunun əsasları əleyhinə ağır və xüsusilə ağır cinayət əməlləri törətmək məqsədilə sövdələşib cinayətkar birlik yaratmaları, Respublika ərazisində gizli görüşlər və sosial şəbəkələrdə müxtəlif qapalı qruplar təşkil edərək, dövlət təsisatlarına qarşı təxribat əməlləri törətmələrinə hazırlıq görmələri təsbit edilib.

Müəyyənləşdirilib ki, xarici ölkə vətəndaşının da iştirakı ilə təşkil olunmuş gizli toplantıda cinayətkar birliyin bayrağının hazırlandığı bəyan edilib. Birliyin məqsədləri naminə törədiləcək cinayətlərin plan və şərtlərinin işlənib hazırlanmasına rəhbərlik etmək üçün o, Fəxrəddin Şahmurova təqdim edilib.

“Fəxrəddin Şahmurov cinayət qruplaşmasının digər üzvləri ilə birlikdə mütəşəkkil dəstə halında ölkənin müdafiə qabiliyyətinə və iqtisadi təhlükəsizliyinə ziyan vurmaq məqsədilə Azərbaycanın dövlət sərhədində yerləşən gömrük postunu ələ keçirmək, cinayətkar birliyin tələblərini irəli sürmək üçün orada xidmət aparan əməkdaşları və digər şəxsləri girov götürmək barədə təxribat planı hazırlayıb. Görülmüş tədbirlərlə mütəşəkkil dəstənin qanunsuz əməllərinin qarşısı alınıb”.

Fəxrəddin Şahmurov Cinayət Məcəlləsinin 28.282.2-ci (mütəşəkkil dəstə tərəfindən təxribata hazırlıq), 28.215.3 (adamları girov götürməyə hazırlıq), 218.1 (cinayət birlik (təşkilat) yaratma) və 281.2 (dövlət əleyhinə çağırışlar məzmunlu materiallar yayma), Calal Muradov və Kamran Babayev isə Cinayət Məcəlləsinin 281.2-ci və digər maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək, həbs olunub. Həmçinin digər şəxslər istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə kompleks araşdırmalar davam etdirilir.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 16 Dekabr 2024 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see268

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see249

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see188

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see161

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see147

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see147

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see144

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri